Tarixdə ən böyük şəxsiyyət

Tarixdə ən böyük şəxsiyyətMənbə: http://zikr.az

Amerikan yazıçısı və alimi Maykl Xart tarixdə ən məşhur 100 şəxsi seçmək və onlar haqqında kitab yazmaq qərarına gəlmişdi. Alim onların bioqrafiyalarını tarixə və cəmiyyətə təsirlərinə görə sıralamaq istiyirdi. Obyektivlik və qərəzsizlik üçün, bu 100 nəfərin seçimində və onların sıralanmasında o və köməkçiləri kompüterdən istifadə edirdilər. Kompüterə bu şəxslərin qabiliyyətləri, qoyduqları məqsədlər, işləri, qazandıqları uğurlar və bəşəriyyət tarixinə təsirləri haqqında məlumatlar daxil edilmişdi. Bu məlumatlar isə Xart və onun köməkçilərinin aylarla davam edən gərgin əməyi sayəsində yığılmışdı. Artıq kompüter analiz yolu ilə tarixdə ən çox iz qoymuş 100 nəfərin siyahısını çıxartmalı idi. Xart həyəcanla düyməni basdı və ekranda 1-ci yerdə "Məhəmməd peyğəmbər" yazısı çıxdı. Xart və həmkarları şokda idilər. Həmkarlar inadla eksperimentin yenidən keçirilməsini təkid etdilər, güman edirdilər ki, hardasa səhv buraxıblar. Bütün informasiyanı 2 dəfə yenidən yoxladılar. Kompüter yenə də "Məhəmməd peyğəmbər" yazısını göstərdi. Cavabdan razı qalmayan Xart və həmkarları eksperimenti bir neçə dəfə təkrar etdilər. Kompüter cavabını dəyişmirdi. Alimlər faktı qəbul etməli oldular. Eksperimentin nəticələrinə əsasən Xart "Tarixdə 100 şəxs" kitabını yazdı və birinci yerdə Məhəmməd peyğəmbərin (s.a.s.) bioqrafiyası qoyuldu. Kitab ABŞ-da çap olunub və bir çox dillərə tərcümə olunub Kitabdan sitatlar: "... O həm dini həm də dünyəvi işlərdə ən çox nailiyyətlər qazanan yeganə şəxsiyyətdir. " "... və indi, ölümündən 14 əsr keçməsinə baxmayaraq, onun dünyaya təsiri hələ də çox böyükdür"


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3540   Tarix: 08 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775