İnəyin vuraraq kanala saldığı qadın meyiti tapıldı
Göyçay rayonunda Yuxarı Şirvan kanalına düşən qadının meyiti tapılıb.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran Dalğıc-Axtarış Qrupunun rəisi Kamil Allahverdiyev APA-nın yerli bürosuna bildirib ki, hadisə martın 30-da saat 15:00 radələrində Göyçay rayonunun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü İbrahimova Zemfira İbrahimxəlil qızı Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən ayağı sürüşərək suya düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, qar və yağış yağdığı üçün piyada körpüsünün üstündəki torpaq islanaraq palçığa çevrilib. Qadın oradan keçərkən körpünün üstündə olan inək onu vurub və qadın qaçmaq istəyərkən ayağı sürüşərək kanalın ortasına düşüb. Suda boğularaq ölən Zemfira İbrahimova Bığır kənd xəstəxanasında tibb bacısı işləyirdi. Dörd uşaq anası olan Zemfira İbrahimovanın meyitinin tapılması üçün 3 gün ərzində kanalda axtarış işləri həyata keçirilib. Aran Dalğıc-Axtarış Qrupunun 5 nəfərdən ibarət dəstəsi gecə və gündüz saatlarında motorlu qayıq və xüsusi alətlər vasitəsilə suda axtarış aparıblar. Bu gün saat 19:00 radələrində qadının meyiti kanala düşdüyü yerdən 2 kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, həmin gün axşam mərhum Zemfira İbrahimovanın qaynının oğlunun toy mərasimi olub. O, toy mərasimi keçiriləcək evə gedərkən yolda kanalın üstündən suya düşüb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Yerli sakinlər bildiriblər ki, Göyçayın Bığır kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının üzərindəki qəzalı piyada körpüləri əsl təhlükə mənbəyinə çevrilib. Bu körpülər son vaxtlar baxımsız qaldığı üçün tamamilə yararsız hala düşüb. Uzunluğu 30 metr və eni 40 santimetr olan körpülərin kənarları dağılıb, müxtəlif yerlərdə böyük dəliklər əmələ gəlib. Kənarlarında dəmir məhəccərləri olmayan bu piyada körpüləri daim təhlükə mənbəyi hesab edilir. Sakinlərin sözlərinə görə, bu qəzalı körpülər dəfələrlə mal-qara və insan tələfatına səbəb olub. Yağış yağan zaman körpünün üstündəki torpaq palçığa çevrilir və sürüşkən olur. Kənarında əllə tutub keçməyə heç nə olmadığı üçün bu körpülər uşaqlar, yaşlı insanlar üçün çox təhlükəlidir. Kanalın hər iki tərəfində evlərin olması və 100 metr aralıda orta məktəbin yerləşməsi onu deməyə əsas verir ki, insanlar çarəsiz qalaraq bu qəzalı körpüdən daim istifadə edirlər. Bığır kəndindən keçən bu kanalın üstündə 15-ə yaxın bu cür qəzalı piyada körpüləri var
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2342 Tarix: 01 aprel 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPortuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi
Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya
28.04.2024 174 Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib
Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c
28.04.2024 176 BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"
BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir
28.04.2024 145 Gürcüstan əhalisi azalır
2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25
28.04.2024 209 Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur
Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd
28.04.2024 173 İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"
28.04.2024 145 Sabah Bakıda 30 dərəcə isti olacaq
Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun
28.04.2024 228 Kür çayında suyun səviyyəsi azalıb
Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy
28.04.2024 194 Maaşlar artacaq? - VİDEO
2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?
28.04.2024 314