Fərda Xudaverdiyev Teymur Əmraha ev bağışlayıb

Fərda Xudaverdiyev Teymur Əmraha ev bağışlayıb1 aprel beynəlxalq gülüş günündə hamı bir-biri ilə zarafat etməyə, ya da müxtəlif yalanlar uyduraraq qarşı tərəfi ona inandırmağa çalışır.

BiG.AZ Gün.az-a istinadən xəbər verir ki,Azərbaycanın tanınmış komediya ustaları 1 aprel beynəlxalq gülüş günündə etdikləri zarafatdan danışıblar.

Komediya aktyoru Fərda Xudaverdiyev zarafat etməyi çox sevdiyini deyib. Hətta bir dəfə əməkdar artist Teymur Əmrahı aldatdığını deyib.

"2012-ci ildə Teymur Əmraha ev "vermişdim". Teymura zəng vurdum dedim ki, sizə "Hər kəsə açıq" Açıq Səhimdar Cəmiyyəti sənətçilərə 70 faiz endirim edirik. Bu il də endirimi sizə etmək qərarına gəldik. 2 otaqlı mənzilin bir otağının pulunu verirsiniz, mənzili sizə hədiyyə edirik. O, da dedi ki, mənə iki otaqlı mənzil lazım deyil. Elə siz bir otaqlı mənzili mənə verin. Deyəsən, onda Hacıqabulda toyda idi. Hətta toyu yarımçıq qoyub gəlmək istəyirdi. Yarım saatdan sonra zəng edib dedim ki, Temur, səninlə 1 aprel zarafatı etdim" - deyə, F.Xudaverdiyev bildirib.

"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, aktyor Murad Dadaşov isə deyib ki, 1 aprel zarafatlarını sevmir.

"Yəni xoşlamıram ki, bu gün kiminləsə zarafat edim. Amma nədənsə aprelin bu günündə hamı məndən zarafat, məzəli hadisə gözləyir. Mənim aldatmaqdan xoşum gəlmir. Amma deyim ki, bu təqvim mənim üçün əhəmiyyətlidir. Çünki bu gün "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu yaranıb. Komandamızın bütün üzvlərini bu gün münasibətilə təbrik edirəm!" - deyə, M.Dadaşov bildirib.

Tanınmış teleaparıcı, özünü bir sıra layihələrdə aktyor kimi sınayan İlkin Həsəni də arasının zarafatla yaxşı olduğunu söyləyib.

"Kimsə mənə zarafat edəndə, əlbəttə ki, xoşuma gəlir. Əsas odur ki, edilən zarafat yerində və keyfiyyətli olsun. Zarafatın birini dünən biz etdik. Hazırda çəkilişlərlə əlaqədar cəbhə bölgəsinə yaxın yerdəyik. Dostumuz, aktyor Nicat Rəhimovla zarafat etdik. O da azacıq qorxandı... Zarafatımızdan yaman qorxdu. Gecə saat 3-də yalandan atışma səsləri effekti yaratdıq. Daha sonra qaça-qaça gəlib dedik ki, bəs atışmadır. Durun, gedirik. Maşına minəndən sonra demişik ki, Nicat, səninlə zarafat etmişik" - deyə, İ.Həsəni deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2921   Tarix: 01 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

13:00 207
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 731
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 263
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 1022
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 294
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1661
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 287
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

00:48 1004
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 411