Məşhur şouda hər kəs bu ifa ilə mat qaldı-VİDEO
25 yaşlı Siciliya usulina ordeninə məxsus, katolik rahibəsi, Kristina Skutssa "İtaliyanın səsi" şousunda çıxış etdikdən sonra dünyada məşhurlaşdı.
Münsiflərdən müğənni Rafaella Karra hətta onun həqiqi rahibə olub-olmadığını belə soruşanda, "Lap əsl rahibə" deyə, 25 yaşlı Kristina Skutssa cavab verib.
Rahibə Kristinanı dəstəkləmək üçün monastırdan digər rahibələr də gəlib. Münsiflər heyətinin hər bir üzvü bu qeyri-adi iştirakçının məhz onun komandasında çıxış etməsi üçün dilə tutmağa başlayıb.
"Görmədən dinləmə" mərhələsində katolik kilsəsinin rahibəsi Alicia Keysin "No One" mahnısını ifa edib.
Qeyd edək ki, videoçarxa artıq 32 milyondan çox adam baxıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş