Öldürülən Azərbaycan çempionunun həyat hekayəsi – VİDEO

Öldürülən Azərbaycan çempionunun həyat hekayəsi – VİDEOƏliyev Suriyada Naxçıvandan döyüşə qatılan azərbaycanlı ilə ailə qurubmuş.

Daha bir azərbaycanlının ölüm xəbəri Suriyada gedən döyüşlərdən gəldi. Sumqayıt şəhərindən olan Ceyhun Əliyev Bəşər Əsədə qarşı vuruşan, özünü İraq Şam dövləti adlandıran silahlı birləşmənin üzvü imiş.

BiG.AZ ANS TV-yə istinadən xəbər verir ki, bu gənc oğlan həm də Azərbaycan çempionudur.

Atasının gözünün işığını söndürən Suriyada öldürülən 2 azərbaycanlıdan biri 22 yaşlı güləş üzrə Azərbaycan çempionu olub. Sumqayıt şəhəri 41-ci məhəllədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan əslən Qubadlı rayonundan olan 22 yaşlı Ceyhun Əliyev 2 il öncə Suriyaya gedib.

Atası deyir ki, övladı ibadətə başlayandan az sonra onlara məlum olub ki, vəhhabi təriqətinə qoşulub. Ailə övladlarında sonradan radikallığı hiss etsələr də onu bu yoldan döndərə bilməyiblər.

Anası Akimə:

"Orucluq bayramı idi, mənə dedi ki, gedirəm məscidə namaz qılmağa. Mən də dedim toyuq alarsan. Sonra gəlmədi, telefonuna zəng çatmadı".

Bayram namazı adı ilə evdən çıxan Ceyhunun xəbərini ailəsi iki gün sonra İstanbuldan alır. Ceyhun onlara zəng vuraraq Türkiyəyə işləməyə gəldiyini deyir. Az sonra isə sorağı Suriyadan gəlir. Hətta atası Süleyman onun dalınca Suriyaya da gedir və onu Raqqa şəhərində tapır:

"Mən getdim, yalvardım, yaxardım. Amma gəlmədi. Dedi mən Allahın buyurduğu ilə hərəkət edirəm. Mən orda olanda döyüş görmədim. Orda bir boş evdə yaşayırdılar".

Suriyada öldürülən digər azərbaycanlı isə Ceyhunun bacısının yoldaşı Sumqayıt sakini 23 yaşli Ağakişiyev Aydın Raqif oğludur. Ceyhunun ailəsinin itkisi bununla bitmir. Çünki, ailənin qızı da, əri Suriyada ölən 21 yaşlı Türkan iki uşağı ilə hazırda döyüşlərin getdiyi ərazidədir.

Qəribəsi odur ki, Ceyhun Suriyada Naxçıvandan döyüşə qatılan azərbaycanlı ilə ailə qurubmuş. Onun həyat yoldaşı da orda qalıb. Ailə indi Suriyada qalan 4 nəfərinin geri qaytarılması üçün hər kəsdən kömək istəyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6144   Tarix: 28 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179