Müasir zamanın 10 ən nəhəng qarəti

Müasir zamanın 10 ən nəhəng qarətiBiG.AZ saytı banker.az-a istinadən xəbər verir ki,kim isə milyonlarla dollar qazanır, kim isə başqasının pullarını, sənətkarlıq əsərlərini, məxfi informasiyanı və ümumiyyətlə böyük dəyəri olan istənilən bir şeyi oğurlamaq üçün dəridən-qabıqdan çıxır, çoxlu güc sərf edir. Bu bədniyyət cinayətkarları nə gücləndirilmiş mühafizə, nə müasir izləmə kameraları, nə dəmir-beton divarlar, nə də kodlaşdırılmış qıfıllar saxlaya bilmir. Ona görə də bizim dövrdə qarətlər elə istənilən bir başqa dövrdə olduğu qədər tez-tez baş verir.

Bizim əsrin 21-ci yüz illiyin ən böyük qarətləri deyərkən söhbət heç də «gülünc» 100 və 200 min dollardan getmir : oğurlanan əşyaların dəyəri 10 və 100 milyon dollarlarla ölçülür. Baxmayaraq pul, incəsənət nümunələrinin və məşhur rəssamların əsərlərinin oğurluğu bütün dünyada baş verir, amma göründüyü kimi dünyanın ən nəhəng qarətləri məhz inkişaf və rifah səviyyəsi ilə seçilən Avropada qeydə alınmışdır.

10. 2006, İngiltərə, 47 milyon dollar

İngiltərənin Kent şəhərində bank qarət etmək üçün, bir neçə cinayətkar həmin maliyyə təşkilatının təhlükəsizlik xidmətinin rəisini qaçırılar, canilərin digər ortaqları isə onun ailəsini oğurlayaraq girov götürür. 2006-cı il fevralı 22-də onlar banka soxularaq, 15 əməkdaşı neytrallaşdıra bilir və müdafiə xidmətinin rəhbərini nağd pullar depozitini açmağa məcbur edirlər, onlar buradan 47,1 milyon dollar oğurlamağa müyəssər olurlar. Bandanın rəhbəri yalnız 2010-cu ildə gizləndiyi Vest-İndiada, iri məbləğdə pullar ilə birlikdə saxlanıla bilmişdir.

9. 2004, İrlandiya, 50 milyon dollar

Bu əhvalat da bundan öncəkinə olduqca bənzərdir. 2004-cü il ilin dekabrında xidməti polis geyimində olan üç nəfər Belfastda (Şimali İrlandiya) Northern Bankın əməkdaşının evinə daxil olurlar. Onlar əməkdaşı ciddi şəkildə sorğu-suala tutduqdan sonra , bankın direktorunun harada yaşadığını ondan öyrənilər. Bundan sonra caniləri həmin ünvana üz tuturlar. Əməkdaşın və direktorun ailəsini girov götürən cinayətkarlar növbəti gün bankiri depozitarini açmağa məcbur edirlər. Beləliklə onlar 50 milyon dollar aparmağa müyəssər olurlar. Oğruların axtarışı uzun müddət ərzində heç bir nəticə vermirdi. Yalnız 2009-cu ilin martında bu məsələ ilə bağlı sadə həyat tərzi keçirən, Kork şəhərindən olan maliyyəçi Ted Kanniqemə məhkəmə hökmü çıxarılır. Polislər onun evində gübrə ilə dolu kisələr tapmışlar, kisələrin içərisindən isə oğurlanmış pulların bir hissəsi aşkar olunmuşdur.

8. 2003, Avstriya, 50 milyon avro

2003-cü ilin may ayının 11-də Vyananın incəsənət muzeyindən bütün dövrdə yaradılmış heykəltəraşlıq nümunələrinin "Mona Lizası"-sı hesab olunanməşhur heykəltəraş Benvenuti Çelliniyə məxsus qızıl heykəlcik yoxa çıxmışdır. Bu nümunə onun dövrümüzə gəlib çıxmış yeganə əsəridir. Muzeyə vurulan ziyanın miqdarı 50 milyon avro civarında hesablanır.

7. 2009, Böyük Britaniya, 65 milyon dollar

Bu hadisə 2009-cu ilin avqust ayında baş vermişdir. Londonun Graff Diamonds zərgərlik dükanından oğrular 65 milyon dollar dəyərində zərgərlik məmulatları qiymətli daş-qaş və əşyalar oğurlamışlar. İki kişi dükana daxil olaraq, satıcıları tapança ilə təhdid etməyə başlayaraq, onlar bütün qiymətli əşyaları verməyə məcbur etmişlər. Xarici görünüşlərini gizlətmək üçün onlar xüsusi pariklərdən və qrimdən istifadə etmişlər. Baxmayaraq ki, daha sonra 10 nəfər bu məslə ilə bağlı saxlanılıb, amma qaçırılmış bəzək əşyalarını tapmaq indiyəcən mümkün olmamışdı.

6. 2005, Braziliya, 76, 8 milyon dollar

6 avqust 2005-ci ildə Braziliyanın Fortaleza şəhərində mərkəzi bankın binası soyğunçuların basqına məruz qaldı. Cinayətkarlar bankın yaxınlığında yerləşən bir evi kirayə götürmüşdü. Onlar bankın əsas depozitlər saxlanılan yerinə doğru 80 metrlik tunel qazmışdılar. Rahatlığı təmin etmək üçün onlar bu yer altı keçidi elektrik işıqlanması və ventilyasiya sistemi ilə təchiz etmişlər. Sonra məlum olmuşdu ki, bu cinayət qruplaşmasının 36 üzvü var imiş, onlar bu komfortlu dəhlizi təxminən 3 ay ərzində inşa ediblər. Ümumilikdə isə əməliyyatda 60 yaxın insan iştirak edib, amma onlardan cəmi 26-nı həbs etmək mümkün olub, o cümlədən bandanın əsas başçısı da tutulub, çıxarılmış məhkəmə hökmünə əsasən o, ömrünün qalan 49 ilini barmaqlıqlar arxasında keçirməli olacaq. Banka geri qaytarılan vəsait isə oğurlananların üçdə birindən az hissəsini təşkil edib.

5. Şotlandiya, 60 milyon funt sterlinq

Rəsm incəsənət nümunələrinin ən böyük oğurluğu Şotlandiyada Drumlanriq saray-muzeyində baş verib. Muzeydən Leonardo da Vinçinin "The Madonna With The Yarnwinder" (Madonna və Mil) rəsm əsəri oğurlanmışdı, əsərin sığorta dəyəri 60 milyon funt sterlinq təşkil edirdi. Rəsm əsəri 2001-ci ildə Britaniya polisinin keçirdiyi xüsusi əməliyyatın gedişində aşkar olunmuşdu.

4. 2003, Belçika, 100 milyon dollar

Belçikada yerləşən Diamond Center binasının mərkəzində, 160 xüsusi anbar (saxlama kamerası) vardır ki, almaz brokerləri öz qiymətli daşlarını məhz burada saxlayırlar. 2003-cü ildə bu saxlama kameralarından 123-ü dörd qarətçi tərəfindən talan edilmişdi. Oğurlanan malların ümumi dəyəri 100 milyon dollar təşkil edib. Oğurluğun hazırlanması və gerçəkləşdirilməsi üçün qarətçilər iki il vaxt sərf etməli olublar. Bütün bu müddət ərzində onlar binanın təhlükəsizlik sistemini təhlil etmiş və açarların üzlərinin çıxarılması ilə məşğul olmuşlar. Qarət günündə isə onlar müşahidə və izləmə video- kameralarının qeydlərini dəyişmişlər. Baxmayaraq ki, daha sonra Antverpen polisi onları saxlaya bilmişdi, oğurlanmış zinət əşyaları bu günə qədər geri qaytarılmayıb.

3. 2007. Braziliya, 100 milyon dollar

Braziliya yenidən reytinqimizdə yer alır.2007-ci ildə San-Paulonun incəsənət muzeyində qarət baş vermişdir. Qarət özü isə cəmi 3 dəqiqə davam etmişdir: oğrular qarət üçün əlverişli məqam seçmişlər, həmin an muzeyin bütün təhlükəsizlik işçiləri başqa bir mərtəbədə imiş. Onlar fürsətdən istifadə edərək muzeydəki kolleksiyanın iki ən bahalı şəklini binadan çıxarmışlar.

2. 2008, Fransa, 118 milyon dollar

Parisdəki Harry Winston Heist zərgərlik salonun qarəti – Fransa tarixində qeydə alınmış ən nəhəng soyğunçuluq hadisələrindən biridir. 2008-ci ildə dörd nəfərdən ibarət qrup, əyninə qadın paltarı geyinərək dükana basqım etmişlər, onlar əllərindəki silah və qranatlar dükanın işçi heyətini təhdid etmiş və çamadanlara 108 milyon dollar civarında zinət əşyaları dolduraraq, aradan çıxmışlar. Növbəti ildə Fransa polisi tərəfindən oğurluqda iştirakı və talan edilmiş malların mənimsənilməsində şübhəli bilinən25 nəfər saxlanılmışdır.

1. 2008, İsveçrə, 160 milyon dollar

2008-ci ilin fevral ayında Sürixin ən təhlükəsiz, sakit və çiçəklənən rayonlarından birində yerləşən Emilya Burlenin muzeyindən ümumi dəyəri 160 milyon dollar dəyərində olan dörd rəsm əsəri oğurlanmışdı. Üzlərində maska olan üç nəfər silahlı şəxs gecə vaxtı muzeyə daxil olaraq, muzey növbətçilərinə tapança ilə təhdid edərək Pol Sezan, Edqar Deq, Vinset van Qoq və Kloda Monenin rəsm əsərlərini oğurlamışlar. Oğurlanmış əsərlər haqqında istənilən bir informasiyaya görə 100 min İsveçrə frankı vəd edilmişdi. İki gün keçəndən sonra şəkillərdən iksi muzeydən çox da uzaqda yerləşməyən psixiatrik xəstəxananın həyətindəki avtomobildən tapılmışdı. Digər rəsmlərin taleyi isə bu günə qədər naməlumdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1662   Tarix: 28 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197