Avropa liqası nəti̇cələr

Avropa liqası nəti̇cələrÖlkənin iki ən titullu klubu İngiltərə və İtaliya təmsilçiləri ilə üz-üzə gəlib.

Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

BiG.AZ apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində 1/4 final iddiasında olanlar ilk oyunlarını keçiriblər.

Bu mərhələdə hərəyə 3 klubla təmsil olunan İspaniya və İtaliya komandalarından ikisi üz-üzə gəlib. Turin və Sevilyada eyni ölkə təmsilçiləri görüşüb. Turnirdə "Yuventus" və "Fiorentina" 1:1 hesablı bərabərliklə razılaşıblar. Seviliyada isə "Betis" səfərdə 0:2 hesabı ilə qələbə çalıb.

Portuqaliya 1/8 finalda iki komanda ilə təmsil olunub. Ölkənin iki ən titullu klubu İngiltərə və İtaliya təmsilçiləri ilə üz-üzə gəlib. "Porto" öz meydanında "Napoli" üzərində minimal hesabla qələbə çalıb. "Benfika" isə İngiltərədə "Tottenhem"i 1:3 hesabı ilə məğlub edib. "Böyük beşlik" təmsilçilərindən "Valensiya" Bolqarıstanın "Ludoqorets"indən üstün olub (0:3), "Lion" isə Çexiya "Viktoriya"sını darmadağın edib (4:1).

Yalnız iki matçda qitənin 5 ən güclü çempionatının komandası yoxdur. Həmin oyunlardan birində Hollandiya "Alkmaar"ı Rusiya "Anji"sini qəbul edib. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İsveçrədə isə "Bazel" "Zalsburq" oyununda hesab açılmayıb.

Avropa Liqası

1/8 final, ilk oyunlar

"Ludoqorets" (Bolqarıstan) - "Valensiya" (İspaniya) - 0:3

Qollar: Barraqan, 5; Kartabia, 33; Senderos, 59

"Bazel" (İsveçrə) - "Zalsburq" (Avstriya) - 0:0

"Porto" (Portuqaliya) – "Napoli" (İtaliya) - 1:0

Qol: Martinez, 57

"Lion" (Fransa) – "Viktoriya" (Çexiya) - 4:1

Qol: Fofana, 12, 70; Lacazette, 53; Mvuemba, 61 - Horava, 3

"Tottenhem" (İngiltərə) – "Benfika" (Portuqaliya) - 1:3

Qol: Eriksen, 64 - Rodriqo, 29; Luisao, 58, 84

"Yuventus" (İtaliya) - "Fiorentina" (İtaliya) - 1:1

Qol: Vidal, 3 - Qomez, 79

"Sevilya" (İspaniya) - "Betis" (İspaniya) - 0:2

Qol: Baptistao, 15; Sevilla, 77

"Alkmaar" (Hollandiya) - "Anji" (Rusiya) - 1:0

Qol: Yohannsson, 29


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1072   Tarix: 13 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 288
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 464
.

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib. "Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb. "Hazırda bu barədə düşünmürəm

30.03.2024 338
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 570
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14.04.2024 350
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 1954
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 269
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 353
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 301