Azərbaycanın Eurovision təmsilçisi seçildi - VIDEO, FOTO
Bu il "Eurovision 2014" musiqi yarışmasında Azərbaycanı gənc müğənni Dilarə Kazımova təmsil edəcək.
BiG.AZ AzVision.az-a əsasən xəbər verir ki, "Eurovision 2014"-ün seçim turu olan "Böyük səhnə"nin qalibi olan sənətçi Azərbaycanı Danimarkada baş tutacaq müsabiqədə təmsil edəcək.
Dilarə Kazımova Bakıda anadan olub. Ü. Hacıbəyli adına Bakı musiqi akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. Eurovision mahnı müsabiqəsinə milli seçimlərin (2008, 2010) iştirakçısı olub. "Yeni Dalğa 2010" müsabiqəsinin laureatıdır. Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş