Qorxulu vərəm statistikası: necə qorunaq?

Qorxulu vərəm statistikası: necə qorunaq?Havaların soyuq keçməsi immunitet sistemi zəif olan insanlara müxtəlif xəstəliklər gətirdi. Boğaz ağrısı, qrip, sətəlcəm, soyuqdəymə xəstəlikləri hazırda bir çox məktəb və uşaq bağçalarında hökm sürür.

Bakı Dəmiryol Xəstəxanasının həkim pulmonoloq-ftiziatrı Tükəzban Novruzovanın sözlərinə görə, soyuqdəymə və qrip sonrası uzun müddət davam edən öskürək varsa, mütləq mütəxəssisilərə müraciət etmək lazımdır: "Çünki bir neçə həftədən çox çəkən bəlğəmli öskürək çəkinin azalması, təngnəfəslik, bədən hərarətinin qalxması, gecə tərləməsi, iştahsızlıq, baş ağrısı, ümumi halsızlıq varsa, bu, vərəmin əlaməti ola bilər".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 20 milyondan artıq insan vərəmdən əziyyət çəkir ki, onlardan da 7 milyonu açıq formadadır. Azərbaycanda da vərəmdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ölkəmizdə 2011-2015-ci illər üçün Vərəmlə Mübarizə üzrə tədbirlər proqramı hazırlanıb. Bu proqramlar çərçivəsində maarifləndirici seminarlar keçirilib. Xəstəliyin ötürüldüyü yerlər əsasən məktəb və bağçalar olduğu üçün həmin seminarlar orta məktəblərdə də aparılıb. Unutmamaq lazımdır ki, uşaqları düzgün maarifləndirmək gələcəkdə xəstələnmə hallarının sayının azalmasında böyük rol oynaya bilər.

T.Novruzova bildirir ki, öskürək 4 həftəni keçibsə, xəstə mütləq həkimə müraciət etməlidir: "Vərəm-Mycobakterium tuberculosis kompleksdən olan bakteriyalarla törədilən yolxucu xəstəlikdir. Bu bakteriyalar ultrabənövşəyi şüalara, yüksək temperatura qarşı həssasdır. Vərəm xəstəliyi təhlükəli olsa da vaxtında qoyulan diaqnoz zamanı müalicə olunandır. Ağciyər vərəmi, sümük-oynaq sisteminin vərəmi, beyin qişalarının vərəmi, mərkəzi limfa vəzilərinin vərəmi, vərəm meningiti, dəri və dərialtı toxumanın vərəmi, sidik-sistemi orqanlarının vərəmi, digər orqanların vərəmi və s. mövcuddur".

Onun sözlərinə görə, vərəm olma riski altında, əsasən, vərəm xəstəsilə yaxın kontaktda olanlar, alkoqolizmə düçar olanlar, evsizlər, vərəmlə yoluxma riski olan işçilər, tibbi lobaratoriya işçiləri, İİV infeksiyası, şəkərli diabet, endokrin vəzinin xəstəlikləri, xərçəng xəstəliyi, hemotoloji sistemin xəstəlikləri, immun sistemi zəif olan insanlar ola bilər. Müsahibimizə görə, vərəm xəstəliyi əsasən hava-damcı yolu ilə ötürülür. Vərəmlə yoluxmuş insan öskürdükdə ətrafdakı insanları yoluxdura bilər. Yoluxmuş, lakin hələ vərəm xəstəsi olmayan insanlarda simptomlar müşahidə olunmur və ona görə belə insanlar yoluxdurucu sayılmırlar. İlkin yoluxanların təxminən 10%-i öz həyatları boyu nə vaxtsa vərəmlə xəstələnə bilərlər. Zəif immuniteti olan, İİV infeksiyalı şəxslərdə bu daha da təhlükəli hesab edilir.

Xəstəlik təbii gedişdə dörd mərhələyə ayrılır. "Təsirə məruz qalma - cəmiyyətdə yolxucu xəstələrin sayı, belə xəstələrlə kontakt ehtimalının olması, xəstənin öskürmə tezliyi, xəstə ilə kontaktın müddəti yoluxmada böyük rol oynayır. Yoluxma - immunoloji cavab reaksiyasının yaranması 6-14 həftə çəkir. Vərəm mikobakteriyaları ağciyər alveollarına daxil olur və makrofaqlar tərəfindən faqositoza uğrayır. Tuberkulin reaksiyası müsbətdir, zədələnmiş sahələr adətən tamamilə sağalar ancaq mikobakterialar bu nahiyədə hələ də sağ qala bilər. Ağciyər zədələnməsindən qabaq qan dövranı zədələnməsi vasitəsilə səpələnmə baş verə bilər. Daha sonra xəstəlik mərhələsi başlayır. Bu, nəfəs alınan havada mikobakteriyaların toplanmasının miqdarı, yoluxmadan sonra keçən müddət yoluxmuş şəxsin yaşı, immunitetin zəif olmasına bağlıdır" deyən həkimin sözlərinə görə, vərəmdən ölüm halı isə diaqnozun vaxtında qoyulmaması, tibbi texniki bazanın aşağı səviyyədə olması, müalicədə fasilələrin olmasından asılıdır.

T.Novruzova deyir ki, hər bir xəstə həkimin qəbulunda olduğu zamanı xəstəliyin dəqiq təyin edilməsi üçün bəlğəmin yaxma mikroskopiyası, Rentgen-flüoroqrafik müayinə, dəri tuberkulin sınağından keçir. Bu sınaq çox vaxt uşaqlar arasında aparılır. Yaşlılarda vərəm diaqnozunda az əhəmiyyəti var.

Vərəm sağalan xəstəlikdir. Əgər vaxtında aşkarlanarsa, dəqiq diaqnoz qoyularsa, müalicə müvafiq sxem şəklində aparılır.

Vərəmlə Mübarizə üzrə Milli Proqramın əsas məqsədi vərəmin müalicəsinə yönəlmiş işlərdən ibarətdir. Müalicə stasionar şəraitdə aparılmalıdır. Müalicənin müddəti ən azı 6 ay, bəzən isə 2 ilə qədər davam edə bilər. Müalicə xəstəliyin lokalizasiyasından, ağırlığından, bəlğəm yaxmasının nəticəsindən, əvvəlki vərəmin müalicəsindən asılıdır. Müalicədə konkret dörd adda və köməkçi dərmanlardan istifadə olunur: "Əgər bir şəxs özündə vərəmə uyğun simptomlar hiss edərsə, dərhal həkimə müraciət etməlidir. Vərəm infeksiyası yoluxucu olduğuna görə bir insandan başqasına keçə bilər. Bu səbəbdən insanlar çalışmalıdırlar ki, öskürdükdə, asqırdıqda ağızlarını tutsunlar. İnsanın yaşadığı şərait çox vacibdir. Belə ki, işıqlı və quru şərait olmalıdır. Evdə olarkən otağı daim havalandırmaq lazımdır. Gigiyenik qaydalara riayət olunmalıdır. İctimai nəqliyyatdan istifadə edərkən diqqətli olmaq lazımdır. Uzun müddət vərəm xəstəsilə təmasda olduqda o zaman xəstəliyə yoluxmaq mümkündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2840   Tarix: 27 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 476
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 682
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 279
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 494
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 269
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 283
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

16:36 0
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 320
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 326