3 yaşlı uşaq, ağlayan ana və 30 polis - FOTO

3 yaşlı uşaq, ağlayan ana və 30 polis - FOTO
3 yaşlı uşaq, ağlayan ana və 30 polis - FOTO
3 yaşlı uşaq, ağlayan ana və 30 polis - FOTO
3 yaşlı uşaq, ağlayan ana və 30 polis - FOTO

İngiltərənin Kembricşir qraflığındakı Sankt-Neost şəhərində yaşayan Bekki Qamm oğlu Ceydeni yataq otağında tapmayanda təlaşa düşmüşdü. O, mənzili ələk-vələk elədi, həyətə baxdı, küçəyə çıxdı - amma Ceydeni görmədi.

32 yaşlı ana qorxmuşdu və o, 999-a zəng vuraraq oğlunun itdiyini dedi.
3 yaşlı Ceydenin itməsi barədə xəbər alan polislər axtarışa başladılar.

BiG.AZ saytı türkiyə mətbuata istinadən bildirirki, 30 polis şəhərdə Ceydeni arayırdı. Bir qədər sonra isə axtarışlara polis helikopteri də cəlb olundu.
Amma, sən demə, Ceyden itməyibmiş.

O, mətbəxə yollanaraq soyuducudakı mürrəbbə bankasını götürüb və sonra da əlüzyuyanın altındakı dolabın qapısını açaraq oraya girib.

3 yaşlı Ceydeni dolabda yuxu tutmuşdu. Sevimli "Yanğınsöndürən Sem" (Fireman Sam) multfilminə baxandan sonra mətbəxə getmiş Ceyden dolabda yatmaqda, anası və polislər isə onun axtarışında idilər.

Uşaq sonucda tapılıb.

"Ceydenin böyük qardaşı, 4 yaşlı Çarlidən soruşanda ki, "Qardaşın hanı?" - əlimdən tutub qapıya tərəf apardı. Elə bildim evdən çıxıb. Sonra evə qayıtdım. Mətbəxi də aradım, dolaba da baxdım. Sən demə, üstünə köhnə dəsmalı çəkib yatıbmış. Çantaların, dəsmalların arasında onu görmədim.

İkinci dəfə axtaranda tapdım. Ceyden məni yaman qorxutdu. Polisləri hələ demirəm. Utandığımdan onların üzünə baxa bilmirdim. Onlar isə Ceydenlə
mənə baxıb gülümsəyirdilər. Bu balaca dəcəl hamımızı qorxutdu", - Bekki Qamm deyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 5512 Tarix: 01.03.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Sibel
Sibel 01.03.2014
ALLAH saxlasın Amin,
Xəbər çün ALLAH Razı Olsun Ramal..!!!

Huzurun bir Rəsmi varmı bilməm,
Anca bir İsmi var ALLAH, UCA RƏBBİM,
Şükür Ya'RƏBBİM Şükür,


 
Abdulzada
Abdulzada 01.03.2014
ela


 
orik
orik 01.03.2014
чудомальчик )


 
R788
R788 01.03.2014
usss seniii yaziq qadin gizlenmeye yer tapmayib eyy

maraqli oldu tesekkurler qardasa

♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər