Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilibBu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçic səhnəsində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. BiG.AZ-ın verdiyi xəbərə görə, tədbirdə Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artisti Mübariz Həmidov, aktyorlar, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri ilk olaraq Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov açaraq Xocalı faciəsində əhalinin başına gətirilən müsibətlərdən söz açıb: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdan rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Biz bu tarixi təkcə 26 fevralda deyil hər an xatırlamalıyıq".

Qeyd edək ki, sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib. Belə ki, filmdə igid oğullarımızın son damla qanlarına kimi öz torpaqları uğrunda apardığı mübarizə, dinc əhaliyə tutulan ən ağılasığmaz divanlar, öz evlərindən, yurd-yuvalarından didərgin düşmüş əliyalın insanların yurd həsrəti, torpaq nisgili əks olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1241   Tarix: 26 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040