Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTO

Peplum – Qədim Romada qadınların üst geyimi olub. O, qadın bədəninin bütün çatışmazlıqlarını, beldəki piyləri məharətlə gizlədən qəşəng, bəzəkli, büzməli əlavədir. Bu əlavənin əsas məqsədi qadınların əsas ləyaqətini, yəni, bədən quruluşunu daha zərif və xanım-xatın göstərməkdən ibarətdir. Peplum (onun başqa adı "basque"-dir) köynəklərin balaqlarına, donların bel hissəsinə, hətta pencək və jaketlərin də aşağı hissəsinə tikilə bilər.

Bu ətəklərin məqsədi estetik cəhətdən təkcə bədən quruluşuna diqqət cəlb etmək deyildi, onun həm də bir neçə funksiyaları da mövcud idi. Ətəyin üzərindəki əlavə geyimi küləkdən və palçıqdan qoruyurdu. Vaxtı ilə peplum həm kişi, həm də qadın bəzəyi olub.​

2012-ci ildən peplum dəbi qayıdır və 2-ci qızıl dövrünü yenidən yaşayır. Nazik və zərif volanlara demək olar ki, yaz dəfilələrinin hamısında rastımıza çıxır. Bu gün peplumun necə yaranması, dəbə düşməsinin tarixi haqqında danışacağam.

Peplum dəb tarixinə 19-cu əsrdən daxil olub. Amma məhşurluğunun zirvəsini 1940-ci ildə yaşayır. 1980-ci illərdən vitrinlərdən itən peplum qarşıdan gələn aylarda yenidən öz yerini möhkəmlədəcək. Yenidən dəbə qayıtmaqla gündəlik qarderobun funksional geyim əşyasına çevrilir, həm də ziyafət libasları üçün material olur. Qeyd etmək lazımdır ki, peplum istənilən cansıxıcı obrazı romantik göstərməyə qadirdir.

Dəbdən anlayışı olmayanlar hesab edir ki, peplum son dövrlərin ixtrisadır. Halbuki, peplumun tarixi antik dövrələrə gedib çıxır. O zamanlarda müxtəlif qumaşlar yunan və roma modapərəstləri arasında olduqca dəbdə idi. Peplum yunan dilindən "peplus" sözündən götürülüb. Peplus Antik şəhərlərdə tunikin üzərindən geyinilən qumaşa deyilir. Əvvəllər yüksək təbəqənin xanımları öz paltarlarını qumaşla bəzəməyi çox sevirdilər.

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOPeplum baskların (İspaniyanın şimalında və Fransanın cənub-qərb ərazisində yaşayan qədim xalq) milli geyimlərinin bir elementidir. Basklı qadınlar milli ətəyin üstünə bəzəkli qumaşlar əlavə etməyi xoşlayırdırlar. Onu rəngli parçalardan tikərdilər, beləliklə də hər qadına özünü özəl hiss etməyə imkan verirdi. Peplum getdikcə başqa ölkələrin geyim mədəniyyətinə də daxil olur.

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOBasklar əvvəlcə kişi kostyumlarında istifadə edilirdi, daha sonra bu element qadın qarderobuna keçir. Amma onlar 18-ci əsrdə məhz fransızların sayəsində dəbə minir. Bask 19-cu əsrdə üst geyim kimi geyinilən büzməli və qabarıq önlüyün bir növüdür.

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOBaskı podiuma XX əsrdə İspaniyanın şimalında doğulan (basklar ölkəsində) ispan modleyeri Kristobal Balensiaqa gətirir.

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTO1947-ci ildə Kristian Dior özünün zərif "New Look"-unu yaradır. Qabarıq ətək və jaketin balağındakı basklar (peplum) həm beli nazik göstərir, həm də obraza eleqantlıq bəxş edirid. Basklı jaketlər markanın ayrılmaz elementi kimi tarixə düşüb. Bu günə qədər Dior moda evinin demək olar ki, hər kolleksiyasında rastımıza çıxır.

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOBir neçə onillik basklar kölgədə qalır, sadəcə hərdən bir dizaynerlərin kolleksiyasında görünürdü. 70-ci illərdə İv Sen Loran (Yves Saint Laurent) safari gödəkçələrini daha oynaq göstərmək üçün bask elementindən istifadə edir. Bu gün isə basklar yay-yaz geyimlərinin əsas trendlərindən birinə çevrilib.

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOYaxın zamanlarda peplumun bir neçə növü vitrinləri işğal edəcək: ciddi, həndəsi xətlər, gur dalğalar, həmcli lentlər və.s. Bundan başqa modleyerlər təkcə ətəklərə deyil, şalvarlara, hətta şortlara da bu elementi əlavə ediblər.

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOOfis geyimlərində - Əgər söhbət ciddi ofis deress-kodundan gedirsə, siz casərtlə qara dar şalvar, uzunboğaz dəri çəkmə və aşağısı volanlı - peplum köynək geyinə bilərsiniz. Bu geyimdə siz işgüzar, eyni zamanda çox zərif görünəcəksiniz.

Qələm ətəklər - Ən gözəl vəhdəti şübhəsiz peplum, qələm-ətəklərdə müşahidə edirik. Qələm-ətəklər özlüyündə qadın qarderobunun ən incə detalıdır. Üst geyimin üzərindəki peplum əlavəsi, qum saatı effekti yaradır. Və elə onun nəticəsində qadın fiqurası qəşəng görünür.

Ziyafət libaslarında - Bir çox Hollivud gözəlçələri beli son dərəcə gözəl göstərən bu effektli əlavəyə üstünlük verirlər. "Oskar" və "Qızıl qlobus" kimi mükafatlandırma mərasimlərində cazibədar ulduzlar məhz bu detalın sayəsində füsunkar görünməyə nail olurlar. Dünya şöhrətli modelyerlər isə peplumun yeni-yeni obraz və fasonlarını tapmağa çalışırlar.

Dəbdəbəli ziyafət axşamlarında əyninizə kip oturan peplum seçin. Peplumun sayəsində ideal və mükəmməl bir görüntü əldə edə bilərsiniz. Qeyd etmək lazımdır ki, peplum həm arıq gənc qızlara, həm də ətli-canlı xanımlara yaraşır. Qarından budlara qədər olan bütün çatızmazlıqları gizləyir, qadınlığını artırır və cazibəli forma verir.

Ətəklər peplum dəbi – Peplum dəbinin ən önəmli məqsədi qadın bədəninin cizgilərini ölçülü biçimdə vurğulamaqdır. Əgər həddindən artıq kök deyilsinizsə, peplum demək olar ki, hər bədən tiplərinə uyğundur.

Bluz və pencəklər – Peplum bluzlarını istər gecə dəvətlərində, istəsə də gündüz işə gedərkən rahatlıqla geyinə bilərsiniz. Onu qələm ətək və dar şalvarla çox rahat uyğunlaşdırmaq olar. Bluzu təkcə ətək və şalvarın üstündən deyil, sadə, düz donun üstündən də geyinə bilərsiniz.

Peplum donlar – Bəzən dəbin tez ötüşən trendlərinin sürətinə çata bilmirik. Köhnə modellər illər sonra yenidən gündəmə gəlir. Amma peplum haqqında bunu deyə bilmərik. Peplum dəbinin 19-cu əsrdən etibarən var olduğunu düşünsək, onu klassika da adlandırmaq mümkündür.

Budları nazik olan arıq qızlar istənilən enlikdə biçilmiş peplum geyinə bilərlər.
Yumru ombalarınız varsa, peplum tünd tonlarda seçilməlidir.
Yüksək bel ətəklər qarnı gizləməyə yardım edəcək.
Geniş budları olan xanımlar isə peplumu aşağıda bitən modellərə üstünlük verməlidir.
Peplum budlarda üfüqi xətt yaratdığı üçün ayaqları vizual oaraq qısa göstərir. Özünüzü bundan maksimum siğortalamaq üçün balağı topuqda bitən və daha uzun ətəklər seçə bilərsiniz. Məsələn, Dio-un 1947-ci ildə ki, klassik variantı kimi.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5543   Tarix: 25 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3