ANS 19 yaşını qeyd etdi

ANS 19 yaşını qeyd etdi26.11.2010 Tarixində ANS Şirkətlər Qrupunun əməkdaşları ANS Televiziyasının yaranmasının 19 illiyini qeyd ediblər. Tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hər kəsi Azərbaycanda və eləcə də keçmiş Sovet məkanında ilk müstəqil televiziyanın yaranması münasibətilə təbrik edib.

"Mən çox fəxr edirəm ki, ANS-in yaranmasında birbaşa iştirak etmişəm və hazırda da sizin kimi əməkdaşlarla çiyin-çiyinə çalışmaqda davam edirəm", deyə V. Mustafayev qeyd edib.

O, ANS-in yaranmasında və fəaliyyətində töhfə verən hər kəsə, eləcə də mərhum prezident Heydər Əliyevə minnətdar olduğunu vurğulayıb: "Biz bizə yaxşılıq edənləri, dayaq duranları və ən əsası ağsaqqallarımızı heç vaxt unutmuruq. Hamıya məlumdur ki, Heydər Əliyev ANS bağlananda bizi müdafiə edib. O, Azərbaycanın demokratikləşməsini istəyirdi və bizi də demokratiyanın bir nümunəsi kimi görürdü. Biz bugünkü günümüzdə həmçinin Azərbaycanın hazırkı prezidenti İlham Əliyevə də təşəkkür edirik. ANS 2006-cı ildə Milli Televiziya və Radio Şurasının qərarı ilə bağlananda, məhz prezidentin təşəbbüsü ilə yenidən fəaliyyətini bərpa etdi".

Daha sonra çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezideti Mirşahin Ağayev 19 il bundan əvvəl ANS-in yaranmasını belə xatırladı: "1991-ci il noyabrın 26-da ANS ilk dəfə efirə 7 dəqiqəlik "xəbərçi" verilişi ilə çıxdı. Həmin vaxt bizim efirimizin sonuncu xəbəri delfinlərin QİÇS-ə yoluxması ilə bağlı "lambada" xəbər idi. Amma həmin gün biz noyabrın 20-də Qarakənddə baş vermiş təyyarə qəzası ilə bağlı da məlumat verdik. ANS həmin dövrdə efirdə hələ heç kimin demədiyi bir cümlə də dedi. Bu gün bu cümlə bizim üçün adidir. Ancaq həmin dövrdə Azərbaycan tamaşaçısı efirdən belə bir cümlə eştiməmişdi. O cümlə belə idi: "Azərbaycan prezidenti Ayaz Mütəllibov xalqa xəyanət yolunu seçib". Bu cümləni Etibar Məmmədov demişdi və biz də yayımlamışdıq".

Daha sonra söz ANŞ Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayevə verildi: "Bu gün ANS 19 yaşını qeyd edir və bəlkə də aralarımızda elələri var ki, ANS yarananda heç anadan olmamışdı. Arzu edirəm ki, gün o gün olsun ki, ANS-in ad gününü qeyd edəndə, kanal yaradılarkən heç anadan olmayanların 50 yaşı olsun".

Sonda söz ANS Şirkərlət Qrupunun prezidenti Vahid Mustafayevin mətbuat üzrə müşaviri Mais Məmmədova verildi. O, ANS-lə işlədiyinə görə fəxr etdiyini bəyan etdi. "Sonda bir arzum var. ANS 25 yaşını qeyd edəndə mən də sizinlə olum", deyə M. Məmmədov əlavə etdi.

Tədbirin yekununda ANS Televiziyasının əməkdaşlarına bahalı hədiyyələr təqdim edildi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4238   Tarix: 26 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

07.05.2024 586
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

07.05.2024 891
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

07.05.2024 861
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

07.05.2024 127
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

07.05.2024 173
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

07.05.2024 271
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

07.05.2024 291
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

07.05.2024 495
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

07.05.2024 632