Belə zarafat nə gördünüz, nə də eşitdiniz - VIDEO

Belə zarafat nə gördünüz, nə də eşitdiniz - VIDEOBir nəfər dayanacağa gəlir, burda avtobus gözləyən gənclə söhbətləşir, ünsiyyət qurur, tanış olur.

Bir az sonra yaxınlarında bir avtomobil dayanır. Sürücü sanki yoldan keçərkən onu görüb. Sürücü dayanacaqdakı şəxslə qucaqlaşıb görüşür, onu getmək istədiyi yerə aparmaq üçün maşına mindirir. Bu zaman dayanacaqdakı gəncə də maşına minməyi təklif edir. Ancaq o mədəni şəkildə təklifi rədd edir. İsrar edirlər... Nəticədə təklifi qəbul edən gənc maşına əyləşir.

Sürücü ilə tanışlıqdan sonra bir az söhbətləşirlər. Bu zaman avtomobilin yük yerindən insan səsi gəlir. Sürücü dostuna baxaraq "Yadındadır bizim müdirə külli miqdarda borcu olan bir nəfərdən danışmışdım. Onun səsidir, kəsmək lazımdır" deyir. Bir müddət getdikdən sonra avtomobili saxlayıb, beyzbol taxtasını da götürüb maşının arxasına keçir.

Gənc, əlini telefonuna atır. Dayanacaqda onunla tanış olan şəxs bunun doğru seçim olmadığını deyir. Bir anda yük yerindən gələn səs kəsilir və sürücü əlində qana bulanmış beyzbol taxtası ilə geri qayıdır.

Onun dediyi ünvana getmədiklərini görən gənc bunun səbəbini soruşanda isə yüklərini boşaldıb, onu evə aparacaqlarını deyirlər. Daha sonra sürücü avtomobili saxlayır, yük yerindən qana bulanmış insanı çıxarır, saxlanc yerindən götürdüyü tapança ilə ona atəş açır.

Sonra sürücü telefonla danışır, guya daha bir nəfəri öldürmək sifarişini qəbul edir. Onun əlamətləri isə dayanacaqdan götürdükləri gəncə oxşayır. Arxa oturacaqda oturan şəxs qorxudan danışmır.

Və nəhayət, bu işgəncə qurtarır, gəncin vəziyyətinin pis olduğunu görən dostlar gülməyə başlayırlar. Ona kameraları göstərib bunun bir zarafat olduğunu deyirlər. Hətta ondan bu videonu yayımlamaq üçün icazə alıb, birlikdə şam yeməyi təklifini edirlər


BiG.Az
Telegramda izləyin
Video   Baxılıb: 2332   Tarix: 18 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

TOP MP3