"Sovetski"nin sakinlərinə əlavə 1000 manat veriləcək - AÇIQLAMA VİDEO

"Sovetski"nin sakinlərinə əlavə 1000 manat veriləcək - AÇIQLAMA VİDEO

"Sovetski" sakinləri söküntü işləri ilə bağlı sabah Yasamal rayon icra başçısı ilə müzakirə aparacaqlar.

Qərar "Sovetski" kimi tanınan qəsəbə sakinlərindən ibarət təşkilat komitəsinin, Köçürmə komissiyanın sədri Səməd İslamovla bu gün keçirdiyi görüşdən sonra verilib. Vaxt qısa olsa da "Sovetski" sakinləri icra başçısına ünvanlamaq üçün təkliflər paketi hazırlayıblar.

Təşkilat komitəsinin sədri, Namiq Quliyev: "Biz sakinlərin təklifini irəli sürürük. Evi balaca olanlara ev verilsin. Daha demirik ki, bu adamın bir otağı varsa, ona 7 otaq verin. Biz deyirik ki, əgər bunun 15 kvadrat metr ərazisi varsa, buna bir otaqlı ev versinlər. Evi böyük olanların da evinin təmirli olması, təmirsizliyi nəhərə alınsın."

Koçürmə komissiyası isə istənilən narazı vətəndaşı dinləməyə hazırdır. Komissiyasının sədri Səməd İslamov indidən vəd edir ki, bu məsələdə heç kim onlardan narazı qalmayacaq.

Yasamal RİH başçısının birinci müavini, Səməd İslamov: "Biz insanları dinləməyə, onların problemini həll etməyə hazırıq. Bu problemləri biz bilirik. Həftəniin 6- günü Cəfər Cabbarlı küçəsi 12-də komissiya üzvləri onları qəbul edirlər. Sakinləri dinləyirlər."

Bu günə kimi 2400-ə yaxın evdə ölçmə işləri aparılaraq qiymətləndirilib. 55 sakinin pulu bank hesabına köçürülüb. Kompensasiya olaraq sakinlərə yaşayış sahələrinin hər kvadratına görə 1500 manat pul ödənilir. Kompensasiyaya razı olan sakinlərin köçməsinə yardım etmək məqsədi ilə əlavə 1000 manat pul və iki ay vaxt da veriləcək. Sökülən ərazilərdə şəhərin baş planına əsasən istirahət parkı salınacaq. İcra rəsmiləri həmin ərazidə hər hansı bir yaşayış binasının tikiləcəyi ilə bağlı fikirləri təkzib edərək sözügedən ünvanda yalnız sosial obyektlərin salınacağını deyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2706   Tarix: 17 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 151
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 301
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 118
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1359
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 138
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 335