Azərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTO

Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən müğənnilər çoxdur. Ancaq bunu etiraf edənlər elə də çox deyil.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, arxada qalan illərdə şou-biznesdə gözəlləşmək üçün bıçaq altına yatan müğənnilərin siyahısını araşdırıb.

Plastik cərrahiyə əməliyyatları hələ keçmiş dövrlərdən qadınlar üçün ən aktual məsələlərdən biri olub. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub. Əminə xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər iki xanım əməliyyatlarını Gürcüstanda etdirib.

Xalq artisti Brilliant Dadaşova da Azərbaycan şou-biznesində plastik əməliyyat keçirən müğənnilərdən hesab olunur. Məlumata görə, müğənni dodaqlarında və bədənin bir neçə yerində plastik əməliyyat etdirib. Onu Türkiyənin Superstarı Ajda Pekkanın həkiminin əməliyyat etdiyi bildirilir. Müqayisə üçün ifaçının arxivdə olan şəkillərinə baxmaq kifayət edir.

Xalq artisti Məleykə Əsədova da plastik əməliyyat etdirib, ancaq B.Dadaşova kimi o da bunu etiraf etmir. Özü bunu gizlətsə də, həkimlərin əməyinin bəhrəsi onun burnunda, dodağında və üz dərisində hiss olunur.

Sənubər İsgəndərli də "botoks" üsulu ilə üzündə və dodağında dəyişikliklər etdirib.

Müğənni Nura Suri də dəfələrlə əməliyyat etdirən tanınmışlar sırasındadır. Müğənni keçirdiyi avtomobil qəzasından sonra Sankt-Peterburqun məşhur cərrahı Nekrasovun əməliyyat masasına yatıb.

Plastik cərrahiyyə əməliyyatı ilə öyünənlər də az deyil. İlk sırada Müğənni Rəqsanə İsmayılovanı göstərmək olar. Bədəninin müxtəlif yerlərində 10 dəfədən artıq əməliyyat keçirib. O, bunu mətbuatdan gizlətməyib. Lazım gələrsə, yenə edəcəyini söyləyir.

Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənnin kim olduğunu düşünsək, heç şübhəsiz ilk olaraq ağla xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli bunu mediadan gizlətməyib. A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klipdə çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib. Sonuncu əməliyyatı isə burnunda olub.

Xalq artisti Nisə Qasımova da plastik əməliyyat etdirən müğənnilərdəndir. O, üzündə etdirdiyi 1-ci əməliyyatı mediadan gizli saxlamayıb. Lakin bir neçə ay öncə üzünə vurdurduğu geli, mediadan gizli saxlayıb. Səbəbsə əməliyyatın uğursuz olmasıdır.

Əməliyyat keçirənlər arasında Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib.

Gözəllik üçün atılan addım bəzən həyat bahasına başa gəlir. Mərhum müğənni Reyhan Müslümova da məhz plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişənlərdəndir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən müğənni artıq piylərdən azad olmaq məqsədi ilə liposaksiya etdirərkən, dünyasını dəyişmişdi.

Plastik əməliyyatlardan sonra yeni görünüşlərindən narazı qalan məşhurlarımız da az deyil. Müğənni Röya Ayxan burnunda keçirdiyi əməliyyatın uğursuz olduğunu dəfələrlə mətbuata açıqlayıb. O, yenidən burnunu əməliyyat etdirəcəyini deyib. Bundan əlavə o, dodağına bir neçə il öncə gel vurdurub. Amma bunu etiraf etmir. Hətta aylar öncə sosial şəbəkədəki səhifəsində bu barədə yazmışdı.

Burnunu əməliyyat etdirən müğənnilər sırasında Almaz Ələsgərli, Rəhim Rəhimli, Nadir Qafarzadə və Xatirə İslam da var. Onlar keçirdikləri bu əməliyyatları mediadan gizlətməyiblər. Ən çox müzakirə olunan Nadir Qafarzadə olsa da, o, bəzi həmkarlarından açıq sözlülüyü ilə seçilib: "Bəli, mən sənət adamıyam. Lazım gəlsə, yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir. Bunda heç bir qəbahət yoxdur".

Xalq artisti Faiq Ağayev də plastik əməliyyat etdirənlər sırasındadır. Lakin, o, bunu heç zaman etiraf etməyib. Sənətçi gözlərində etdiyi əməliyyatı isə etiraf edib.

Saçı tökülmüş kişi müğənnilər arasında saç əkdirən müğənnilər də var. Bu prosedurdan Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğluı yararlanıblar.

Səmimiliyi ilə bəzi həmkarlarından seçilən Samir Bağırov isə heç zaman əməliyyat olunmasını mediadan gizlətməyib. O, üzündə , bədənin bir neçə yerində əməliyyat keçirib.

Müğənni Könül Kərimova, Mətanət Əsədova, Nazənin, Rühəngiz Allahverdiyeva da plastik əməliyyat etdirən müğənnilərdən olsa da, onlar bunu etiraf etmirlər.

Əməkdar artist Nüşabə Ələsgərli də üzündə, göz ətraflarında əməliyyat keçirib. Lakin, o, bunu mediadan gizlətməyib.

Çəkilərini azaltmaq üçün əməliyyat masasına əyləşən məşhurlarımız da az deyil. Onlardan biri də "Toppuş bacı" ləqəbi ilə tanıdığımız Tünzalə Əliyevadır. O, bir neçə dəfə bu prosedurdan istifadə edib. Özü də bunu mediadan gizlətməyib.

Pişik Günel, Oksana Rəsulova, Amaliya Pənahova, Azəri Günel, Firuzə İbadova, Mətanət Əsədova, Mətanət İsgəndərli də əməliyyatlarını gizlədən məşhurlardandır.

Əməliyyat masasına əyləşən teleaparıcılarımız da az deyil. Nanə Ağamaliyeva, Afaq Gəncəli, Elnarə Təhməzova, Ulvira Qarayeva da üzlərində müəyyən dəyişiklik etdiriblər.

Plastik əməliyyatlardan danışıb, onu həyata keçirən həkimdən münasibət almasaq, düzgün olmaz. İndi görək məşhurların əməliyyatlarını həyata keçirən doktor Vaqif Qələndər nə deyir: "Plastik rekonstruktiv əməliyyatlar dedikdə, bunlar 3 qrupa bölünür: 1-ci Estetik əməliyyatlar, 2-ci rekonstruktiv, 3-ci isə mikrocərrahiyyə əməliyyatı. Medianı ən çox maraqlandıran əməliyyat estetik əməliyyatdır. Bizə də müraciət edən şəxslərin əksəriyyəti Azərbaycanın tanınmış simalarıdır. Şou-biznesin əksər tanınmışları burun nahiyəsindən əməliyyat olunurlar. İkinci yerdə isə üzdə olan qırışlarını dartılması, göz qapağının sallanması və bədəndə olan artıq piylərin çıxarılması əməliyyatı durur. Bizdə əməliyyat keçirən məşhurların əksəriyyəti məxfiliklərinin qorunmasını tələb edirlər. Bu da onların haqqıdır. Biz də onların istəyini yerə salmırıq. Yəni məxfilik qorunur. Amma elə sənətçilər də olur ki, onlar özləri öncədən mətbuata məlumat verib, əməliyyata girirlər. Şou-biznesdə dodaqların iriləşdirilməsi prosesi çox olur. Amma bir plastik cərrah dodağa silikon vurmaz. Bu, təhlükəlidir. Dodağın qalınlaşması üçün üz piyindən və yaxud da insan bədənində də olan qatılaşdırılmış amin turşuları vurulur. Plastik əməliyyatların qiymətini isə deyə bilməyəcəm. Bu, hər müştəriyə görə dəyişir. Müayinə etmədən söyləmək olmur".

Azərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTOAzərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTOAzərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTOAzərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTOAzərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTOAzərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTOAzərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTOAzərbaycanın plastik əməliyyat etdirən məşhurları - SİYAHI - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10721   Tarix: 15 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bahar" serialına yeni aktrisa gəlir- FOTO

"Bahar" serialına yeni daxil olacaq aktrisanın adı açıqlanıb. xəbər verir ki, 12-ci bölümə aktrisa Yasemin Kay Allen daxil olacaq. O, azad ruhlu və iş dünyasında cəsur addımları ilə tanınan "Dora Ersoy" rolunu canlandıracaq

06.05.2024 654
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 833
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

07.05.2024 1020
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

05.05.2024 640
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

06.05.2024 1282
.

Ölümündən bir neçə gün əvvəl verdiyi müsahibə yayımlandı

"O üz" proqramında Əməkdar artist Cavanşir Məmmədovun sonuncu müsahibəsi yayımlanıb. Axşam.az xəbər verir ki, müğənni mərhum Xalq artisti Aftandil İsrafilova həsr edilən verilişə açıqlama verib. Bildirilib ki, C.Məmmədov açıqlamanı ölümündən bir neçə gün əvvəl verib və izləyə bilməyib. C.Məmmədo

07.05.2024 1464
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

05.05.2024 542
.

Türk müğənni narkotikə görə saxlanıldı

Türk müğənni Kalben saxlanılıb. OLAY yazır ki, polisin narkomaniya ilə bağlı apardığı araşdırma nəticəsində ifaçı evindən bölməyə aparılıb. Bununla bağlı türk mediasında məlumat yayılıb

08.05.2024 480
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

05.05.2024 689