Azərbaycan futbolunda daha bir qalmaqal

Azərbaycan futbolunda daha bir qalmaqalTopaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında XXI turun açılış oyununda baş verən qalmaqalın təfərrüatları məlum olub.

BiG.AZ saytı yerli mətbuata istinadən bildirirki, "Simurq"la "İnter" arasında keçirilən görüşdə yaşanan xoşagəlməz olaya Zaqatala şəhər stadionunun işçisi səbəb olub.

Belə ki, matçın start fitindən sonra meydançanın kənarında duran bir şəxs davamlı olaraq qonaq komandanın hücumçusu Coşqun Diniyevi və onun valideynlərini ağır söyüşlərlə təhqir edib. Buna cavab olaraq, gənc futbolçu komandasının 2-ci qolunu vurandan sonra həmin adama tərəf qaçaraq, "sus" işarəsi edib. Futbolçunun bu hərəkətini yanlış anlayan bir neçə zaqatalalı azarkeş isə meydana daxil olaraq, Diniyevi etdiyi hərəkətə görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Baş hakim Coşqunu bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb.

Qalmaqal haqda apasport.az saytına açıqlamasında "İnter" klubunun baş məşqçisi Rüstəm Əliyev bildirib ki, əslində, Coşqun Diniyevdə heç bir günah olmayıb: "Stadionun işçilərindən biri oyun zamanı Coşqunun ünvanına xoşagəlməz sözlər işlədirdi. Diniyev isə buna cavab olaraq, qol vurandan sonra əli ilə jest edərək, həmin azarkeşdən sakit olmağı, söyüşlərini dayandırmağı bildirdi. Bundan sonra azarkeşlər onun söyüş söydüyünü iddia edərək, meydana axışdılar. Bizim bir neçə futbolçumuza xəsarət yetiriblər, hətta ehtiyatda oturan Fərhad Budaqovun dodağını partladıblar. Əməlli-başlı düşmüşdülər bizim uşaqların üstünə. Günah onlarda idi. Heç nədən belə qalmaqal yaratdılar".

Qeyd edək ki, Coşqun futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin oğludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 727   Tarix: 14 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 313
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 288
.

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib. "Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb. "Hazırda bu barədə düşünmürəm

30.03.2024 335
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 559
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 343
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 208
.

Azərbaycanlı cüdoçu: Avropa çempionu olmaq xəyalım idi

Avropa çempionu olmaq xəyallarımdan biri idi. "Report"un məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını bildirib: "Arenay

28.04.2024 174
.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 302
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 326