Quranın ən əzəmətli ayəsi

Quranın ən əzəmətli ayəsiMənbə: http://zikr.az

"Ayətul-kursi" - Kürsü ayəsinin təfsiri
"Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir" (əl-Bəqərə, 255).

Ubeyy ibn Kəb rəvayət edir ki, Peyğəmbər ona dedi: "Allahın kitabında ən əzəmətli ayə hansıdır?" O da: "Ayətul-kursi" - deyə cavab verdi. Peyğəmbər buyurdu: "Elm sənin üçün mübarək olsun, ey Əbul-Munzir!"
Bu əzəmətli ayədə başqa heç bir ayənin əhatə etmədiyi Uca Allahın bir neçə isim və sifətləri cəm edilmişdir. Bu ayə olduqca böyük məna daşıyan on cümlədən ibarətdir.

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur
İlah, məbud - ibadət edilən tanrı deməkdir. İbadət edilməyə layiq olan yalnız aləmlərin Rəbbi Allahdır. Uca Allah buyurur:
"Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız" (əl-Bəqərə, 21). Həmçinin, O buyurur:
"Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür" (əl-Həcc, 62).

Əbədi Yaşayandır (əl-Həyy) , bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum)
Bu iki isim Allahın isimlərindəndir. Bu iki isim Allahın bütün sifətlərinin və fellərinin kamilliyini özündə cəm edir. Sifətlərinin kamilliyi əl-Həyy adında, fellərinin kamilliyi isə əl-Qayyum adındadır. Çünki, əl-Həyy adının mənası kamil həyata sahib olan deməkdir. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. O, bütün kamil sifətlərə sahibdir. Onun elmi, qüdrəti, eşitməyi, görməyi və bütün digər sifətləri də kamildir.
əl-Qəyyum – O, həm Özünə, həm də bütün yaratdıqlarına qəyyumluq edəndir. Bütün məxluqlar Ona möhtacdır, O isə heç kəsə möhtac deyildir. Allahın qəyyumluq sifəti heç bir məxluqda yoxdur. Çünki, elə bir məxluq yoxdur ki, başqa məxluqa möhtac olmasın. Belə ki, biz işçilərə möhtacıq, işçilər də bizə möhtacdır; biz qadınlara möhtacıq, qadınlar da bizə möhtacdır; biz övladlara möhtacıq, övladlar da bizə möhtacdır; biz mal-dövlətə möhtacıq, mal-dövlət də qorunmaq və artırılmaq cəhətindən bizə möhtacdır. Beləliklə, bütün bunların hamısı Allaha möhtacdır. Uca Allah buyurur:
"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir" (Fatir, 15).
Həmçinin, heç bir kəs başqasına mütləq şəkildə qəyyumluq edə bilməz, bunu ancaq dar bir çərçivədə edə bilər. Buna görə də Allah belə buyurur:
"Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi?" (ər-Rad, 33).

Onu nə mürgü, nə də yuxu tutar
Uca Allah əbədi Yaşayan və bütün yaratdıqlarının Qəyyumu olduğunu bəyan etdikdən sonra mürgüləmək və yatmaq kimi naqis sifətləri Özündən inkar etmişdir. Çünki, bu Onun həyatının və qəyyumluğunun kamilliyinə ziddir. Peyğəmbər demişdir: "Allah yuxuya getməz və yuxuya getmək Ona yaraşmaz." Uca Allah Qurani Kərimdə kamil sifətlərini bəyan etdikdə Ona yaraşmayan naqis sifətləri də Özündən inkar etmişdir. Bu, həm nöqsanı inkar etmək, həm də onun əksininin kamilliyini isbat etmək üçün edilir. Belə ki, kamil sifəti bəyan etmək çoxluğu bildirir və hər hansı bir nöqsanın olmasını mümkün edir. Lakin nöqsanı inkar edərək kamilliyi isbat etdikdə kamillik mütləq məna daşıyır və heç bir nöqsan ona aid olmur. Məsələn, "filankəs səxavətlidir" dedikdə onun əksər hallarda səxavətli olduğu nəzərdə tutulur. Lakin "filankəs səxavətlidir, xəsislik etmir" dedikdə bilinir ki, onun səxavəti kamildir, çünki, o, xəsislik etmir.

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur
Bu, Allahın mülkiyyətinin ümumiliyinə dəlalət edir. Ona görə də biz Allahın mülkiyyətində yalnız Onun razı qaldığı əməlləri etməliyik. Həmçinin, bu, hökm verməyin Allaha aid edilməsinə dəlalət edir. Çünki, hər şey Onun mülküdür. Həmçinin, insanın bunu bilməsi müsibətə düçar olduqda Allahın qəzavu-qədərinə razı qalmasına və təsəlli tapmasına yardım edir.

Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər?
Havadarlıq (şəfaət) etmək – xeyir əldə etmək və ya zərəri aradan qaldırmaq üçün bir kəsdən ötrü vasitəçilik etməkdir. Qiyamət günü Peyğəmbər ümməti üçün şəfaət edəcək. Şəfaət ilə bağlı məşhur hədislərin birində Peyğəmbər belə demişdir: "Qiyamət günü mən Rəbbimə dayanmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Nəhayət, mən deyəcəyəm: "Ey Rəbbim, məni "lə iləhə illəllah" deyən kimsələrə şəfaətçi təyin et." Allah buyuracaq: "Ey Muhəmməd, bu nə sənə, nə də bir kəsə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən "lə iləhə illəllah" deyən kəsləri odun içində buraxmayacağam."
Ayədə "Onun izni olmadan" sözləri Uca Allahın hakimiyyətinin və əzəmətinin kamilliyinə görədir. Allahın şəfaət etməyə izn verməsi üçün Allahın şəfaət edəndən və şəfaət olunandan razı olması şərtdir. Çünki, Allah buyurur:
"Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz" (ən-Nəcm, 26).
"Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər" (əl-Ənbiya, 27-28).

O, məxluqatın gələcəyini və keçmişini bilir
Uca Allahın elmi bəndələrinin elmi kimi deyildir. Onun elmi kamildir, O hər şeyi biləndir. Buna görə də O bütün məxluqlarının gələcəyini və keçmişini bilir.

Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər
Biz Allahın elmindən yalnız Onun bizə məlumat verdiyi şeyləri öyrənə bilərik. Onun elmi dedikdə Allahın ad və sifətlərinə dair məlumatlar da nəzərdə tutulur.

Onun Kürsüsü göyləri və yeri əhatə edir
Bu, Allahın böyüklüyünə dəlalət edir.

Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir
Göylər və yer Allahın qorumasına möhtacdır. Əgər Allah onları qorumasa, onlar yox olub gedərlər. Uca Allah buyurur:
"Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır" (Fatir, 41).


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 7019   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Günahları yuyan yağış", Quranda adı keçən tək ay - Ramazan haqqında maraqlı faktlar

Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət müxtəlif cür izah olunur. xatırladır ki, bir qrup din alimləri bildirirlər ki, Ramazan sözünün kökü yağış mənası verən "ramda" sözündən alınıb. Yəni yağış yer üzünü təmizlədiyi kimi, Ramaza

02.03.2025 6970
.

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dir. Aprelin 4-ü üçün namaz vaxtları:. Sübh azanı 04:58. Zöhr azanı 12:44. Əsr azanı 17:16. Məğrib azanı 19:22. İşa azanı 20:25. Üçünc

03.04.2022 15334
.

Ayasofyada Ramazan bayramı namazı qılınıb - VİDEO

Bu gün İstanbulun Ayasofya məscidində Ramazan bayramı namazı qılınıb. Artıq səhər saatlarından etibarən minlərlə Türkiyə vətəndaşı və xarici ölkələrdən gələn turistlər Ayasofya Meydanı ərazisinə doğru axışıb. Bayram namazın ardından Ayasofya məscidinin imamı Bünyamin Topçuoğlu minbərdən xütbə oxuyub

02.05.2022 13773
.

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahı

09.04.2023 14956
.

İlahiyyatçı: "Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir"

İyulun 7-dən etibarən Azərbaycanda məhərrəm ayı başlayıb. Aşura günü isə iyulun 16-na təsadüf edəcək. Aşura günü bizim cəmiyyət müəyyən əməllərlə rastlaşır: qançıxarma, zəncir vurma. Bəs görəsən, bu məqamlar düzgündürmü? Necə tənzimlənməlidir? Dində necədir?. Mövzu ilə bağlı -a açıqlama verən Azərbayca

13.07.2024 9381
.

Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA

Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birli

17.08.2022 14532
.

"Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin

Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları

08.08.2022 13155
.

Ərdoğandan Aşura paylaşımı

"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl

08.08.2022 15931
.

Əl-Əqsa məscidində bayram namazı qılınıb - VİDEO

Minlərlə müsəlman Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Əqsa məscidində bayram namazı qılıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, bayram namazında təxminən 120 min insan iştirak edib. Bayram namazından sonra dualar oxunub, ehtiyaclı müsəlmanlara zəkat paylanılıb. ( )

21.04.2023 12511
.

TOP MP3