Yarımkeçiricilərin dünya üzrə satışı 300 milyard dolları ötüb

Yarımkeçiricilərin dünya üzrə satışı 300 milyard dolları ötüb2013-cü ildə yarımkeçiricilərin dünya üzrə satışı 300 milyard dolları ötüb.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, fərdi kompüter sahəsinin çətin vəziyyətdə olmasına baxmayaraq qlobal yarımkeçiricilər sənayesi inkişaf edir. Tarixdə ilk dəfə yarımkeçiricilərin illik satış həcmi 300 milyard dollarlıq həddi ötüb. Bu barədə sahə üzrə ixtisaslaşan "Semiconductor Industry Association" təşkilatının hesabatında deyilir. Təşkilatın hesablama üsuluna əsasən, 2013-cü ildə dünyada yarımkeçiricilərin ümumi satış həcmi 305,6 milyard dollar təşkil edib ki, bu da bir il əvvəldən 4,8 faiz (291,6 milyard dollar) çoxdur.

Yarımkeçirici məhsullar 2013-cü ilin sonuncu rübündə daha çox (79,9 milyard dollar) satılıb. Bu, 2012-ci ilin analoji göstəricisindən (74,2 milyard dollar) 7,7 faiz yüksəkdir. "Dünya yarımkeçiricilər sahəsi satış həcminə görə tarixdə ilk dəfə 300 milyard dollarlıq həddi ötüb. Bütün regionlarda və bütün məhsul kateqoriyalarında artım müşahidə olunub", - "SIA" prezidenti Brayen Tui bildirib.

Onun sözlərinə görə, müsbət tendensiya çox güman ki, 2014-cü ildə də davam edəcək.

"SIA"-nın hesabatına əsasən, yarımkeçiricilər sənayesinin ən böyük seqmenti mədaxildə payı 85,9 milyard dollar təşkil edən məntiqi sxemlər seqmenti olub ki, bu da bir il əvvəldən 5,2 faiz çoxdur. Eyni zamanda 17 faizlik artımın qeydə alındığı yaddaş çipləri bu bazarın ən sürətli inkişaf edən seqmenti kimi özünü göstərib. Yaddaş çipləri arasında daha çox artım (33 faiz) "DRAM" çiplərində müşahidə edilib. "NAND" çiplərinin satışında artım 8,1 faizə bərabər olub.

2013-cü ilin yekunlarına görə, satış həcmində Şimali və Cənubi Amerikada 13,1 faiz, Avropada 5,2 faiz, Asiya-Sakit okean regionunda 7 faiz artım qeydə alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1019   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678