Sumqayıtda dəhşət: Üç dayısını diri-diri yandırdı 

Sumqayıtda dəhşət: Üç dayısını diri-diri yandırdı Hadisə gecə saatlarında qeydə alınıb.

Sumqayıt sakini üç yaxın qohumunu diri-diri yandırdı

BiG.AZ xəbər verir ki, bu barədə vesti.az-a Sumqayıt şəhəri Polis İdarəsindən bildiriblər.

Fevralın 6-dan 7-nə keçən gecə "Corat bağları" yaşayış massivində 1991-ci il təvəllüdlü Abbasov Əsgəralı Füzuli oğlu evin üzərinə benzin tökərək, anasının üç qardaşını: 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyevi, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyevi və 1960-ci il təvəllüdlü Ağamalı Mirzəyevi diri-diri yandırıb.

Törətdiyi əməldən sonra Abbasov polisə müraciət edib.

Məlum olub ki, Abbasov evin qapısını bayırdan bağlayıb, pəncərədə barmaqlıqlar olduğu üçün Mirzəyev qardaşları xilas ola bilməyib, tüstüdən boğularaq ölüblər.

İstintaq zamanı müəyyən edilib ki, qətldən bir müddət əvvəl Mirzəyev qardaşları öz bacıları oğlunu alçaldıblar, o isə öz növbəsində onları bunun qisasını alacağı ilə hədələyib. Abbasov onları yandıracağını belə dilə gətirib. Dayıları isə buna əhəmiyyət verməyərək "Sizin nəsildə kişi olmayıb, olmayacaq da" deyiblər. Bu söz cavan oğlana elə təsir edib ki, o, kimin kişi olub-olmadığını sübut etmək qərarına gəlib.

Xəbər verilir ki, cinayət Mirzəyev qardaşlarından birinin gözətçi olduğu evdə baş verib.

Mirzəyevlər qardaşlarına baş çəkməyə gediblər. Arada bacıları oğlu da gəlib. Konflikt də elə bu görüşlərin birində olub. Araşdırma zamanı Abbasov bildirib ki, əslində o iki dayısını cəzalandırmaq istəyib, gözətçi işləyən dayısına qarşı münasibəti pis deyildi. 

"Elə bilirdim dayım xilas olacaq, o biri ikisi isə yanacaq" – deyə Abbasov istintaq zamanı bildirib.

Məlum olub ki, cinayət zamanı zərərçəkənlər sərxoş olduqları üçün lazımi reaksiyanı verə bilməyiblər.

15:50

Əsgəralı Abbasov dayılarının olduğu bağ evinin qapılarını bağlayaraq od vurub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.

Üç dayısını yandıraraq öldürən şəxs Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həbs edilib.

Məlumata görə, hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

23 yaşlı Ə.Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1498   Tarix: 07 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 470
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 151
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 236
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 301
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 335
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 125
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 532