Yeni internet texnologiyaların təqdimatı oldu

Yeni internet texnologiyaların təqdimatı olduRİTN-də genişzolaqlı internetin tətbiqi üzrə effektiv texnologiyaların təqdimatı keçirilib.

BiG.AZ xəbər verir ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Rusiyanın "AMT-Group" şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Nazirliyin müvafiq qurumlarının və şöbələrinin iştirakı ilə keçirilən görüş çərçivəsində şirkətin baş direktorunun müavini Vyaçeslav Allenov və texniki konsaltinq şöbəsinin rəhbəri Serqey Afanasyev həyata keçirdikləri işlərdən danışıblar.

"Aztelekom" İstehsalat Birliyi üçün təqdim edə biləcək İP dizayn, "DWDM" dizayn və "SDN/NFV/Cloud" tendensiyaları haqda məlumat veriblər.

S. Afanasyev Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuş "Genişzolaqlı internetin inkişafı" layihəsinin həyata keçirilməsində istifadə edilə biləcək "İPoDWDM", "GPON", "Mobile Back Haul" texnologiyalarının, "DPI (Deep Packet Inspection)" qurğularının təqdimatını keçirib.

Bu texnologiyalar sürətli genişzolaqlı internet şəbəkələrinin yüksək səviyyədə işləməsini, "2G/3G/4G" kimi müxtəlif texnologiyaların rabitə xidmətlərinin keyfiyyətinə ziyan vurmadan inteqrasiyasını, müxtəlif istehsalçıların şəbəkələrinin, stasionar və mobil şəbəkələrin (FMC), operator və müştəri şəbəkələrinin konvergensiyasını təmin edir.

Ekspertlərin rəyinə əsasən, "Aztelekom" şəbəkəsi çox sayda qovşaqdan ibarət olduğuna görə burada ikisəviyyəli şəbəkənin yaradılması daha məqsədəuyğundur.

V. Allenovun sözlərinə əsasən, şirkət həmçinin Rusiya və Qazaxıstan üçün "İPv6" tətbiqi üzrə konsepsiyalarını hazırlayıb və artıq tətbiqinə başlayıb.

Şirkət nümayəndələri eyni zamanda informasiya təhlükəsizliyi sahəsində geniş çeşiddə məhsul təqdim etməyə hazır olduğunu qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 06 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643