Onlar ancaq zənnə qapılırlar

Onlar ancaq zənnə qapılırlarMənbə: http://zikr.az

Bəzi insanlar hesab edirlər ki, təbiət kainatın tabe olduğu qanunlardır. Müasir elm adamları bu fikiri dəstəkləyirlər. Onlar belə deyirlər: "Kainat, hətta xırda şeylərə qədər hadisələri idarə edən qanunlara tabedir. Kainatdakı bütün hadisələr bu qanunlara əsasən baş verir. O, dəqiq və xətasız, uzun müddət işləyən və qurmağa ehtiyacı olmayan saata bənzəyir." Onlar əslində "Kainatı kim yaratmışdır?" sualına cavab vermirlər: Onlar kainatın mövcud olması və onun qanunlarının necə işləməsi haqqında danışırlar. Lakin biz bu sualın cavabını almaq istəyirik: "Kainatı və onun tabe olduğu qanunları kim yaratmışdır?" Hind mütəfəkkiri Vahidəddin Xan öz kitabında belə yazmışdır: "Qədim zamanlarda insan bilirdi ki, yağış göydən yağır. Lakin biz indiki dövrdə suyun buxarlanaraq göyə qalxıb yerə damla halında düşənə qədər olan bütün prosesləri bilirik. Bu biliklərimiz baş verən prosesləri ancaq təsvir edir, onları izah edə bilmir. Elm bu proseslərin qanunauyğunluğa çevrilməsini izah edə bilmir. Su buxarlanaraq göy ilə yer arasında necə dayana bilir ki, bununla həm insanlara fayda verir, həm də alimlər bundan qanunauyğunluqlar kəşf edir? Təbiətdəki nizamın mövcudluğunu kəşf edən insanın kainatın sirlərini dərk etmək iddiası xam xəyaldan başqa bir şey deyildir. Bu iddianı irəli sürən insan düzgün mövqe tutmamışdır. Təbiət kainatdakı hadisələri izah etmir, çünki onun özünün izaha ehtiyacı vardır. Misal üçün savadlı insanla həkim arasında baş verə biləcək bu dialoqu oxu: İnsan: Nəyə görə qan qırmızı rəngdə olur? Həkim: Çünki qanda 1/700 düym ölçüsündə qırmızı hüceyrələr vardır. İnsan: Yaxşı, bəs niyə həmin hücəyrələr qırmızı rəngdədir? Həkim: Çünki, onların tərkibində hemoqlobin adlanan maddə vardır. Bu maddə oksigeni daşıdığına görə onlara qırmızı rəng verir. İnsan: Bəs hemoqlobini daşıyan heceyrələr haradan götürülür? Həkim: Onlar sənin qara ciyərində formalaşır. İnsan: Qəribədir! Necə olur ki, qan, heceyrələr, qara ciyər və digər bədən üzvləri bütöv bir şəkildə bir-biri ilə əlaqəlidir və onlardan tələb olunan funksiyaları belə dəqiqliklə yerinə yetirirlər? Həkim: Biz bunu təbiətin qanunu adlandırırıq. İnsan: Təbiətin qanunu nə deməkdir, cənab həkim? Həkim: Bu qanun təbiət qüvvələrinin kor-təbii üsulla hərəkət etməsini nəzərdə tutur. İnsan: Belə olan təqdirdə nəyə görə bu qüvvələr həmişə müəyyən nəticə verir? Quşlara göydə uçmaq, balıqlara suda yaşamaq, insana öz imkanları və qabiliyyətləri ilə bu dünyada yaşamaq imkanı verən bu qüvvələrin fəallığı necə nizamlanır? Həkim: Bu haqda məndən soruşmayın. Çünki, mənim elmim proseslərin cərəyan etməsi haqda danışır və "Bu nəyə görə baş verir?" sualına cavab vermir. Bu dialoqdan aydın olur ki, müasir elm kainatdakı hadisələrin səbəblərini hansı çərçivədə izah edə bilir. Həqiqətən də, kainat örtük altında fırlanan bir cihaza bənzəyir və bizə məlum olan yalnız odur ki, o fırlanır. Əgər biz örtüyü qaldırsaq, bu cihazın çoxsaylı disklərinin və çarxlarının bir-birinə necə bərkidildiyini, bir-birilərini necə hərəkətə gətirdiyini görə bilərik. Biz onların hər birinin hərəkətini görə bilərik. Lakin, əgər biz cihazın örtüyün altında fırlanmasına baxsaq, onun konstruktorunu tanıya bilərikmi? Müşahidələrimizin bu cihazın öz-özünə yarandığını və öz-özünə hərəkətə gəldiyini sübut olaraq təsdiq etmək nə dərəcədə məntiqə uyğundur? Əgər kimsə desə ki, təbiət dedikdə kainatı yaratmış diri, görmə və eşitmə qabiliyyətinə, müdrikliyə və qüdrətə sahib olan qüvvə nəzərdə tutulur. Biz də ona belə cavab verərik: "Bu doğrudur, lakin siz onu təbiət adlandırmaqda səhvə yol verirsiniz. Yoxdan yaratmağa qadir olan qüvvə özünə yaraşan adı bizə xəbər vermişdir. Bu ad – Allahdır. Allah gözəl adları və ali sifətləri barəsində bizə xəbər vermişdir. Biz də Onu məhz bu adlarla çağırmalıyıq." Təbiəti hər şeyin yaradıcısı qəbul edən insanların sələfləri olmuşdur. Onlar dünyadakı bütün prosesləri zamanla (dəhr) əlaqələndirən materialist-dəhrilərdir. Dəhrilər gecə ilə gündüzün bir-birini əvəz etməsi nəticəsində zamanın təsiri ilə uşaqların böyüməsini, böyüklərin qocalmasını, qocaların da ölməsini görüb insanın doğuluşunu və ölümünü yalnız zamanla əlaqələndirirdilər. Uca Allah onlar haqqında belə buyurur:
"Onlar dedilər: "Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır". Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar" (əl-Casiyə, 24).
Dəhrilər bütün prosesləri zamanla izah edirdilər, müasirlərimiz isə proseslərin məhz özü ilə izah edirlər. Bu hər iki dəstə zəlalətə düşmüşdür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5202   Tarix: 02 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146