Tövbə etsəm, Allah məni bağışlayar?

Tövbə etsəm, Allah məni bağışlayar?Mənbə: http://zikr.az

Uca Allah tövbə edən qullarını sevir. O buyurur:
"Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir" (əl-Bəqərə, 222).
Uca Allah insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir. Hud peyğəmbər öz qövmünə belə demişdir:
"Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin" (Hud, 52).
Həmçinin, Peyğəmbər demişdir: "Ey insanlar! Allaha tövbə edin! Mən ona gündə yüz dəfə tövbə edirəm!"
Peyğəmbər demişdir: "Əgər sizin günahlarınız səmaya çatsa, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər".
Həmçinin, o demişdir: "İtirdiyini tapan kimsə necə sevinirsə, Allah sizdən birinizin tövbə etməsinə ondan daha çox sevinir".
"Hər bir Adəm oğlu günah edəndir. Günah edənlərin ən xeyirliləri isə tövbə edənlərdir".
Həmçinin, Peyğəmbər tövbənin mahiyyəti haqqında belə demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir".
Aişə rəvayət edir ki, Allah Elçisi mənə buyurdu: "Günah etmiş olsan, Allahdan bağışlanma dilə və Ona tövbə et! Tövbə peşman olmaqla və bağışlanma diləməklə olur".

Ümidsizliyə qapanma!

Bəzi insanlar günah etdikdə tövbə edirlər, sonra yenidən günaha qayıtdıqda indiyədək etdikləri peşmançılığın və tövbənin faydasız olduğunu fikirləşir və buna görə ümidsizliyə qapanırlar. Hətta belə deyirlər: "Tövbə etsəm, Allah məni bağışlayar?" Günah etdikdə sonra tövbə edib yenidən günaha qayıtdıqda yenə tövbə etmək lazımdır və buna görə ümidsizliyə qapanmaq olmaz. Yenidən günaha qayıtmaq əvvəlki tövbəni batil etmir, sadəcə olaraq yenə tövbə etmək lazımdır. Həmçinin, bilmək lazımdır ki, bu məsələdə ümidsizlik şeytanın ən böyük silahıdır. Uca Allah buyurur:
"Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).
Uqbə ibn Amir demişdir: "Bir kişi Allah Elçisinin sallallahu aleyhi və səlləm yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz".

Tövbə necə edilir?

Tövbənin şərtləri bunlardır:
1. Allaha səmimi qəlbdən tövbə edib bağışlanma diləmək - yəni bu etdiyi tövbəni yalnız Allah üçün etməlidir, başqa məqsəd olmamalıdır.
2. Günahlara görə peşman olmaq
3. Günaha bir daha qayıtmamağa qərar vermək
4. Tövbəni əcəl gəlməmişdən qabaq etmək
5. Qulun haqqını vermək – Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Kim öz qardaşının haqlarını tapdalayıbsa qoy onun haqqını Qiyamət günü gəlməmişdən qabaq ödəsin. O, gün ki, nə dinar, nə də dirhəm kömək edə biləcəkdir. Qiyamət günü haqları tapdalayanın savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar". (Buxari Muslim).

Tövbədən sonra yaxşı işləri artırmaq

 Həmçinin, tövbə etdikdə ibadətləri və yaxşı işləri artırmaq lazımdır. Tövbə sözü qayıtmaq deməkdir. Bəndə Allaha tövbə edərək asilikdən Onun itaətinə qayıdır. Həmçinin, çoxlu istiğfar etmək, yəni Allahdan bağışlanma diləmək, şər insanlarla oturub durmaqdan uzaq olmaq, məscidlərə getmək, faydalı işlərlə məşğul olmaq asiliyə mane olan səbəblərdəndir. Uca Allah tövbə etdikdən sonra yaxşı işlər görənlərin pisliklərini yaxşılıqla əvəz edəcəyini vəd edərək belə buyurur:
"Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar" (əl-Furqan, 68-71).
Həmçinin, Əbu Tavil Şətab əl-Məmdud rəvayət edir ki, o, Allah Elçisinin yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah yoxdur ki, onu etməsin. Ona tövbə varmı?" Allah Elçisi buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın elçisi buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaq və günah əməllərimi də?" Allah Elçisi buyurdu: "Bəli". O da: "Allahu Əkbər!"– deyə-deyə gözdən itdi".
Yuxarıda qeyd olunan ayələrdən və hədisdən aydın olur ki, tövbə etdikdən sonra xeyirxah işlər görmək lazımdır ki, günahları silib aparsın. Çünki, yaxşı işlər pis işləri silib aparır. Uca Allah buyurur:
"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır" (Hud, 114).


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 6706   Tarix: 01 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

TOP MP3