Plastik əməliyyat etdirmiş məşhurlarımız - FOTO

BiG.AZ movqe.az-a istinadən bildirir ki,Plastik əməliyyat etdirmək üçün estetik cərrahlara üz tutan insanların sayı demək olar ki, hər il artır. Əvvəllər ən çox plastik əməliyyata ehtiyac duyan məşhurlar idisə , indi adi insanlar məşhurları ötüb keçib.

Bəziləri bu əməliyyatı qəbul etməsə də, çoxu bunu normal qarşılayır. Əməliyyatı uğursuz nəticələnən insanlar da az deyil. Buna baxmayaraq hələ də bu riskə getməkdən çəkinməyən məşhurlar və sıravi vətəndaşlar var.

Plastik əməliyyat etdirən məşhurlar.

Cərrahiyə masasına uzanan müğənnilərdən biri də Xatirə İslamdır. Müğənni burnunu estetik əməliyyat etdirib. Azərbaycanda ilk dəfə burnun da əməliyyat keçirmiş sənətçi isə Əminə Yusifqızı olub. Hələ Sovet dövründə bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər ikisi də əməliyyatlarını Gürcüstanda etdirib. Flora Kərimova bu yaxınlarda üzündə və gözündə də əməliyyat aparıb.

Plastik əməliyyata məruz qalan sənətçilərin siyahısına bədəninin müxtəlif yerlərində əməliyyat keçirən Rəqsanə başçılıq edir. Gözəlləşmək üçün xeyli plastik əməliyyatlara pul xərcləyir.

İkinci pillədə xalq artisti Aygün Kazımova qərarlaşıb. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən müğənni bu barədə fəxrlə danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib və dediyinə görə, iki qabırğasını da çıxartdırıb.

Nazpəri Dostaliyeva azı 5 dəfə əməliyyat keçirib.İlk əməliyyatını isə 2000-ci ildə etdirib. Müğənni 2 dəfə burnuna, 1 dəfə üzünə, 1 dəfə dodaqlarına, 1 dəfə də ayaqlarına "əl gəzdirib".

Ən çox əməliyyat etdirən məşhurların arasında Könül Kərimova da var. Demək olar ki, plastik əməliyyat nəticəsində müğənni simasını tam dəyişdirib.

Röya da plastik cərrahiyəni seçən müğənnilərdəndir. O, təkcə burnunu 3 dəfə əməliyyat etdirib.

Xalq artisti Nisə Qasımova da cavanlaşmaq məqsədi ilə üzündə əməliyyat aparıb.

Müğənnilər Xuraman Şuşalı və Almaz Ələsgərli də burun əməliyyatı etdirmiş sənətçilər sırasındadır.

Hamının "Toppuş bacı" kimi tanıdığı aktrisa Tünzalə Əliyeva da 2 dəfə plastik əməliyyat olunub. Sonuncu dəfə aktrisanın bədənindən 30 kq piy çıxarılıb.

"Gözəlləşmək" istəyən kişilər.

Azərbaycan şou-biznesində də kişi müğənniləri arasında müxtəlif plastik əməliyyatlar keçirənlərin sayı az deyil. Xalq artisti Faiq Ağayev də hələ uzun illər bundan əvvəl burnunda əməliyyat etdirib. O, nədənsə əməliyyat mövzusunda danışmaqdan imtina edir. Xalq artistinin sonuncu əməliyyatı 2008-ci ilin yay aylarına təsadüf edir.

Sifətinə əməlli-başlı əl gəzdirən kişi müğənnilər arasında Cavanşir Məmmədov bir müddət bütün medianın diqqətində idi. Belə ki, müğənni sifətinə botoks etdirib, üzünü gərdirib və başına saç əkdirib.
Saç əkdirənlər arasında müğənnilər Vasif Məhərrəmli, Elariz Məmmədoğlu da var.

Samir Bağırov da həkim bıçağının altından keçən müğənnilər arasındadır.

Bir çox məşhurların plastik əməliyyat etdirmək üçün üz tutduğu həkimlərdən biri estetik cərrah Vaqif Qələndərlidir. Bəzi sualların cavabını almaq üçün elə həkimin özü ilə əlaqə saxladıq.

-Vaqif müəllim, hansı məşhurların əməliyyatını siz etmisiniz?

-Bir çox məşhurların əməliyyatını mən aparmışam. Lakin, adlarını deyə bilmərəm. Bu, işimizlə əlaqədar məxfi saxlanılmalıdır. Amma bəzi müğənnilər olur ki, əməliyyatlarını mənim etməyimə baxmayaraq, xaricdə elədiklərini deyirlər.

-Belə halda sizin reaksiyanız necə olur?

-Biz bu məsələni qabartmırıq.Və heç bir reaksiya vermirik.

-Deyilənə görə Rəqsanə İsmayılovanın əməliyyatını siz etmisiniz.

-Xeyr, Rəqsanənin əməliyyatını mən aparmamışam. Onun üzündə xeyli problemlər var. Makiyajla örtməyə çalışsa da bu, nəzərə çarpır.

-Röya da buruna cərrahi müdaxilə etdirib. Onun əməliyyatını necə qiymətləndirirsiniz?

-Röya bir neçə dəfə xarici ölkədə burnundan estetik əməliyyat keçirib. Lakin, problemlər olub. Ən sonuncu əməliyyatını mən etmişəm. Burnunda qalan problemləri son olaraq mən düzəltmişəm.

Adlarını sadaladığımız məşhurların əməliyyatdan əvvəlki və sonrakı vəziyyətlərini sizlərə təqdim edirik. Nə qədər uğurlu və ya uğursuz olduğuna isə siz qərar verin.
Plastik əməliyyat etdirmiş məşhurlarımız - FOTOPlastik əməliyyat etdirmiş məşhurlarımız - FOTOPlastik əməliyyat etdirmiş məşhurlarımız - FOTOPlastik əməliyyat etdirmiş məşhurlarımız - FOTOPlastik əməliyyat etdirmiş məşhurlarımız - FOTOPlastik əməliyyat etdirmiş məşhurlarımız - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 24040   Tarix: 01 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1034
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 438
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 283
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 384
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 401
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

19:00 251
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

13:00 344
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 439
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 2715