Hüceyrədəki möcüzə

Hüceyrədəki möcüzəMənbə: http://zikr.az

Heyvanların və bitkilərin əksəriyyəti çoxlu sayda kiçik hissəciklərdən ibarətdir. Biz bu hissəcikləri hüceyrə adlandırırıq. Bizim və başqa canlıların orqanizmlərin hüceyrələri daima bölünür. Bu bölünmə prosesi orqanizmə hüceyrələrin inkişaf etməsinə və bərpa olunmasına xidmət edir. Hüceyrənin quruluşunun əsasını protoplazma adlanan maddə təşkil edir. Hər bir hüceyrənin daxilində müəyyən funksiyaları yerinə yetirən kiçik hissəciklər vardır. Onların arasında irsi məlumat daşıyan, xromosom adlanan kiçik elementlər vardır. Hər bir heyvan və bitki növünün hüceyrələrindəki xromosomların sayı fərqlidir.
İnsan orqanizmindəki hər bir hüceyrənin tərkibində 46 xromosom vardır. Bizim orqanizmdə hüceyrə bölündükdə əmələ gələn hər yeni hüceyrənin tərkibində eyni sayda, yəni qırx altı xromosom olur. Əgər xromosomların sayı dəyişsəydi, onda insan insan olmazdı.
Cinsi hüceyrələr adlanan iki növ hüceyrədən başqa insan orqanizmində bölünmə nəticəsində əmələ gələn bütün hüceyrələr mütləq olaraq 46 xromosom təşkil edır. Bu, kişilərdə spermatozoidlər, qadınlarda isə yumurta hüceyrələridir. Cinsi hüceyrələr də bölünmə prosesi nəticəsində əmələ gəlir, lakin onlar 46 xromosom deyil, bunun yarısısını təşkil edir. Yəni, hər bir kişi və qadın cinsi hüceyrəsi 23 xromosomdan ibarətdir. Mayalanmış yumurta hüceyrəsi adlanan rüşeymin ilk hüceyrəsinin yaranması üçün kişi cinsi hüceyrəsi ilə qadın cinsi hüceyrəsi birləşməlidir. Kişi hüceyrəsinin iyirmi üç xromosomu qadın hüceyrəsinin xromosomları ilə birləşərək yeni hüceyrədəki xromosomların sayını normaya, yəni qırx altıya çatdırır.
46 xromosomdan ibarət olan mayalanmış yumurta hüceyrəsi daima bölünərək iki, sonra dörd, sonra səkkiz hüceyrə əmələ gətirir. Bu proses dölün ana bətnindən çıxdığı vaxta qədər davam edir. Sonra hüceyrələrin bölünməsi insanın tam inkişaf etməsinə qədər davam edir və onun orqanizmin hər bir hüceyrəsi 46 xromosom təşkil edir. İnsan orqanizmində сinsi hüceyrələrin yaranması üçün sonradan birləşsinlər deyə xromosomların sayının ikiqat azalması kor-təbii və təsadüfi proses nəticəsində yarana bilməz.
Məgər bütün bunlar hər şeyi yerli-yerində yaradan müdrik Xaliqin varlığını qəbul etmək üçün kifayət deyilmi?


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4173   Tarix: 30 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836