`Azərbaycan bəstəkarları türkiyəlilərdən çox-çox irəlidədir`

`Azərbaycan bəstəkarları türkiyəlilərdən çox-çox irəlidədir`BiG.AZ,Türkiyənin tanınmış musiqi söz yazarı Ayşə Birgül Yılmazın Azvision.az-a müsahibəsini təqdim edir:

- Ayşə xanım, Sizi, Azərbaycan musiqisinin Türkiyədəki rəsmi təmsilçi olaraq tanıyırıq. Gəlin lap əvvəldən başlayaq, yəni, Azərbaycan musiqi dünyası ilə tanışlığınızdan və əməkdaşlığınızdan...

- 1995-ci ildə `Raks Müzik`də işləyirdim. Bir gün studiyanın otağına girəndə çox sayda dolu bağlama gördüm. Nə olduğunu soruşduqda "Azərbaycan sənətçilərinin kasetləri var. Raks Müziklə Azərbaycan sənətçiləri və bəstəkarları arasında razılaşma oldu" cavabını eşitdim. O gündən maraqlanmağa, Azərbaycan mahnılarını dinləməyə başladım. Mahnılarınızın duyğusallığı, melodiyası, sözləri o qədər yaxın idi ki, bizə. İlk tanışlığım, sözləri Elxan Xanalizadəyə, musiqisi Əhməd Abbasa aid "Ürəyim yanar" mahnısı ilə oldu. Sonra bu mahnıya yeni söz yazdım və sənətçimiz Sunay Alemdaroğlu ifa etdi.

Kasetləri təkrar-təkrar əvvələ çevirərək gecə-gündüz Azərbaycan musiqi əsərlərini dinləyirdim. İşdə dinləməkdən doymayanda nüsxələrini çıxardım evdə davam edirdim. Bu çox qəribə hiss və duyğudur, kəlmələrlə anlatmaq mümkün deyil.

Daha sonra Raks Müzik Azərbaycanda Musiqi Prodakşn şirkəti açdı və ora Həsən Sarı musiqi direktoru olaraq təyin edildi. Elə bəstəkar Gövhər Həsənzadə ilə qiyabi tanışlığım da onun vasitəsilə oldu. Həsən bəy Gövhər xanımın mahnı sözü istədiyini bildirdi, mən də beytlərimdən bir neçəsini göndərdim.

Bir il sonra İradə İbrahimovanın oxuduğu, sözləri mənə aid "Get" mahnısının Azərbaycanda çox sevildiyini öyrəndim. Gövhər xanıma zəng edərək onu Türkiyədə təmsil etmək istəyimi, mahnılarını türk sənətçilərinə tanıdacağımı söylədim, o da mənə vəkalətnamə göndərdi. Canlı, üz-üzə tanışlığımız isə 11 il sonra, Bakıya səfərim zamanı oldu. Ümumiyyətlə, bu bəstəkar xanımla tanışlığım və əməkdaşlığım yaradıcılığımın ayrıca bir mərhələsini əhatə edir. Bu barədə bir neçə səhifə yazsam, yetməz.

Bir neçə il öncə çox hörmət etdiyim böyük şair Vahid Əzizlə tanış oldum. O da şeirlərinin Türkiyədə hüquqlarının qorunmasına dair mənə vəkalətnamə verdi. Şerinə bəstələnmiş 2 mahnı sənətçilərimiz tərəfindən oxunub artıq. Azərbaycan sənətçilərinin Türkiyə təmsilçisi olmaqdan məmnunam.

- Azərbaycan musiqisi, sənət adamları ilə işbirliyi, tanışlıq Sizə hansı yenilikləri gətirdi? Nələri kəşf etdiniz?

- Azərbaycan musiqiçiləri yenilikçidirlər. Türk bəstəkarlarından çox-çox irəlidə olduqlarını bizim populyar musiqiçilər də qəbul edirlər. Bəlkə aranjemanlıqda əksikliklər ola bilər, amma son illərdə çox peşəkar səviyyədə aranjeman olunmuş musiqilər dinləyirəm. Gənc istedadlı musiqiçilər, mükəmməl səs sənətçiləriniz var.

- Hazırda kimlərlə əməkdaşlıq edirsiniz?

- Əməkdaşlığımın sayı çox deyil, amma çox olmasını istəyirəm. Azərbaycan mahnılarını da oxutmayanda mutsuz oluram. Lakin Türkiyə də son illərdə sanki sonsuz bir döngəyə girdi. 3-5 il əvvəl bir albomda ən az 12-14 Azərbaycan mahnısı olurdusa, indi cəmi 4-6 mahnılıq Maxi single hazırlanır. Bu üzdən əməkdaşlıq bir qədər çətinləşib.

Hazırda Gövhər Həsənzadə, Vahid Əzizlə, yeni musiqiçilərdən Pərviz Mahmudov, Ruhin İsmayılov kimi istedadlı insanlarla çalışıram. Ruhinlə ilk çalışmamız kliplə sonuclandı. Artıq ikincisi hazırlanır. Azər Nəsibovun gözəl bəstələri, Leyli İsrafilovanın maraqlı şerləri var. Nailə Mirməmmədlinin bir mahnısına söz yazmışam, yaxında çıxacaq. Ayrıca Neyman Mustafazadənin çalışmalarını bəyənir və maraqlanıram. İlkin Həsəni çox ugurlu görürəm. Kaş ki, daha çox əllərim, qollarım olsa, hamısına yetişə bilsəm, mahnılarını oxuda bilsəm. Bu, məni çox xoşbəxt edir.

- Uzun illərin bitib-tükənməyən bir məsələsi var – plagiatlıq. Azərbaycan mahnılarının ifası zamanı türk sənətçiləri tərəfindən müəlliflik hüquqlarının pozulması, mahnılarımızın "anonim" deyə təqdimatı neçə illərdir müzakirə olunur, amma hələ də bir çözümü tapılmır. Sizcə, bunun başlıca səbəbi nədədir və qarşısını necə almaq olar?

- Kaset vərəqələrində türk mahnılarının "anonim" olaraq qeyd olunması illər öncə diqqətimi çəkmişdi. Sonralar eyni şeyi Azərbaycan mahnılarında da gördüm. "Bu? belə olmamalıdır" deyib səbəbini araşdırmağa başladım. Belə xətalara yol verilməsi yalnız təəssüf hissi doğurur. Niyə belə olmasına dəqiq açıqlama verə bilməyəcəyəm. Televiziyalarda musiqiçilər tərəfindən bu mövzu çox müzakirə edildi, açıqlamalar verildi, hətta bəlkə günah da çıxardılar. Kimisi mahnı müəllifləri ilə əlaqə saxlaya bilmədiyini dedi, kimisi də başqa səbəb gətirdi.

Amma öz təcrübəmə əsaslanaraq bir şeyi tam əminliklə deyə bilərəm ki, müəlliflə əlaqə saxlamaq bəzən həqiqətən də çox çətin olur. Məsələn, Sibel Canın albom hazırlığında bir Azərbaycan mahnısının müəllifini dəfələrlə araşdırırdım, amma cavab gəlmədi. Buna bənzər hallar - mahnılarını satışa çıxardığım, anlaşmam olmayan əsər sahiblərilə əlaqə saxlamaq ya mümkünsüz olur, ya da izn cavabı gec gəlir.

Ancaq sevindirici bir şey var ki, illər öncəsinə, geriyə dönük pozulmuş bütün haqlar düzəldilməyə çalışılır. Misal üçün Ramiz Mirişlinin ən az 10-15 mahnısının ötən illər ərzində oxunmuş, amma nə müəllif haqqı ödənmiş, nə də adı yazılmadığına görə iddia qaldırdım. Hazırda proses davam edir.

- Nə vaxtsa Azərbaycanda yaşayıb, orada fəaliyyət göstərmək istərdinizmi? Ümumiyyətlə, indiyədək belə bir təklif olubmu?

- Bu haqda düşünmədim, belə bir istəyim olmadı, eləcə də orada işləmək təklifi aldım desəm, yalan olar. Ancaq digər tərəfdən düşünürəm, Azərbaycan musiqilərini Türkiyədə daha yaxşı tanıda, təbliğ edə bilərəm. Bunu uzaqdan-uzağa etmək ya çətin, ya da mümkünsüz olur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2118   Tarix: 29 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3