Şəhidin dəfnindən fotolar - FOTO

Yanvarın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi ətəşə tutması nəticəsində döyüş növbəsində xidməti vəzifələrini yerinə yetirərkən şücaət göstərərək şəhid olmuş leytenant Səbuhi Əzizov dünən doğulduğu Qobustan rayonunun Təkləmirzəbaba kəndində uğrunda canını qurban verdiyi Vətən torpağına əmanət edilib.

BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, vida mərasimində Müdafiə Nazirliyi Hərbi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışaraq qeyd etdi ki, Səbuhi Əzizov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu idi. O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Ömrü yarıyolda qırılsa da, leytenant Əzizovun xatirəsi qədirbilən xalqımız və Milli Ordumuzun əsgər və zabitləri tərəfindən həmişə əziz tutulacaq, onun qisası artıqlaması ilə düşməndən alınacaq və qanı yerdə qalmayacaqdır.

Sonra mərasim iştirakçılarının nəzərinə çatdırdı ki, şəhid zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Heydər Piriyev şəhid zabitin vaxtilə təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisəsi professor-müəllim, zabit və kursant heyətinin də bu ağır xəbərdən sarsıldığını, lakin leytenant Əzizovun şəhidlik zirvəsinə yüksəldiyindən böyük qürur duyduqlarını, onun daim xatirələrdə yaşayacağını, tezliklə şəhidlərimizin intiqamının alınacağını, işğal altında olan tarixi torpaqlarımızdan son düşmən əsgərini geri oturtmayınca mübarizəni dayandırmayacaqlarını bəyan etdi.

Şəhidin ailəsinə dərin hüzndə başsağlığı verən general zabitin ölümündən sonra layiq görüldüyü medalı onun atasına təqdim etdi.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov çıxış edərək bütün xalqımız kimi, qobustanlıların da şəhidlərimizin intiqamını almaq, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildirdi.

Vida mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşlər altında son mənzilə uğurlandı.

Məzar üzərinə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qobustan Rayon İcra Hakimiyyəti və digər təşkilatlar adından əklillər, gül dəstələri qoyuldu.

Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edildi.
Şəhid valideynləri - Rüstəm və Nəsibə Əzizovlar çox ağır itki olmasına baxmayaraq, oğlunun öz şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, "Vətən sağ olsun!", dedilər və vida mərasiminin yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş kəndin digər şəhidlərinin də məzarlarını ziyarət etdilər!Şəhidin dəfnindən fotolar - FOTOŞəhidin dəfnindən fotolar - FOTOŞəhidin dəfnindən fotolar - FOTOŞəhidin dəfnindən fotolar - FOTOŞəhidin dəfnindən fotolar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9036   Tarix: 29 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874