Qədərə iman gətirməyin faydaları

Qədərə iman gətirməyin faydalarıMənbə: http://zikr.az

Qədərə iman gətirməyin aşağıdakı faydaları vardır:

1. Razılıq

Uca Allah buyurur: 
«Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilir. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir. (ət-Təğabun 11). 
Həsən əl-Bəsri deyir: «Baş verən xoşagəlməz şeyləri və bəlaları pis hesab etməyin. Nə qədər xoşagəlməz işlər vardır ki, qurtuluşunuz ondadır və nə qədər özünüzə yaxşı hesab etdiyiniz işlər vardır ki, onda həlakınız vardır».
Məşhur İslam alimi İbn Kəsir deyir: «Müsibətə düçar olan adam bilir ki, bu Allahın qədəridir. Ona səbir edir, Allahın qəzasına təslim olur və Allah da onun qəlbini hidayətə yönəldir, qəlbinə yəqinlik və dünyada itirdiklərinin daha yaxşısını ona verir».

2. Qəlbin rahatlıq tapması

İnsan baş verən şeylərin Allahın təqdiri ilə mütləq olmalı olduğunu bilsə, qəlbi rahatlanar. Əgər Allah belə yazıbsa, onun başqa bir hala düşməsi mümkün deyildir. Peyğəmbər  sallallahu aleyhi və səlləm   buyurmuşdur: «Mükafatın böyüklüyü bəlanın böyüklüyündən aslıdır. Allah bir qövmü sevərsə, onları imtahan edər. Kim (Allahın qədəri) ilə razı qalarsa, Allah da onlardan razı qalar, kim də (Allahın qədərinə) razı qalmayıb qəzəblənərsə, Allahın da onlara qəzəbi tutar».
Əgər insan qədərə iman etməzsə, onun səbir etməsi də mümkün olmaz. Qədərə inanmayan insanlara baxın! Onlar başlarına bir müsibət gəldikdə səbir etməyib intihar etməyə cəhd edirlər. Allahın qədərinə inanan insan başına gələn hər bir işdən razı qalar və ondan daha xoş həyatı olan tapılmaz. 
Görürsən ki, insan müəyyən bir şey əldə etmək üçün çalışır, lakin əldə edə bilmir. Belə olduqda insan Allah barəsində gözəl zənn edərək bu işdə bir xeyir olduğunu güman etməlidir. Bu məsələyə dair olmuş bir əhvalat danışırlar: "Böyük ticarət müqaviləsi bağlamaq məqsədilə bir iş adamı səfər etmək üçün təyyarə limanına gəlir. O, uçuş vaxtını gəzləyərkən namaz üçün azan verilir və o, namaz qılmağa gedir. O, namazı bitirdikdən sonra görür ki, təyyarə artıq uçmuşdur. O, bu hadisəyə görə çox məyus olur. Bir müddət keçdikdən sonra təyyarənin qəzaya uğraması haqda məlumat verilir. O bu xəbəri eşitdikdə sevincinin həddi-hüdudu olmur. O, səcdəyə qapanıb sağ qaldığı üçün Allaha şükür edir. Uca Allah buyurur: 
«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216).

3. İtirdiyinə kədərlənməmək

Uca Allah buyurur:
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz». (əl-Hədid 22-23).

4. İnsanlardan qorxmamaq

Uca Allah buyurur: 
«Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz». (Yunus 107).
İbn Abbas demişdir: "Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - mənə buyurdu:
"Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə, kömək dilədikdə, yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir fayda verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir zərər verə bilməzlər. Artıq qələmlər qaldırılmış və səhifələr qurumuşdur."

5. Olub-keçənlərə görə peşman olmamaq 

Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində xeyir vardır. Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi" (qadərallahu və mə şəə fəalə). Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır".

6. Günahlardan təmizlənmək 

Peyğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: "Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz".
Peyğəmbər salləllahu aleyhi və səlləm de­mişdir: "Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kə­dər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını ba­ğışlamasın".

7. Böyük mükafatın verilməsi

Allah buyurur:
"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər" (əl-Bəqərə 155-156).
Peyğəmbər demişdir: "Allah bir quluna xeyir diləyərsə, onu bəlalarla imtahan edər".
Ənəs ibn Məlik demişdir: "Mən Peyğəmbərin salləllahu aleyhi və səlləm be­lə dediyini eşitmişəm: "Allah buyurmuşdur: "Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbr etsə, bu­nun əvəzində ona Cənnət bəxş edərəm". Allah "sevdiyi iki şeylə" deyəndə göz­ləri qəsd edir­di".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4127   Tarix: 28 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986