Bu gün Azərbaycanda Televiziya və Radio günüdür

Bu gün Azərbaycanda Televiziya və Radio günüdür53 il əvvəl Zaqafqaziya ölkələri arasında ilk dəfə Bakıda ağ-qara rəngdə göstərən televiziya fəaliyyətə başlayıb. Bu gün Azərbaycanda televiziyanın yaranmasından 53 il ötür. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti, yəni, AZTV yayıma başlayıb. Zaqafqaziya ölkələri arasında ilk dəfə ağ-qara televiziya cəmi 3-4 mütəxəsisin işinin nəticəsi idi.

Yəqin elə buna görə dövlət televiziyasının ilk efiri uğurları ilə yanaşı, problemlərilə də yadda qaldı. Televiziyanın birinci işçilərindən olan Sərvər Quliyev həmin günləri belə xatırlayır: «Bəxtiyar» filmini bizə vermirdilər. Min cür xahişdən sonra «Bəxtiyar» filmini aldıq, çox təəssüf ki, o vaxt bu filmin birinci çıxışı brakla getdi. Səs efirə getmədi, nə qədər çalışdıq, səsi efirə verə bilmədik.

Bu problemlərin əsas səbəbi mütəxəssis qıtlığı ilə bağlı idi. Sərvər Quliyev də deyir ki, televiziya işə başlayarkən cəmi 5 texniki işçisi olub ki, onun 4-ü Sankt-Peterburqdan dəvət edilmişdi. Yenicə yayıma başlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi genişlənib və artıq Salyan, Quba, Kürdəmir və başqa rayonlarda da TV-ni seyr etmək mümkün olub. Bütün rayonlara yayımın gecikməsi isə həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi.

Sonralar istifadəyə verilən teleqüllə cəmiyyət üçün yenilik oldu və Azərbaycanda televiziyanın simvoluna çevrildi. Hündürlüyü 180 metr olan teleqüllə artıq yoxdur. Yeni televiziya qülləsi inşa edildikdən sonra köhnəsi hissə-hissə söküldü.

Dövlət televiziyası Azərbaycan teleməkanına texniki uğurlarla yanaşı yaradıcılıq, telejurnalistikanın inkişafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət televiziyası Azərbaycan dilinin təbiliğində əvəzsiz rol oynayıb. Azərbaycanın ilk elektron mətbu orqanı müstəqillik illərində də ciddi işlər görüb. Məsələn, birinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olub


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4026   Tarix: 06 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

19:10 152
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

16:30 161
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

21:40 103
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

13:00 212
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

21:30 134
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

22:40 88
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

22:30 105
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 156
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

12:50 198