Ürəyin təmiz olması kifayətdirmi?

Ürəyin təmiz olması kifayətdirmi?Mənbə: http://zikr.az

Tez-tez insanlar arasında belə bir ifadəyə rast gəlirik "ürəyim təmizdir, ibadət etmək nəyə lazımdır?!"
Bunu deyən adam Allaha ibadət etməkdən boyun qaçırmaq üçün belə deyir. Həmin adama belə bir sual vermək olar: "Ürəyinin təmiz olmasını haradan bilirsən?" və ya "ürəyini nə ilə təmizləmisən?" Adətən həmin adam: "Mən heç kəsə paxıllıq etmirəm, heç kəsə qarşı pislik etmirəm!" - deyir. Şübhəsiz ki, paxıllıq etməmək və heç kəsə pislik etməmək ürəyin təmiz olmasından irəli gəlir. Lakin qeyd etmək istəyirəm ki, təkcə müəyyən pis əməllərdən çəkinmək ürəyin təmiz olması üçün kifayət etmir. Allahın peyğəmbəri Muhəmməd Allahın Ona salavatı və salamı olsun! buyurmuşdur: "Hər şeyin bir təmizləyicisi vardır. Ürəyin təmizləyicisi isə Uca Allahı zikr etməkdir..." Bəzi adamlar günah deyildikdə yalnız pis işlər görməyi nəzərdə tuturlar, halbuki, namaz qılmaq, oruc tutmaq, zəkat vermək kimi buyurulan əməlləri tərk etmək də günah əməllərdən hesab olunur. Hətta islam alimləri buyurulan əməlləri tərk etməyin qadağan edilən əməllərdən daha böyük günah olduğunu söyləmişlər. Həmçinin Uca Allah buyurur:
"Günahlardan təmizlənən isə uğur qazanmışdır. O kəs ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır" (əl-Əla surəsi 14, 15 – ci ayələr).
Deməli təkcə müəyyən pis əməlləri tərk edib ürəyin təmiz olmasını iddia etmək doğru deyildir. Beləliklə, ürəyin günahlardan təmizlənməsi Allahı xatırlamaq, namaz qılmaq və digər Allahın buyurduğu ibadətləri yerinə yetirməklə, habelə Onun qadağan etdiyi əməlləri tərk etməklə mümkün olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5208   Tarix: 22 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701