Hakerlər soyuducu və televizorlardan istifadə ediblər

Hakerlər soyuducu və televizorlardan istifadə ediblərProofpoint şirkətinin ekspertlərinin aşkar etdikləri botnet şəbəkəsinin tərkibinə adi kompüterlərlə yanaşı, ağıllı məişət texnikası və elektronika da daxil olub. Hesabata əsasən, botnet şəbəkəsi spam mesajlarının göndərilməsi üçün istifadə olunub.

Botnetin tərkibinə təxminən 100 min qurğu daxil olub və 2013-cü ilin 23 dekabrından 6 yanvar 2014-cü il tarixinədək fəallıq göstərib. Bu vaxt ərzində kibercinayətkarlar onun köməyi ilə 750 min arzuolunmaz məktub göndərməyə müvəffəq olublar. Bu məktubların 25%-dən çoxu məişət qurğularının köməyi ilə göndərilib.

Proofpoint tədqiqatçıları botnetə daxil olan və ənənəvi kompüterlərə aid olmayan qurğuları thingbots adlandırıblar. Ekspertlərin fikrincə, internetə çıxış imkanına malik ağıllı məişət elektronikası hakerlər üçün asan hədəfdir, çünki hər şeydən əvvəl qoruma sistemlərinə (antivirus və antispam) malik deyil.

Proofpoint şirkətindən bildirilib ki, dekabr-yanvar aylarında qeydə alınmış zərərli aktivlik internet əşyalara qarşı birinci kiberhücum ola bilər. Əşyaların internet adı altında adətən internetə çıxış imkanına malik və məlumatları buludda saxlayan ümumi idarə mərkəzinə malik məişət qurğularının sistemi başa düşülür.
Əşyaların interneti sinfinə xas sistemlər yanvarın 10-da bitmiş CES sərgisində nümayiş etdirilib. Məsələn, Samsung və LG şirkətləri SMS-in köməyi ilə idarə olunan soyuducu, paltaryuyan maşın və tozsoran nümayiş etdiriblər.

IDC analitik şirkətinin 2013-cü ilin oktyabrında açıqlanmış proqnozuna əsasən, 2020-ci ilədək internetə çıxış imkanına malik 212 milyard əşya olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1033   Tarix: 21 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 684
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 33
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 410
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 227
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

16:17 141
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

16:48 134
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

20:29 0
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

20:37 831
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 428