3 yaşlı İmran Cəfərzadənin xəsarət almasında günahkar olanların həbs müddəti uzadılıb

3 yaşlı İmran Cəfərzadənin xəsarət almasında günahkar olanların həbs müddəti uzadılıbÖtən il iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan 3 nəfərin həbs müddəti üçüncü dəfə uzadılıb. Bu barədə APA-ya məlumat verən vəkil Kamandar Nəsibovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxsin həbs müddəti 3 ay uzadılıb. Qeyd edək ki, hadisə baş verdikdən bir neçə gün sonra Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, ötən il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ. Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ. Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir. K. Nəsibov təqsirləndirilən Rəşad Zərbəliyevin vəkilidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3339   Tarix: 24 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 169
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 207
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 210
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 175
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 192
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 145