Dünyanın ən varlı 85 adamının sərvəti açıqlandı

Dünyanın ən varlı 85 adamının sərvəti açıqlandıPlanetin ən zəngin qadınının 30 milyard pulu var.

Beynəlxalq yardım təşkilatı "Oxfam"ın araşdırmasına görə, dünyadakı ən zəngin 85 adamın sərvəti, ən yoxsul 3,5 milyard adamın, yəni dünya əhalisinin yarısının cəmi mal varlığına bərabər vəziyyətdədir.

BiG.AZ modern.az-a istinadən xəbər verir ki, "Oxfam" sabah Davosda başlayacaq Dünya İqtisadiyyat Forumu ərəfəsində siyasət və iqtisadiyyat liderlərinə, artan bərabərsizlik və gəlir ədalətsizliyinə qarşı hərəkətə keçmələri çağırışı edib.

"Oxfam"ın hesabatına görə, ən zəngin 85 adamın cəmi sərvəti 1,7 trilyon dollardır. Ən yoxsul 3,5 milyard adamın sərvəti toplandığında ancaq buna bərabər olur.

Hesabata görə, ən zəngin yüzdə 1-lik seqmentin əlində 110 trilyon dollar var və bu məbləğ dünya əhalisinin yüzdə 50-sinin cəmi varlığının 65 qatına bərabərdir.

2009-cu ildən bəri ABŞ-dakı yüzdə 1-lik ən zəngin əhalinin daha zənginləşdiyi, yoxsulların yüzdə 90-nın daha da yoxsullaşdığı bildirilir.

85 nəfər zənginlər klubunun 31-i ABŞ-da yaşayır.

Siyahının zirvəsində isə "Forbes" jurnalında ailə sərvətinin 73 milyard dollar olduğu bildirilən meksikalı telekommunikasiya müdiri Karlos Slim Helu gəlir.

Helunu 67 milyard dollarlıq sərvəti ilə "Microsoft"un qurucusu Bil Geyts izləyir.

53,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən böyük sərmayəçilərindən Varren Buffett və 23 milyard dollarla "Google"nin qurucu ortaqlarından Larry Page də siyahıdakı ən tanınmış adlar sırasındadır.

Dünyanın ən zəngin qadını isə kosmetik şirkəti "L'Oreal"in 30 milyard dollarlıq sərvətinə sahib olan Liliane Bettencourtdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3276   Tarix: 21 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - TƏHLÜKƏ/VİDEO

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin sonradan digər ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir. Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır. -ın məlumatına görə, usta İsa Yusibov deyi

05.05.2024 409
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 368
.

Qızartmazdan əvvəl bunu edin: Kotletlər dağılmayacaq

Kotlet hazırlayarkən bir çox insan qızartma zamanı parçalanma problemi ilə qarşılaşır. xəbər verir ki, bunların hamısı düzgün olmayan hazırlıq və tipik səhvlərdir. Kotletlərin dağılmaması üçün əsas məsləhətləri təqdim edirik: . Düzgün kompozisiya. Kotletləri bişirməzdən əvvəl inqrediyentlərin tərkibin

05.05.2024 524
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 522
.

Həbsdən çıxıb yenə eyni qadını qaçırtdı

ABŞ-ın Florida ştatında qadını qaçırmaqda ittiham olunaraq həbs olunan şəxs sərbəst buraxılıb və iki ay sonra yenidən eyni qadını qaçırıb. xarici KİV-ə istinadla bildirir ki, 53 yaşlı Ceffri Holley 11 ittihamla yenidən həbsxanaya qayıdır. Holley 2022-ci ilin avqustunda qadını oğurlamaqda təqsirləndirilərə

04.05.2024 366
.

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. "Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupund

05.05.2024 181
.

Əslən pakistanlı olan Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib. Leyborist siyasətçi səslərin 43,9 faizini toplayaraq mühafizəkar rəqibi Syuzan Holla qalib gəlib. Məlumat üçün əlavə edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xa

05.05.2024 167
.

"Google" rəsmi proqramlarla bağlı yenilik etdi

"Google" rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb. Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında "Government" və ya "Dövlət Qurumu" qeydinin olmasına diqqət edilməlidir. Hazırda yenilik Avstraliya, Braziliya

04.05.2024 189
.

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib. Məlumata görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib. Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imz

05.05.2024 223