Nəqliyyat kartları ilə bağlı - YENİ XƏBƏR

Nəqliyyat kartları ilə bağlı - YENİ XƏBƏRBakının ictimai nəqliyyatında kart ödəniş sisteminin işi bu məqsədlər üçün xüsusi olaraq yaradılmış "Bank of Azerbaijan" (emitent bank) prosessinq mərkəzi tərəfindən idarə edilir. Bunu Trend-ə bankdan deyiblər.

"Bankın "MasterCard" platformasında olan bütün kartları, o cümlədən nəqliyyat kartlarına "Bank of Azerbaijan"ın təqribən 1 ildir yaradılmış prosessinq mərkəzi tərəfindən xidmət göstərilir. Bankın buraxdığı "Visa" kartlarına hazırda "Azericard"da (Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətindədir) xidmət göstərilir".

Bank nümayəndəsinin sözlərinə görə, gələcəkdə kartların miqrasiyası tam yekunlaşacaq. Bununla belə, o, konkret tarixi açıqlamayıb.

İctimai nəqliyyatda plastik gediş haqqı kartları Bakıda yanvarın 13-dən satışa çıxarılıb. Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 30-dan artıq marşrut xətti üzrə hərəkət edən avtobusda tətbiq olunacaq.

Hesablama qurğusu - validatorlar təqribən 1000 avtobusda quraşdırılıb. Sistemin yayılması prosesi 2014-cü ilin sonunda başa çatacaq. Bundan başqa, daha 500 validator quraşdırılacaq.

Kartı əldə etmək, həmçinin balansı doldurmaq üçün şəhərdəki köşklərə, "Bank of Azerbaijan"ın filiallarına, "Topaz" satış nöqtələrinə, xüsusi loqotiplə işarələnmiş ticarət obyektlərinə müraciət etmək olar.

Nəqliyyat kartının qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür.

Kartın itirilməsi və ya zərər görməsi zamanı onu emitent bankın filiallarının birində əvəzləmək olar.

Bankdan qeyd ediblər ki, kartı əvəz etmək üçün filiallardan birinə müraciət etmək və şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır: "Kartı və sığorta depozitini geri almaq üçün də sənədləri təqdim etmək şərti ilə filiallardan birinə yaxınlaşmaq tələb olunur".

Nəqliyyat kartı "MasterCard PayPass" təmassız çip debet kartları əsasında hazırlanıb.

Emitent bankdan deyiblər ki, artıq 450 min kart hazırlanıb və daha 1 milyonu sifariş edilib: "Kart adsız olduğuna görə, oğurluq və ya itirilmə zamanı onun balansını bərpa etmək mümkün deyil. Zədələnmiş kartı bərpa edilmiş balansla birlikdə yenisi ilə əvəz etmək mümkündür".

Bankdan qeyd ediblər ki, funksional kart hazırda məhduddur, lakin gələcəkdə bir sıra əhəmiyyətli yeniliklər planlaşdırılır: "Sistemin gələcək inkişaf mərhələlərində nəzərdə tutulur ki, kart tam dəyərli ödəniş alətinə çevrilsin. Müştəri özündə olan kartı "Bank of Azerbaijan"ın zəruri texnologiya ilə təchiz edilmiş adlı debet kartları ilə əvəz edə bilər. Həmin kartla nəinki gediş haqqını, o cümlədən müxtəlif alış-veriş və xidmətləri ödəmək olar".

Bundan başqa, kart satışı və balansın doldurulması alətləri şəbəkəsini genişləndirmək planlaşdırılır. Bankdan deyiblər ki, gələcəkdə nəqliyyat kartlarını iri ticarət şəbəkələrində və ayrı-ayrı tərəfdaş ticarət obyektlərində əldə etmək mümkün olacaq: "Bundan əlavə, internet vasitəsilə kartın balansının doldurulması imkanı həyata keçiriləcək".

"PayPass" platformasının müasir mobil qurğularında istifadə edilən NFC texnologiyası ilə uyğun gəlməsi sayəsində nəqliyyatda gediş haqqının və bilavasitə mobil telefon və ya planşetdən xidmətlərin ödənilməsi mümkün olacaq. Qurğudakı xüsusi proqrama plastik kartın məlumatlarını daxil etməklə istifadəçi kartın özü olmadan ödənişi həyata keçirə bilər.

Təmassız texnologiyalar və adsız nəqliyyat kartlarının istifadə edilməsi müəyyən məhdudiyyətlərin qoyulması zərurəti yaratdı.

Bankdan verilən məlumata əsasən, belə kart üzrə ödəniş etmək üçün PIN kod daxil etmək və ya imza atmaq (elektron imza) lazım deyil: "Buna görə də ödənişlərin və müşrtərilərin vəsaitlərinin təhlükəsizliyi baxımından bütün ölkələrdə tranzaksiya həcmi və vəsaitlərin daxil və xaric edilməsi üzrə müxtəlif məhdudlaşdırıcı tədbirlər görülür. Bunlar Azərbaycanda da mövcuddur: kartın balansına gündə 20 manatdan artıq məbləğ yükləmək olar. Bundan başqa, 1 tranzaksiyaya limit qoyulub və 30 manatı ötə bilməz".

Bankdan həmçinin bildiriblər ki, gələcəkdə bu məhdudiyyətlərə yenidən baxılması istisna edilmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3095   Tarix: 21 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 210
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

21:50 0
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 220
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

18:23 0
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

16:00 112
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 212
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 180
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 320
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

12:44 179