Azərbaycanlılar ABŞ-da necə yaşayır? - VİDEO

Azərbaycanlılar ABŞ-da necə yaşayır? - VİDEOBu ilin əvvəlindən 1 milyondan çox Amerikalı işsizliyə görə aldığı dövlət ianəsindən məhrum olub. Səbəb isə administrasiya ilə parlamentin işsizlik ianəsinin uzadılması məsələsində razılığa gələ bilməməsidir. Ölkə 2008-ci ilə resessiyaya məruz qalandan bəri işsizlər ayda 1160 dollaradək işsizlik ianəsi alırdılar.

Sevinc Osmanqızı işsizliyin ciddi problem olduğu bu ölkədə Azərbaycanlı icmasının işlə təmin olunmaq imkanlarını araşdırıb.

ABŞ-ın Əmək Departamentinin məlumatına görə, bu gün Amerikada 4.1 milyon əhali 6 ay və ondan daha çox müddətdir ki, işsizdir. Ölkə gəlirlərinin əsas hissəsinin əhalinin yalnız 1 %-nin cibinə getdiyi vaxt uzun-müddətli işsizlik isə bundan qat-qat çox adamı narahat edir. Belə olan şəraitdə səviyyədə Amerikada yaşayan Azərbaycanlıların məşğulluq vəziyyəti necədir? Yerlilərin işsiz olduğu bir şəraitdə Azərbaycandan gələnlər iş tapa bilirlərmi?

Amerikada yaşayan azərbaycanlı, Afət Kazımova: "Bir az yox, çox çətindir Azərbaycanlılara iş tapmaq. Başları yaxşı işləyir, ağılları yaxşıdır, amma görürsən ki, həmişə ağıllarından aşağı işlərlə məşğul olurlar, çünki çox çətindir yaxşı iş tapmaq".

Azərbaycanın təhsil ocaqlarının diplomlarının ABŞ-da tanınma dərəcəsi də ürəkaçan deyil. ABŞ standartlarına əsasən, Azərbaycanda təhsilin səviyyəsinin yüksək olmaması və 2 ölkənin təhsil sistemindəki qaçılmaz fərqlər Azərbaycandan gələn diplom sahiblərini iş tapmaq üçün təhsili davam etdirmək və əlavə imtahanlardan keçmək məcburiyyəti qarşısında qoyur. Müqayisə üçün deyək ki, Azərbaycanın orta məktəblərin məzunları ABŞ-da GED adlanan Ümumi Təhsil İnkişafı imtahanı keçməli olurlar. GED universitetlərə və işə qəbul olunmaq üçün keçərli olsa da, yerli məktəbliləri bitirərkən verilən diplomdan daha az dəyərlidir.

Sevinc Osmanqızı: "Bu isə Azərbaycanlı mühacirlərin iş tapmaq imkanlarını təsirləndirir. Onlar təkcə Amerikanın deyil, bütün dünyanın nüfuzlu təhsil ocaqlarının məzunları ilə rəqabət aparmış olurlar".

Lakin soydaşlarımız arasında uğur hekayələri də az deyil. 2 il əvvəl ailəsi ilə birgə ABŞ-a mühacirət edən Nizam Atayev bir neçə ay sonra ixtisaslaşdığı təhlükəsizlik sahəsində işlə təmin olunmasını qanunauyğunluq hesab edir.

Amerikada yaşayan azərbaycanlı, Nizam Atayev: "Mənim başqa ölkələrdən gələn çoxlu tanışlarım var. İnandırım sizi hamısı işləyir. Mən elə bir insan tanımıram ki, o işləməsin. Öz ölkəsində bəlkə bir şirkətin müdiri olub, fabrik-zavodda baş mühəndis olubsa, əlbəttə o gəlib burda baş mühəndis işləyə bilməz. Buranın standartları var. Hardasa təhsilini davam etdirməlisən, lisenziyalar almalısan. Və bunların başında dil dayanır. Bu ölkənin dilini bilməlisən".

Dil vacib məqamdır. Statistika göstərir ki, işsizlər arasında ABŞ-da doğulanlar yalnız 18-i təşkil edir. Görünür, gəlmələr üçün işsizlikdən əvvəl mühacirlərin problemləri öz həllini tapmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2692   Tarix: 23 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

02.05.2024 791
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 218