20 Yanvar Təbrizdə də anıldı - FOTOLAR

20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi Təbrizdə də keçirilib. BiG.AZ-ın verdiyi məlumata görə, mərasimdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 20 Yanvar tarixinə dair məlumatlar iştirakçılara verilib.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın tarixinə qanlı və eyni zamanda şanlı hərflərlə yazıldığını, rus imperiyasının erməni əsilli ordu birləşmələri tərəfindən törədilmiş 20 Yanvar hadisələrinin əsas məqsədinin Azərbaycan xalqının azadlıq mübarizəsini böğmaq, Azərbaycanı rus imperiyasının tərkibində saxlamaq, müəyyən torpaqlarının Ermənistanın tərkibinə qatılmasını təmin etmək olduğunu bildirib.

Ermənilərin tarix boyu Rus imperiyasının köməyi ilə bir cox Azərbaycan torpaqlarını işğal etməsi faktları, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlar haqqında məlumat verən Əli Əlizadə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecədə də yüzlərlə günahsız və əliyalın Azərbaycan vətəndaşlarının - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırmış, lakin bu hadisələrin Azərbaycan xalqının azadlıq yolunda mübarizəsini boğa bilmədiyini, Azərbaycan xalqının qələbəsi ilə başa çatdığını, Azərbaycan-müstəqil dövlət olaraq öz adını yenidən tarixə yazdığını qeyd edib.

Baş konsul həmin dövrdə baş vermiş qətliamın qarşısının alınması yönündə heç bir iş görməyən Azərbaycanın o zamankı rəhbərliyinin öz vəzifələrini qorumaq üçün hətta sonradan hadisələrin nəticələrini də ört-basdır eləməyə çalışdıqlarını, yalnız ümummilli lider Heydər Əliyevin həmin dövrdə verdiyi etiraz bəyanatı, KİV-lər qarşısında çıxışı nəticəsində bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıldığını və sonradan da ulu öndərin sayəsində bu hadisələrə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

İran İslam Respublikası vətəndaşı, Təbriz şəhər sakini, folklorşünas Böyükbəy Ələkbəroğlu da anım mərasimində çıxış edərək 1990-cı il hadisələrinin İran xalqı tərəfindən də daim xatırlandığını, SSRİ Ali Sovetinin razılığı alınmadan M.Qorbaçovun əmri ilə Azərbaycan xalqına qarşı erməni əsilli ordu birləşmələri tərəfindən həyata keçirilmiş bu qətliamın əslində bütün müsəlman aləminin dərdi olduğunu qeyd edib.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilmiş və şəhidlərin xatirəsinə ehsan verilib. Mərasimin sonunda faciəyə dair Azərbaycan və fars dillərində məlumatların əks olunduğu bir çox əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış Qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən ibarət foto-stendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlərlə tanış olublar.

Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər fərmandarlığının nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, hə

20 Yanvar Təbrizdə də anıldı - FOTOLAR20 Yanvar Təbrizdə də anıldı - FOTOLAR20 Yanvar Təbrizdə də anıldı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1605   Tarix: 20 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 536
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 390
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 166
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 139
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 588
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810