Heyvanlar insanlara niyə hücum edir?

Heyvanlar insanlara niyə hücum edir?Uşaq vaxtı parkda oynayarkən birdən başımı qaldıranda gördüyüm ağzı açıq halda mənə baxan itin üzünün heç unutmuram. O gündən sonra itə yaxınlaşa bilmirəm. Hətta onları görəndə yolumu dəyişirəm. Evində it saxladığını öyrəndiyim dostlarımla münasibətlərimi kəsmişəm. Onları öldürmək istəmirəm, amma görmək də istəmirəm.
Müsahibim Günel Əsgərovanın itlərə qarşı fobiyası bir çoxlarımızda var.
Günelin yaşadığı sadəcə psixoloji problemdir. Amma heyvanların hücumlarına məruz qalan, əl ayağını itirənlərin də sayı az deyil.
Ötən il 15396 nəfəri heyvan dişləyib. Ötən ilə nisbətən dişləmə nəticəsində ölüm halları azalsa da, it, pişiklərin dişləməsi halı artıb. Dişləmələrin 13198 it, 1235-i isə pişiklərin payına düşür.
Təkcə Bakıda 4387 nəfəri heyvan dişləyib. Heyvan dişləmələri ötən illə müqayisədə 4,5 % azalıb.

BiG.AZ-ın "Qırmızı xətt" layihəsində bu dəfə heyvanların hücumlarından qorunma yollarını, təhlükəsizlik qaydalarına əməl etməyən sahiblərini nələrin gözlədiyini araşdıracağıq.

Ötən il məşhurlardan tutmuş adi vətəndaşlara qədər yüzlərlə insanın it dişləməsi xəbərini eşitdik. Məsələn, Türkiyənin tanınmış aktyoru Berk Oktay "Rottweiler" cinsindən olan itləri ilə oynayarkən onların hücumuna məruz qalıb. İtləri aktyorun üzünü dişləmişdilər.
83 yaşlı Suğra Eldarovaya evində qızının saxladığı pitbul cinsindən olan it hücum etmişdi. Suğra xanımın qızı qonşunun itini pul qarşılığında saxlasa da, ona təlim keçdiyini deyir. İtin hücum etməyəcəyinə əmin olduğundan da anası ilə tək buraxıb. Amma it onun inamını doğrultmayıb, nəticədə Suğra xanımın hər iki qolu amputasiya edildi.
Beynimizə bir az əziyyət versək, bu tip hadisələrin sayını artıra bilərik. Heyvanların dişləməsindən necə qorunmaq olar? Onlar hansı halda təhlükəli hesab edilir?
Sadaladığımız faktlar göstərdi ki, nə qədər təlim keçilsə də, bu heyvanlar sahibləri, onlara dərs keçənlər üçün belə təhlükəlidirlər.
Xüsusən, bina evlərində bir neçə itin saxlanması binanın digər sakinlərinin həm təhlükəsizlik, həm gigiyenik, həm də istirahət hüququnu pozur.
Cins ev itlərinin Bakı küçələrində körpə uşaqların da olduğu parklarda sahibləri tərəfindən ağızlıqsız və ya xaltasız gəzdirilməsini dəfələrlə müşahidə etmişik.
Sahibləri üçün belə təhlükəli hesab edilən bu heyvanların ağızlıq və xalta olmadan gəzdirilməsi, qəsdən insanları təhlükəyə atmaq deməkdir. Üstəlik, ölkə qanunvericiliyində bu məsələ çoxdan həllini tapsa da.
Adi parklarla yanaşı, bulvarda təhlükəsizlik qaydasına əməl edilmədən gəzdirilən heyvanlarla daha çox rastlaşırıq. Baxmayaraq ki, əraziyə təhlükəsizlik xidmətinin işçiləri nəzarət edir, amma onlar bu faktları deyəsən görmürlər.
Heyvanların bu formada gəzdirilməsi uşaqları qorxudaraq, onlar üçün təhlükə yaratsa da, tək problem bu deyil. İnsanların istirahət hüququ ilə yanaşı, gigiyenik qaydalar da pozulur.
Bulvar İdarəsinin rəisi Nazim Məcidov bildirdi ki, Nazirlər Kabinetinin heyvanları kəmərsiz, ağızlıqsız gəzdirməklə bağlı məhdudiyyətinə əməl edilməsinə çalışırlar:
"Bu əmri əsas tutaraq mühafizə xidməti sahibsiz it gördükdə onu ərazidən çıxarır. Sahibi yanında olduqda isə xəbərdarlıq edilir. Onlar da heyvanlarına ağızlıq, kəmər taxırlar. Milli Məclisin həmin şəxsləri cərimələməklə bağlı qərarı olmadığına görə, sadəcə xəbərdarlıqla kifayətlənməli oluruq. Onlarla bağlı hər hansı tədbiri hüquq mühafizə orqanları görə bilər. Bizim əsas işimiz bulvar ərazisində təmizlik və insanların istirahətini təmin etməkdir".
N.Məcidov onu da bildirdi ki, əvvəlki illərə nisbətən ağızlıqsız, kəmərsiz gəzdirən insanların sayı azalıb. Daimi olaraq itlərini əraziyə çıxaran insanlar artıq qaydaları bilirlər. Ağızlıqsız heyvan görən sakinlər bulvar mühafizəçisinə yaxınlaşıb onları narahat edən məqam barədə məlumat verə bilərlər.
Bulvar rəisi heyvanların parkda yaratdığı başqa bir problemə də toxundu. Onun sözlərinə görə, heyvanların gəzdirilməsi təkcə ağızlıqsız olmalarına görə problem yaratmır. Onlar həm də qazonları dağıdır, yaşıllıq sahəsinə ziyan vururlar. Bundan başqa, gigiyenik cəhətdən də uşaqlar üçün təhlükəli hesab edilə bilərlər:
"Çünki həmin heyvanlar təbii ehtiyaclarını bu yaşıllıqlar üzərinə edir. Azyaşlı uşaqlar da məhz həmin ərazidə oynayır, əllərini yerə vururlar. Bu mənada ictimai qınağa ehtiyac var. Heyvanların təbii ehtiyacını qarşılamaq üçün xüsusi yerlər müəyyən edilməsə də, hansı ərazilərə onların keçməməsi barədə xəbərdarlıq edici nişanlar vurulub.

Xarici ölkələrdə heyvan sahibləri onları küçədə gəzdirərkən, özü ilə xüsusi vasitələr, qab götürür. İt harda ifrazat elədi, onu götürüb qaba yığır, zibil yeşiklərinə atır. Avropada heyvan saxlayanların sayı bizdən çoxdur. Amma heç bir ölkədə küçədə bu hallara rast gəlmək olmaz. Düzdür, bizdə də artıq insanların heyvanların ifrazatını təmizləməsi halları artıb. İnsanlar orada işləyən xadimələrin əməyinə dəyər verərək, bu məsələyə diqqətli yanaşmalıdırlar".
N.Məcidov onu da vurğuladı ki, təkcə insanları cərimələməklə iş bitmir. İnsanların şüuru inkişaf etməli, bu məsələyə diqqətli yanaşmalıdır.
Bəs heyvanlar hansı halda, hətta sahibləri üçün də təhlükəli ola bilərlər?
Dövlət Baytarlıq Xidmətindən bildirdilər ki, ev heyvanlarının bina evlərində saxlanması ilə bağlı qaydalara əsasən, bir it, iki pişik saxlamağa icazə verilir. İtlərin cinsləri ilə bağlı məhdudiyyət olmasa da, insanlar xüsusi təhlükəli heyvanları saxlamamalıdırlar. Bundan başqa, onları ac saxlamamalı, lazımı təlimlər keçməlidirlər. Həmçinin ildə bir dəfə quduzluğa görə vaksinasiya etdirməlidirlər. Quduzluğa qarşı vaksinasiya isə əsasən qeydiyyatda olan heyvanlarda aparılır. Hazırda çoban itləri də daxil olmaqla 247 mindən çox it qeydiyyatdadır.
Xidmətdən onu da bildirdilər ki, ötən il vəhşi və sahibsiz heyvanlar da daxil olmaqla 46 nümunə götürülüb, onların 30-da quduzluq aşkarlanıb.
Daxili İşlər Nazirliyindən bu günə qədər burundaqsız it gəzdirdiyinə görə, cərimə olunanların bu ilki statistikasını öyrənmək istəsək də, nazirlikdən "Bizə işimizə aid suallar verin. İt pişiklərin ağzı açıq gəzməsinə nəzarət bizim işimiz deyil" cavabını verdilər.
Nazirlər Kabineti 2011-ci ildə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verib. Qərara əsasən, ev heyvanları saxlayan şəxslər (bundan sonra - şəxslər) ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludur.
Baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.

Heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakı hüquqlara malikdir:

İnsanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək;

İtləri sürülərdə və naxırlarda, xüsusi təşkilatların operativ işlərində, ovda, təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq;

Yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirmək;

Deməli, ağzı açıq itlərlə bağa, parka, istirahət mərkəzlərinə, adamların sıx toplaşdığı ərazilərə girmək olmaz.
Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, bu fakt itlərin saxlanması qaydalarının pozulmasıdır. İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən, it və pişiklərin, həmçinin, digər heyvanların saxlanılması qaydalarının pozulması 5 manatdan 20 manatadək cərimə nəzərdə tutur.
Amma deyəsən, rəsmilər bu cərimə məsələsindən xəbərsizdirlər. Cərimələrin olmaması, ağzıaçıq itlərin, dolayısı ilə it tərəfindən dişlənən insanların sayını artırır. Sədəcə xəbərdarlığın isə kömək etmədiyi çox açıq görünür.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4336   Tarix: 18 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür. Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbində

07.12.2025 1941
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 590
.

Dekabrda dörd gün DƏFNƏ YARPAĞI YANDIRIN: Həyatınızın necə dəyişdiyini görün...

Dəfnə yarpağı uğur, sərvət və mənfilikdən qorunma ilə əlaqələndirilir. Dəfnə yarpağı sadəcə kulinariya ədviyyatından daha çox şeydir. BİG.AZ -a istinadla xəbər verir ki, qədim Yunanıstan və Romada dəfnə qaliblərə, şairlərə və hərbi liderlərə şərəf, müdriklik və mənəvi güc əlaməti olaraq tac qoymaq üçü

07.12.2025 596
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 599
.

ChatGPT psixiatriya riskini artıra bilər - Həkimlərdən xəbərdarlıq

Kaliforniyada çalışan psixiatrlar süni intellektlə intensiv ünsiyyətin ağır psixi pozuntulara yol aça biləcəyi barədə ciddi xəbərdarlıq ediblər. xəbər verir ki, mütəxəssislər 26 yaşlı bir qadınla bağlı narahatedici klinik hadisəni təsvir ediblər. Depressiya və DEHB (Diqqət Əskikliyi və Hiperaktivli

16:00 87
.

Hobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTO

Türkiyədə yaşayan Rabia Çelik dörd il əvvəl hobbi kimi başladığı şam hazırlama məşğuliyyətini peşəkar işə çevirib. Evindəki bir otağı atelyeyə çevirən Çelik öz dizaynı olan xüsusi qəliblərlə hazırladığı dekorativ şamları açdığı stentdə nümayiş etdirir. Estetik görünüşü və fərqli formaları ilə diqqə

07.12.2025 623
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 181
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 441
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1123
.

TOP MP3