Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkekdə 20 Yanvar faciəsini andı - FOTO

Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkek şəhər kitabxanalar sistemi ilə birgə "20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu" adlı elmi nəzəri konfrans keçirib. Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, konfrans Bişkek şəhər kitabxanalar sisteminə daxil olan bütün kitabxanalarda eyni vaxtda keçirilib. Bişkek şəhər kitabxanalar sisteminə 30 kitabxana daxildir. Tədbir "30 kitabxananın hər birinə 30 kitab" devizi altında keçib. Təşkilatçıların məqsədi 20 Yanvar faciəsinin Qırğızstan xalqlarına maksimum çatdırılması idi.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondu bu məqsədlə əvvəlcədən Bişkek şəhər kitabxanalar sisteminə daxil olan 30 kitabxanın hər birinə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə fond tərəfindən qırğız və rus dillərində nəşr edilmiş "Azərbaycanlılara qarşı soyqırım gerkəkliyi" kitabından 30 nüxsə vermişdi. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə fond tərəfindən qırğız və rus dillərində nəşr edilmiş "Azərbaycanlılara qarşı soyqırım gerkəkliyi" kitabı məhz 20 yanvar faciəsindən bəhs edir və 20 yanvar faciəsinin törədilməsi təkzibolunmaz faktlarla kitabda öz əksini tapıb.

Elmi nəzəri konfransı Bişkek şəhər kitabxanalar sisteminin direktoru, Azərbaycan xalqının böyük dostu Gülsayra Dandıbayeva açaraq 1990 cı il yanvar ayında Azərbaycan xalqının başına gətirilən faciədən danışdı. Sonra söz Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədova verildi. N. Məmmədov öz çıxışında dedi:- "24 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş qatı cinayətdir. Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür.

Bütün cinayət hadisələri kimi, bu qanlı aksiyanın da sifarişçiləri və icraçıları vardı. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, Azərbaycana qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirib. Məhz xalqın etirazına cavab olaraq, sovet hökuməti Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilib. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı. Stavropol, Rostov və Krasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilmişdi. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub".

Nüsrət Məmmədov çıxışında daha sonra,- bu faciədə keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfərsilahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafıqəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərləadam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Ölçüyəgəlməzdağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla, qətlə yetirilmiş, şəhərin küçələri qana qərq olmuşdu- deyərək cinayətin təkcə Azərbaycan xalına qarşı yox, insanlığa qarşı olduğunu vurğulanıb.

O çıxışının sonunda, ümid edirik ki, Qırğızstan a ictimaiyyəti, Qırğızstandakı beynəlxalq qurumların təmsilçiləri Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alaraq, cinayətkarların cəzalandırılmasında Azərbaycan xalqına dəstə olacaqlar.

Çıxışının sonunda N. Məmmədov tədbirin nəticəsi olaraq bəyanat qəbul edilərək yuxarıda göstərilən qurumlara göndərilməsinin təklif etdi.
Daha sonra çıxış edənlər Osman Səfərov, Süleyman Bayramov və başqaları 20 yanvar faciəsindən genış məlumat verdilər.

Tədbirin sonunda Azərbaycanın başına gətirilən faciələrdən bəhs edən film göstərildi və tədbir iştirakçıları, kitabxanaın oxucularına Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə fond tərəfindən qırğız və rus dillərində nəşr edilmiş "Azərbaycanlılara qarşı soyqırım gerkəkliyi" kitabını hədiyyə etdi.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkekdə 20 Yanvar faciəsini andı - FOTOTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkekdə 20 Yanvar faciəsini andı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 918   Tarix: 18 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 342
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 269
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 171
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 775
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 212
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 768
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 208
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1259
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 656