Ən maraqlı toy adətləri

Ən maraqlı toy adətləri

ÇİN

Bu ölkədə bəyin ailəsi əvvəlcədən astroloqa müraciət edərək cütlük haqqında məlumat istəyir. Əldə edilən məlumat gəlinin də ailəsinə göndərilir. Bir vaxtlar bu ölkədə gəlin paltarından tutmuş şamlara qədər bir çox toy aksessuarları qırmızı rəngdə seçilərdi. İndi isə adətən toy günü gəlin qırmızı ayaqqabı və fata taxır. Bundan əlavə çinlilər 7-ci ayın son 15 günündə evlənməyi uğursuz hesab edirlər.

HİNDİSTAN

Gəlinin bütün paltarlarına görə, bəy məsuliyyət daşıyır. Qız gəlinlik yerinə "sari" adlanan milli geyimdə olur. Onlar müqəddəs hesab edilən odun başında 4 dəfə fırlanırlar. Daha sonra öz masalarına doğru qaçmağa başlayırlar. Kim birinci otursa, evdə böyük o olacaq.

KOREYA

Koreyadakı toylarda qaz və ördək əhəmiyyətli yer tutur. Keşmişdə bəylər bellərində qazla gəlinin evinə gedərdilər. Günümüzdə isə bu həqiqi heyvan yerinə taxta qazla əvəz edilib. Adət-ənənəyə görə, bir cüt taxta ördək cütlüyün evinə yerləşdirilir. Əgər ördəklər qarşı-qarşıya baxsalar, cütlüyün yaxşı, tərs qoyularsa, dava-dalaşlı olacaqları mənasına gəlir. Şimali Koreyada qadınlara 25, kişilərə 27 yaşdan tez evlənmək qadağandır.

İSVEÇRƏ

Gəlin toydan bir gün öncə ailə böyüklərinin yanında oturur və onlara ayaqlarını yudurur. Bu, yeni qurulacaq ailənin xoşbəxtliklərini simvolizə edir. Toyda isə gəlin ayaqqabılarının içinə xırda pul qoyur.

BELÇİKA

Ən başlıca adət gəlinin adının işləndiyi dəsmaldır. Toyda qonaqlara göstərilən bu dəsmal sonradan evdə saxlanılır. Növbəti toyda yeni gəlinin adı üzərinə yazılaraq yenidən üzə çıxarılır.

İNGİLTƏRƏ

Ən başlışa adət kilsədə zəng çalmaqdır. Bununla pis ruhların qovulduğuna inanılır. Gəlinlə-bəyin başına qonaqlar gül ləçəkləri atırlar. Bunun mənası gəlinlə bəyin çıxdıqları bu yeni yolun gözəl və güllərlə bəzənmiş olması arzusudur.

FİNLANDİYA

Finlandiyalı gəlinlər toylarında əl işi olan qızıldan hazırlanan tac taxırlar. Toydan sonra gəlin tacını gənc qızlardan birinə verməlidir. Seçilən qızın növbəti gəlin olacağına inanılır.

FRANSA

Burada toyda istifadə ediləcək gülləri gələn qonaqlar gətirməlidirlər. Daha bir maraqlı adət isə gəlin və bəyin toy mərasimində nəsildən nəsilə ötürülən badədə şərab içməsidir. Toy günü gəlin keçmiş düşüncələrindən təmizlənmək üçün uzun müddət vanna qəbul edir.

ÇEXİYA

Çexiyada salona girərkən boşqab qırırlar. Daha sonra cütlük birlikdəliklərini zəmanət altına almaq üçün qırıqları süpürürlər. Başqa bir adət isə gəlinlə bəyin toy şorbasını bir qaşıqla yeməsidir. Bu onların gələcəkdəki xoşbəxt həyatlarının simvoludur.

ALMANİYA

Alman toylarının çox gözəl adətlərindən biri gəlin və bəyin əllərində güllərlə bəzədilmiş şamlarla zala girmələridir. Zala daxil olduqdan sonra onlar bu iki şamla bir böyük şamı yandırırlar. Bu isə "birləşməni"ni təmsil edir. Mərasimdən sonra onlar odun kəsirlər. Bu isə qarşılaşacaqları çətinliklə birgə mübarizə edəcəkləri mənasına gəlir.

BOSNİYA - HERSOQOVİNA

Ölkənin bəzi bölgələrində evlənmə yaşına çatan qızı istəyən oğlan yeməyə dəvət edilir. Ailə arasında toy, ailə barədə müzakirələr aparılır. Əgər ailə qızı verməyə qərar veribsə, oğlana şirin, əks təqdirdə isə sadə qəhvə verir.

HOLLANDİYA

Toyda gəlinlə bəyin masasının yanına böyük ağac yerləşdirilir. Toya gələn qonaqlar onlara arzularını kağıza yazaraq bu ağacdan asırlar. Əgər gəlinin atası toya xeyir-dua vermirsə, qıza heç bir cehiz verilmir. Gəlinin bütün cehizlərini onun ən yaxın rəfiqəsi almalı olur.

BOLQARISTAN

Oğlan sevdiyi qızı istəməyə yaxın dostu ilə birgə gedir. Elçiliyə gedərkən o özü ilə "rakia" adlanan xüsusi hazırlanmış viski və "zdravet" adlı yaşıl güllər aparır. Bu çiçək sağlamlıq, xoşbəxtlik və var-dövləti təmsil edir. Ailə oğlanı bəyənsə və evliliyə icazə versə, qızdan 3 dəfə evliliyə hazır olub-olmadığı soruşulur. Qız "bəli" desə, oğlanın ailəsi üçün də hədiyyələr göndərilir.
Toy günü isə gəlin içərisində xırda pul, çiy yumurta və buğda olan qabı başının üzərindən arxaya atır. Qab nə qədər kiçik hissələrə bölünsə bu, bir o qədər yaxşıdır. Qonaqlar isə gəlin və bəyin üstünə xırda pul və şirniyyat atır. Gəlinlə bəyə çörək verilir. Hansı çörəkdən böyük hissə qoparsa, bu, evdə onun rəhbər olacağı mənasına gəlir.

POLŞA

Polşada nəsillər boyu davam edən bir toy adəti mərasim zamanı gəlinin paltarına pul taxılmasıdır. Əvvəllər bu adət yeni qurulacaq ailəyə maddi yardım məqsədi ilə həyata keçirilib. İndi isə bu adətə bir az əyləncə əlavə edilib. Gəlin və ya bəyin paltarına pul taxılanda onlardan bunun əvəzində rəqs etmək tələb olunur

AFRİKA

Toyda gəlinlə bəy süpürgə üzərindən tullanırlar. Bu ritual onların keçmişə aid olan pislikləri süpürdükləri, yeni həyata başlamalarını simvolizə edir.

PAKİSTAN

Ölkənin bəzi bölgələrində bəylər gəlinin ailəsi tərəfindən xüsusi imtahandan keçirilir. İmtahanda ailə böyükləri ağıllarına gələcək bütün təhqirləri bəyə edirlər. Bununla onun nə dərəcədə soyuqqanlı olması müəyyən edilir. İmtahandan uğurla keçən gənclər evlənmək üçün icazə alırlar.

MƏRAKEŞ

Toylar adətən 7 gün davam edir. İlk gün gəlin süd vannası qəbul edir, əlləri və ayaqlarına xına yaxılır. Toy müddətində gəlin paltarını tez-tez dəyişir. Bu ölkədə standart gəlinlik yoxdur. Əvəzində isə ipəkdən bahalı paltarlar var.

TÜRKMƏNİSTAN

Türkmən toyları adətən 3 gün davam edir. Burada gəlinlərin geyindiyi paltarları fərqlənir. Onların paltarları və qızıl zinət əşyalarının çəkisi 36 kq-a çatır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6144   Tarix: 02 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3