Klassik musiqi həvəskarları klubunda tanınmış dirijor ilə görüş keçirilib

Klassik musiqi həvəskarları klubunda tanınmış dirijor ilə görüş keçirilibNiyazinin mənzil muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Əməkdar İncəsənət Xadimi, Bakı Musiqi Akademiyasının dosenti Fəxrəddin Kərimov ilə görüş keçirilib. BiG.AZ-ın məlumatına görə, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, Muzeyin şöbə müdiri Xanım Abdinova, musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının , Bakı Musiqi Kollecinin tələbə və müəllim heyəti, media nümayəndələri və başqalrı iştirak ediblər.

Tədbiri ilk Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova olaraq klassik musiqi həvəskarları klubunun altı ildir fəaliyyət göstərdiyini vurğulayaraq burada tanınmış insanların yubileylərinin, yaradıcılıq gecələrinin və onlarla görüşlərin keçirildiyini söyləyib.

Daha sonra Muzeyin şöbə müdiri Xanım Abdinova dirijorun həyat və yaradıcılıq yolu haqqında məlumat verib: "Fəxrəddin Kərimov Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında skripka sinfi üzrə təhsil alıb. 1982-1988-ci illərdə H.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V.Gergiyev və professor İ.Musinin sinfində oxuyub. 1989-1991-ci illərdə M.S.Kirov adına Leninqrad Opera və Balet Teatrında təcrübəçi-dirijor olmuşdur.
O, 1991-2001-ci illərdə Memar Sinan adına İstanbul Universiteti nəzdindəki Dövlət Konservatoriyasının simfonik orkestrinə dirijorluq edib. 2000-ci ildə İzmir Dövlət Opera və Balet Teatrı tərəfindən S.Prokofyevin "Romeo və Culyetta" baletinə musiqi rəhbəri qismində dəvət alan Fəxrəddin Kərimov 2001-2004-cü illərdə bu teatrda baş dirijor vəzifəsində çalışıb.
Dirijor Almaniya, Polşa, Rumıniya, Rusiya, Belarus, Türkiyənin bir çox şəhərlərində qastrol səfərlərində olub. "Belıye noçi" (1996-cı il, Sankt-Peterburq), I Beynəlxalq türk musiqisi festivalı (1999-cu il), K.Silvestri adına Beynəlxalq festival (2000-ci il, Rumıniya), "İ.Arxipova və V.Pyavko dəvət edirlər..."(2004-cü il, Yakutsk) və digər festivallarda iştirak edib. F.Kərimov 2004-cü ildən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Bakı Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının dosentidir".

Fəxrəddin Kərimov musiqisevərlərlə görüşərək yaradıcılıq planlarından danışıb: "Sevinirəm ki, ilk dəfə olaraq mənim üçün belə gözəl gecə keçirilir. Bu mənim yaradıcılığıma göstərilən qayğının nəticəsidir. Mən öz sənətimlə hər zaman xarici dövlətlərdə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm".

Qeyd edək k, tədbirin sonunda F.Kərimovun dirijorluq etdiyi əsərlərdən videofraqmentlər təqdim edilmiş, dirijorun həyat yoldaşı, pianoçu Yuliya Kərimovanın ifasında musiqi parçaları səsləndirilib. Həmçinin muzeyin foyesində Fəxrəddin Kərimovun yaradıcılıq yolunu əks etdirən fotosərgi nümayiş olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2340   Tarix: 16 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704