Yetkinlik yaşına çatmamış gəlinlər danışır

Yetkinlik yaşına çatmamış gəlinlər danışırƏrim uşağa baxdı, mən isə... Azərbaycanda olduğu qədər Türkiyədə də yetkinlik yaşına çatmamış gəlinlər az deyil. Tez-tez erkən nikah hallarına rast gəlinir. Məsələnin bizim üçün də problematik olduğunu nəzərə alıb, şərti adla mətbuata danışmağa razı olmuş körpə türk gəlinlərin danışdıqlarını "Axar.az" oxucularına təqdim edirik. 16 yaşımda oğlumu qucağıma aldım "15 yaşında evləndim. Çox qorxulu bir şey idi. Təsəvvür edə bilməzsiniz. Böyük bir ailənin üzvü olursan. Necə davranacağını bilmirsən. Qız istəməyə gələnlər "yaşı az olsun, biz tərbiyə edək" deyirlər. Məsələn, mən kişilərin qabağında ayağa qalxmaq lazım olduğunu bilmirdim. Məhz bunu bilmədiyim üçün ilk şilləni yedim. 16 yaşımda oğlumu qucağıma aldım. 23 yaşındayam, ərim vəfat edib". Eyvanda oyun oynayanları izləyirdim "17 yaşında ailə həyatı qurdum. Ərim hərbçi idi. Qarsdan İstanbula getmək məcburiyyətində qaldıq. 18 yaşında ana oldum. Gənc qızlar kimi olmaq istəyirdim. Bir gün ərim evə nahara gəldi. Nahardan sonra televizora baxdı. Mən isə eyvanda oturub məhəllədə gənc qızların oyun oynamağına baxırdım. Ərim oyun oynayanlara necə baxdığımı görüb, "sən də oynamaq istəyirsənmi?" deyə soruşdu. Nəticədə o qızıma baxdı, mən isə oyun oynamağa getdim. Ərim mənə çox dəstək oldu. Hər kəs mənim qədər şanslı deyil". Səhər oyananda atam dedi ki, ərinin yanına gedirik "Biz qərar verə bilmirik, bizim dilimiz yoxdur. Atamız nə desə, o olmalıdır. Səhər yuxudan duran kimi atam dedi ki, gedirik. Hara gedirik? Ərinin yanına". Çox üzr istəyirəm, cinsi əlaqənin nə olduğunu belə bilmirdim". Hamı məktəbə gedəndə mən də ərə getdim "13 yaşında idim. Yaşıdlarım məktəbə gedəndə mən də ərə getdim. Məni 30 yaşında bir nəfərlə evləndirdilər. Evləndiyim şəxsi atam kimi qəbul edirdim. Heç vaxtı onun yanına yaxınlaşa bilmirdim. Gecə olduğu zaman çox qorxurdum. Otağına belə girə bilmirdim. Həmişə ona ata gözü ilə baxdım. Hələ də həmin travmadayam". Top oynadığım vaxtda bəy oldum "14 yaşında evləndim. Arvadım 16 yaşında idi. Bayırda top oynadığım vaxtı "gəl sənə toy edirik" dedilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3207   Tarix: 15 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 522
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 355
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 478
.

"Google" rəsmi proqramlarla bağlı yenilik etdi

"Google" rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb. Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında "Government" və ya "Dövlət Qurumu" qeydinin olmasına diqqət edilməlidir. Hazırda yenilik Avstraliya, Braziliya

04.05.2024 189
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 419
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 454
.

Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb. Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib v

05.05.2024 190
.

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib. Məlumata görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib. Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imz

05.05.2024 223
.

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bunu "Report"un Qəbələyə ezam olunmuş əməkdaşına "Vineyard Azərbaycan" Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib. "Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buray

05.05.2024 299