Rəqsanənin mahnısının müəllifi: "Bu, ayıbdır"

Rəqsanənin mahnısının müəllifi: "Bu, ayıbdır"BiG.AZ modern.az-a istinadən xəbər verir ki,Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın oxuduğu "İnanımmı" mahnısını ifa etməsi sosial şəbəkələrdə və mediada qızğın müzakirələrə səbəb olub.

Müzakirələrə qoşulanlardan kimisi Rəqsanəni ələ salmağa çalışıb, kimisi də türkmən prezidentin ara mahnısına müraciət etməsinə ironiya ilə yanaşıb.
Həmişə həmkarlarını tənqid edən müğənni Əli Mirəliyev isə bir az da qabağa gedərək, "İnanımmı" mahnısının musiqisinin elə türkmənlərə məxsus olduğunu iddia edib.
Bu olayla bağlı hətta telekanallarda da müzakirələr açılıb.
"İnanımmı" mahnısı ətrafında açılan müzakirələr və səslənən tənqidlər mahnının sözlərinin müəllifi, şair-jurnalist Telli Pənahqızının qəzəbinə səbəb olub. Məsələylə bağlı açıqlamasında Telli xanım bildirib:
"Mənə bir məsələ qaranlıq qalıb. Haqqı çatan-çatmayan, poeziyanı, musiqini bilən-bilməyən az qala hər kəs Türkmənistan prezidentinin bir il əvvəl (2013-cü ilin yeni il şənliyində) oxuduğu mahnını qoyub ortalığa fikir söyləyir, onun ilk ifaçısı olmuş Rəqsanəyə nifrətini (?) bilmir necə dilə gətirsin. Ə, biz nə millətik, necə insanlarıq? O mahnının sözlərini mən yazmışam, musiqisini də Hikmət Aslanov! Sözə, musiqiyə, ifaya iradınız varsa, buyurun. Yoxsa, bu nə paxıllıq, bu nə gözgöturməzlik, bu nə rəzalətdir, canım! Ayıbdır, ən azı, ayıbdır, vallah, ayıb..."
Telli Pənahqızı Azərbaycan mahnısının türkmən prezident tərəfindən ifa olunmasını belə qiymətləndirib:
"Bu faktın özü təqdirəlayiqdir ki, bizim mahnımız Xəzərin o tayında bir ölkə başçısının ifa etdiyi mahnılar sırasındadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2826   Tarix: 13 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 168
.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 612
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 369
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1085
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 236
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 269
.

Nəzakət Teymurovanın qızı AİLƏ QURUR? – FOTO

Xalq artisti Nəzakət Teymurova qızı Nigarın ailə qurması mövzusuna münasibət bildirib. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. "Qızım Nigarın 24 yaşı var. O hazırda ali məktəbin magistratura pilləsində təhsil alır. Niga

30.04.2024 1103
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 1126
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1085