Məxfi materiallar – bilmək qadağandır

BiG.AZ banker.az-a istinadən bildirir ki,Heç kəs dünyada hər şeyi bilə bilməz, ən azı ona görə ki, bunları bilməyə icazə verilmir. Dövlət həmişə məxfilik və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlar vasitəsi ilə müəyyən şeyləri üstüörtülü və gizli saxlayır, söhbət müxtəlif tarixlərdə, müxtəlif məkanlarda baş vermiş hadisələrdən gedir, amma mahiyyət dəyişmir, sirr yenə sirr olaraq qalır.

Əlbəttə bir vətəndaş kimi bizim dövlətdə baş verən hadisələr haqqında daha çox bilməyə haqqımız var, amma bəzi sirlər var ki, onlar heç zaman bizlərdən çoxuna aşkar olmayacaq. Mümkün olduğu qədər, ehtiyatla qorunan bəzi sirlərdən siz də xəbər tutun.

1.Firma sirri
Məxfi materiallar – bilmək qadağandırFirmanın sirlərini saxlamaq – qanuni sərəncamlar ilə qorunur. Axı son nəticədə sağlam rəqabət mühiti kapitalist cəmiyyəti üçün olduqca mühüm amildir. Ona görə də bir sıra kompaniyalar, onlara axının üzərində qalmaq imkanı verən hər bir nüansı bütün mümkün vasitələr ilə qıfıl altında saxlamağa çalışırlar. Əsas məqsəd bazarın ucuz, saxta mallar ilə dolmasına imkan verməməkdir.

Belə halda isə monopoliyanın meydana çıxması təmin olunur. Məsələn, əgər kimsə, nə vaxtsa Coca-Cola-nın məxfi formulunu bilsə, onda şirkət dünyada Cola istehsal edən yeganə müəssisə ola bilməyəcək. Bizlərdən hər biri daha az vəsaitlə kolanı hətta öz hamında da hazırlayacaq. Buna görə də bu gün Cola firması əlindən gələni edir ki, hələ daha 100 il də öz sirlərini qoruyaraq nömrə 1 qalmağa müyəssər olsun.

2. Neft yataqlarının yerləşməsi
Məxfi materiallar – bilmək qadağandırƏgər hökumətlər neft ehtiyatlarının saxlandığı yerləri gizli saxlamasaydı, onda hamı bundan məlumat tutar, qiymətli torpaqlar dərhal əldən-ələ keçər və qiymətli qazıntı maddəsinin qiyməti isə indikindən də qat-qat baha olardı.

3. Məxfilik qrifləri

Məxfi materiallar – bilmək qadağandırÖlkələrin digər dövlətlərdə, həmçinin ayrı-ayrı fərdlərlə bağlı baş verən hadisələr haqqında informasiya əldə etmək üsulları olduqca müxtəlifdir. Onlar lazımı məlumatı fərqli informasiya kanalları vasitəsi ilə əldə edirlər. Bu məlumatlar xüsusi qovluqlara toplanır. Hökumət bu informasiyanı ictimaiyyətə açıqlaya bilər, amma bu çox nadir hallarda və müəyyən müddətin başa çatmasından sonra baş verir. Bəzən bilərəkdən informasiya sızıntısına yol verilir və ya da onun üzərindən məxfilik qrifi götürülür. Əksər hallarda isə hökumətlər öz reputasiyalarını xilas etmək üçün informasiyanı uzun illər ərzində gizli saxlayırlar.

4. Bank hesabları
Məxfi materiallar – bilmək qadağandırƏslində əksər zamanlarda banklar hökumətin əleyhinə işləyirlər. 1934-cü ildə yaradılmış İsveçrə Bank aktı müştərilərə vergidən yayınmaq, həmçinin öz real gəlirlərini gizlətmək imkanı verən offşor bankların hüquqlarını müdafiə edir. Bu hökumət orqanlarının müştəri ilə bağlı informasiyaya çıxış əldə etmək imkanını məhdudlaşdırır. Həmin şəxsi cinayətdə ittiham olunması və həmin hesabların cinayət işinin açılması ilə bağlı istifadə olduğu hallar istisna təşkil edir. Həmçinin irəli sürülən ittiham offşor ölkənin qanunvericiliyinə əsasən də cinayət hesab olunmalıdır.

5. Tibbi sirlər

Məxfi materiallar – bilmək qadağandırBir çox ölkələrdə tibbi qeydlərin və xəstələrin xəstəlik tarixçələrinin gizli saxlanması (məxfiliyi) ilə bağlı qanunlar mövcuddur. Bütün həkimlər və tibb işçiləri qanuna əsasən Hippokrat and içməlidir, bu anda əsasən onlar öz müştərilərinin tibbi sirlərini gizli qoruyub saxlamalıdır, o vaxta qədər ki, bu sirin açılması nə pasient, nə də başqa bir şəxsi həyatı üçün təhlükə daşımasın. Bütün digər nüanslar ilə yanaşı bunun əsas səbəbi həm də xəstənin utandırıcı, alçaldıcı və digər xoşa gəlməz situasiyalara düşməsinin qarşını almaq, onu bu kimi mənfi hisslərdən qorumaqdır.

6. Nüvə silahı ilə bağlı sirlər

Məxfi materiallar – bilmək qadağandırDünyada silahlanma uğrunda aparılan yarış heç səngimək bilmir. Əlbəttə ki, nüvə silahları ilə bağlı informasiya, çox gizlində, dərin bir sirr kimi saxlanılır. Çünki bu informasiya yad əllərə düşərsə, bu çox güclü fəsadlar törədə və problemlərə çevrilə bilər. Bu informasiya yalnız rəsmi nümayəndələrə məlum olur, onları belə məxfi materiallara xüsusi çıxışları olur.

7. Hərbi sirlər

Məxfi materiallar – bilmək qadağandırƏlbəttə ki, müharibə şəraitində və ya hərbi vəziyyətlər olduqda, sirlərsiz keçinmək mümkün deyil. Orduların yerləşməsi və ya müxtəlif cür hərbi strategiyalar böyük sirr olaraq saxlanılır. Çünki, bu ölüm-dirim məsələsidir. Ən böyük təhlükə informasiya sızıntısı və onun düşmən əlinə keçməsidir. Bu növ hərbi sirlərin bütün mümkün vasitələr ilə gizlədilməsi və bundan ötrü min bir fəndin işlənib hazırlanmasına baxmayaraq, yenə bu işin peşəkarları –hərbi kəşfiyyatçı adlanan şəxslər bu informasiyanı çıxarda bilirlər.

8. Məhkəmə sirləri

Məxfi materiallar – bilmək qadağandırMəhkəmə prosesləri çox çətin və həssas məsələ olaraq görünə bilər. Burada ayrı-ayrı insanlar, bəzən də ümumiyyətlə kütlə içindən bəxtə-bəxt seçilən şəxslər digər insanların taleyini həll edə, onları təqsirkar və ya təqsirsiz olduğuna dair qərar verə bilərlər, bu zaman onlar sadəcə öz rəylərinə arxalanır (söhbət andlılardan gedir). Əksər məhkəmə prosesləri məxfi saxlanılır, xüsusən də məhkəmə iştirakçılarına xəsarət yetirmək istəyən şəxslərin əlində təhlükəli bir silaha çevrilə biləcək detalların gizli qalmasına çalışırlar. Həmçinin də kriminal tədqiqatın nəticələri də gizli saxlanılır ki, onlar prosesin gedişinə təsir göstərməsin.

Bundan əlavə ən müxtəlif hökumət sənədləri də gizli saxlanılır. Əgər sirr nə qədər möhkəm saxlanılırsa, onda sirli informasiyanın aşkara çıxması da bir o qədər böyük təhlükə kəsb edir. Məxfilik qrifi altında ən müxtəlif sənədlər saxlanılır, o cümlədən hərbi planlar və strategiyalar, danışıqlar taktikası, müxtəlif silahların hazırlanması və s.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3214   Tarix: 11 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817