Vahid məktəbli formalarında dövlətçilik nişanələri niyə yoxdur?

Vahid məktəbli formalarında dövlətçilik nişanələri niyə yoxdur?Artıq neçə ildir ki, Azərbaycanda orta məktəblərdə şagirdlərin vahid məktəbli forması tətbiq olunur. Bu təcrübə digər ölkələr kimi Azərbaycanda da çox yaxşı nəticələr verir. Həmin formaların üstündə "Bakı Tikiş Evi"nin emblemi həkk olunur. Yaxşı olmazdımı həmin formaların üstündə Azərbaycan dövlətçiliyini əks etdirən hansısa nişanə həkk olunsun? Bu ideya barədə Azərbaycanın tanınmış ziyalıları ilə danışıb. Onların fikirlərini təqdim edirik.

Xalq artisti Amaliya Pənahova: "Yaxşı olardı. Əlbəttə uşaqlara məktəb vaxtlarından, ələlxsus ibtidai siniflərdə vətənpərvərlik hissləri aşılanmalıdır. Hər bir uşaq bayrağımızı tanımalıdır, gerbimizi tanımalıdır. Himnimizi bilməlidr. Dövlət atributlarına hörmət etməyi öyrənməlidir. Bildiyimə görə, Türkiyə məktəblərində formalarda ölkəni tərənnüm edən niaşanələr vurulur. Əlbəttə yaxşı fikirdi. Çalışıb dövlətimizi övladlarımıza kiçik yaşlarda sevdirək. Bundan başqa, dərslərdə də dövlət atributları təbliğ olunmalıdır".

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar: "Əlbəttə yaxşı fikirdi. Olsa yaxşı olar. Uşaqlar arasında vətən sevgisini təbliğ edər".

Şair, dramaturq Nəriman Həsənzadə: "Orta məktəblərdə vahid formanın tətbiqi çox yaxşıdır. Bu şagirdlər arasında bərabərlik yaradır. Bundan başqa, uşaqlar arasında dövlətçiliyin təbliğatı da yaxşıdır. Təbii ki, azyaşlıların vətəni sevdirmək valideynlər, o cümlədən müəllimlərin vəzifəsidir. Təklif olunan fikir də pis deyil. Geyimlərin döş hissəsində bayraq, yaxud hansısa dövlət rəmzi vurulması yaxşı olar".

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rəis Rəsulzadə: "Məncə pis olmazdı. Lakin buna nəzarət olmalıdır. Keçmiş SSRİ və ya, 20-ci əsrin əvvəllərində Azərbaycan Cümhuriyyəti dövründə orta məktəblərdə şagirdlərin vahid formalarının üstündə kəmər vardı. Kəmərin üstündə xüsusi emblemlər vardı. Bundan başqa, təhsil müəssisələrində dövlətçilik təbliğ olunmalıdır".

Bakı Dövlət Universitetinn professoru, tarix elmləri doktoru Anar İsgəndərov: "Sizinlə birmənalı olaraq razıyam. Çox gözəl təklifdir. Bunu dəstəkləyirəm. Uşaqlara elə kiçik yaşlarından vətəni təbliğ etmək, vətən sevgisini yaratmaq lazımdır. Bunu heç qərar kimi qəbul etməsələr də olar. Sadəcə məktəblərdə, siniflərdə müəllimlər, valideynlər özləri təşkil edə bilər. Lazım deyil ki, fabrikdə formaların üstünə bayraq tikilsin. Bunu valideynlər də edə bilər. Məncə qəlbində vətən sevgisi olan şəxs heç vaxt buna qarşı çıxmaq. Yenə təkrar edirəm, çox gözəl ideyadır".

40 il iş təcrübəsi olan pedaqoq Məlahət Ələkbərova: "Çox yaxşı fikirdir. Məncə birinci bu addım məktəblərdə atılmalıdır. Valideynlər tərəfində təbliğ olunmalıdır. Əlbəttə çox yaxşı olar. Bu ibtidai siniflərdən böyük siniflərə qədər uşaqlar arasında çox yaxşı təbliğat vasitəsi olar".

Xalq artisti Flora Kərimova: İnanırsız bu təklif ürəyimdən oldu. Çox gözəl ideyadır. Yaxşı təşəbbüsdür. Bundan başqa, gərək hər dərs başlayan vaxt şagirdlərdən Azərbaycan himni, onun sözləri, müəlliflər soruşulmalıdır. Uşaqların beynində dövlətçilik idayaları həkk olunmalıdır. Ölkəmizə aid atributları əzbər bilməlidirlər. Hansı dövlətə mənsub olmaları aşılanmalıdır.

Psixoloq Dəyanət Rzayev: "Əlbəttə tikiş fabriki öz emblemini reklam üçün vurur. Lakin həmin formanın digər qolunamı, yaxud sinəsinə dövlətçiliyi əks etdirən hansısa nişan vurulması pis olmazdı. Bu uşaqlarda dövlətə, vətənə sevgini bir daha yada salar. Bu uşaqların psixologiyasında vətən sevgisinin dhaa möhkəm həkk olunmasına yardım edər".

Tanınmış siyasətçi, professor Qabil Hüseynli: "Çox gözəl bir ideyadır. Türkiyədə belə bir nümunə var. Qonşu ölkənin məktəblərində formaların üzərində "Türkiyə Cümhuriyyətinin öyrəncisi" sözləri yazılıb. Yaxşı olardı ki, Azərbaycanda da bu tipli yazı yazılsın, yaxud hansısa nişanə qoyulsun. Bu həm də şagirdlərdə daha çox məsuliyyət tələb edər. Çox əla fikirdi".

BiG.AZ-ın məlumatına görə, məsələnin gələcəkdə araşdırılan biləcəyi vurğulanıb. Verilən məlumatda bildirilir ki, müxtəlif məktəblərdə vahid formanın üstündə şagirdin hansı məktəbdə təhsil aldığı vurğulanır.

"Bu baxımdan müxtəlif fikirlər var. Ayrı-ayrı məktəblər vahid formaların üstündə şagirdlərin hansı məktəbdə təhsil almaları qeyd olunur. Təbii ki, yaxşı təklifdir", - deyə açıqlamada bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1813   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997