Kommunal xidmətlər bahalaşır? - VİDEO

Kommunal xidmətlər bahalaşır? - VİDEOÖlkədə qiymət artımı ilə bağlı yenidən məlumatlar yayılmağa başlayıb. Bu dəfə kommunal xidmətlərin bahalaşacağı xəbəri verilir. Benzin və dizel yanacağının qiymətinin bir ay əvvəl kəskin şəkildə artırılmasından sonra nəqliyyat, komunal sektorda qiymətlərinə yenidən baxılması gözlənilən idi. Qiymət artımı ilə bağlı yayılan qeyri rəsmi məlumatların nə dərəcədə həqiqliyini araşdırmışıq.

Şuranın qərarına əsəsən hazırda kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı hər 1000 kubmetr üçün 80 manatdır.

Tarif Şurasının qərarı ilə ölkədəki elektrik stansiyaları təbii qazı yeni topdansatış qiymətlərlə alır. Bu isə o deməkdir ki, təbii qazla işləyən istilik elektrik stansiyalarında istehsal etdiyi elektrik enerjisinin maya dəyəri yüksəlir. Həmçinin avtomatik olaraq yeni qiymətlərlə yanacaq alan digər xidmət sahələrinində xərcləri artırıb. Real qiymətləri bazar tənzimlədiyindən yeni ildə köhnə qiymətləri qoruyub saxlamaq da çətinləşib. Elə hökumət də tariflərlərə yenidən baxmaqda kifayət qədər maraqlı görünür. Məsələn 2014-cü ilin büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun tariflərə baxmaq labüddür ifadəsini, cəmiyyətə ötürülən mesaj da hesab etmək olardı. Sonuncu dəfə komunal xərclərə 7 il öncə baxıldığını xatırladan nazir qiymətlər artarsa hökumətin görəcəyi qabaqlayıcı tədbirlər kimi strateji planları da bəyan eləmişdi.

Maliyyə Naziri, Samir Şərifov: "Bu vəziyyətin aspektlərindən biri odur ki, gəlirləri yüksək vətəndaşlar daha yüksək tarifləri ödəyə bilərlər, lakin daha az təminatlı insanlar üçün müəyyən edilmiş dərəcə üzrə ödəyirlər. Tariflərin artırılması zamanı ünvanlı yardım ayırmaqla bu məsələni həll etmək olar".

Əslində maliyyə nazirinin təklifi hökumətin çoxdandır həyata keçirmək istədiyi, amma hələ ki, risklərdən çəkinərək uzun illərdir təxirə saldığı mühim bir iqtisadi sosial planın tərkib hissəsidir. Və bu planın reallaşmasını hətta beynəlxalq maliyyə qurumları da çoxdan gözləyir.

Kommunal qiymətlərin dünya qiymətlərinə çatdırılması, ödənişlərdən büdcəyə daxil olmaları artırmaq qarşıya qoyulan ilk mərhələdir. Bunun ardınca isə əlaqədar qurumlara büdcədən ayrılan subsiydiya və dotasiyalar dayandırılır. Əksinə bu vəsaitlər daha şəffaf istiqamətdə, yəni əhalinin kommunal xərcləri ödəməkdə çətinlik çəkən hissəsinə ünvanlı yardımlar şəklində verilir.

Qiymətlər qalxarsa, hökumət ölkədə yaşayış minumumu, ehtiyac meyyarı və istehlak səbətində yenidən baxmalı olacaq. Çünki hazırki istehlak səbəti qüvvədə olan qiymətlərə uyğun hesablanıb. Onların yenilənməsi isə büdcəyə təsirsiz ötüşməyəcək. Hələliksə Tarif Şurası qiymətlərə yenidən baxılması ilə bağlı quruma heç bir təklifin gəlmədiyini israrla bildirir. Amma təcrübədən o da məlumdur ki, rəsmilər, o cümlədən bahalaşma qərarını elan edən Tarif Şurasıda heç vaxt qiymətlərin artırılacağın öncədən də demir axı. Belə açıqlamaların cəmiyyətdə yaradacağı sosial psixoloji yükün təsirini yaxşı anlayan hökumət adətən qərarlarını gecə ilə qəbul edir. Amma səhər sürpirizlərinə hazır olmaq istəyiriksə unutmayaq, "Heç vaxt, heç vaxt deməyək"!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2424   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

02.05.2024 128
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895