Ləti̇fə: "i̇şləri̇m yağ ki̇mi̇ gedi̇r"

Ləti̇fə: "i̇şləri̇m yağ ki̇mi̇ gedi̇r"Vokal ifaçı Lətifə Soyuöz media nümayəndələrinə 2013-cü ilin hesabatını verdi. BiG.AZ-ın məlumatına görə, ifaçı artıq bitmək üzrə olan ilin uğurlu günlərindən söz açdı. Lətifə 2013-cü ili olduqca məhsuldar keçirib.

O, yaradıcılığında bundan sonrakı illərdə də müzakirə olunacaq iki böyük layihəni həyata keçirib. İlin əvvəlində ifaçı söz və musiqisi Günel Sərdarqızına, aranjemanı isə Yaşar Baxışa məxsus olan "Hədəf" əsərini ərsəyə gətirdi və ona ekran həyatını rejissor Anar Hüseynov verdi.
Sözügedən klip ölkəmizdə olduğu kimi xaricdə də böyük marağa səbəb oldu.
Məhz "Hədəf" klipindən sonra Lətifəyə digər ölkələrdən müxtəlif təkliflər gəldi: "Hədəf" sözün əsl mənasında ömrümün hədəfini müəyyən etdi. Məhz bu mahnı və klipdən sonra daim yaxşı işlər görəcəyimə söz verdim".
Gələn təkliflər sırasında ən uyğunu və Lətifənin qəbul etdiyi məşhur "Manga" qrupundan aldığı duet istəyi oldu: "Nəhəng "MTV" mükafatının və az qala bütün dünyanın sevdiyi "Manga" qrupundan iş birliyi təklifi alanda anladım ki, "Hədəf"ə doğru düzgün addımlayıram.
Ardınca digər xarici ölkələrdə konsert proqramı ilə çıxış etmə təklifi də təsadüfi olmadı. İlk addımlarımın uğurlu nəticə verdiyinə çox sevinirəm".
İlin davamında Lətifə bir çox veriliş və tədbirlərdə çıxış edib medianın da sevgisini qazandı: "Komanda yaxşı olanda işlərin "yağ" kimi gedir. Piar menecerim sayəsində sənətçilərin yaradıcılığında kifayət qədər önəmli rol oynayan media mənsubları ilə daha yaxından tanış olub, onların da rəğbətini qazandığım üçün çox xoşbəxtəm.
Burdan hər bir Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə dərin təşəkkürümü bildirirəm".
Soyuöz ilin sonunda lap az qalmış daha bir layihə ilə yaradıcılığına silinməz möhür vurdu. Sözləri İlham Abduyevin, musiqisi Naibə Şahməmmədovanın, aranjemanı isə yenə də Yaşar Baxışın olan "Məhkəmə" adlı mahnı da ekran həyatı gördü.
Lətifənin komandasından əvəzsiz yeri olan rejissor Anar Hüseynov növbəti sözünü məhz "Məhkəmə"də dedi: "Bu layihədə 80 nəfər insan çalışıb. Onlardan 50 nəfəri aktyor heyəti idi ki, geyimləri və qrimləri özəl olaraq hazırlanmışdı. Klipdə tərəf müqabilim çox hörmət bəslədiyim ifaçı və bəstəkar Rəhim Rəhimli idi. Burada da "Hədəf"də olduğu kimi xüsusi geyimlərimiz tanınmış modelyer Renat Ramazanova məxsus idi".
Lətifə onu da qeyd etdi ki, 2014-cü ildə uğurlarının iki qat artacağına çalışacaq: "İlin əvvəlində "Manga" ilə duetimi yazdıracağam. Ancaq duet təklifləri tək "Manga" ilə bitmir. Yerli sənətçilərimizlə də oxumağı düşünürəm. Bir neçə tanınmış həmkarımdan təklif gəlib. Ən uğurlu mahnını seçib gözəl bir iş təqdim edəcəyimizə də şübhə etmirəm".
Sonda Lətifə bütün komandasına və onun yaradıcılığı ilə az da olsa maraqlananlara təşəkkür etdi: "Adımı bircə dəfə belə olsun dilinə gətirən hər kəsə sonsuz minnətdaram. Sayənizdə 2013-cü il unudulmaz oldu. Bütün yaşananlar məni mərhum atam Akif Fətəliyevin arzusuna bir az da yaxınlaşdırdı. O, məni böyük ifaçı görmək istəyirdi. Daim onun ruhu üçün çalışıram. Uğurlarımı həzm edə bilməyənlər də tapıldı. Onlara da təşəkkür payı ayırmışam. Hər biriniz var olun, dostlar!".
Müğənninin sözügedən klipləri ilə aşağıdakı linkdə tanış ola bilərsiz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 714   Tarix: 07 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 3954
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1707
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

10:52 677
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 470
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

05.05.2024 652
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

05.05.2024 2840
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1141
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 737
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1729