Plastik əməliyyat haqqında bilmədikləriniz

Plastik əməliyyat haqqında bilmədiklərinizEstetik cərrahiyyəni təsadüfi olaraq "plastik" adlandırmırlar, çünki əməliyyatdan sonra pasiyentin üzü müəyyən dərəcədə təbiiliyini itirir. Plastik cərrahiyyə adını sintetik materialdan (plastika) yox, yunan sözü olan plastikosdan götürüb ki, mənası "forma vermək və ya təşkil etməkdir".

Üzdə plastik cərrahiyyə nəyə xidmət edir?
Plastik cərrahiyyə - üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyirlər, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər. İnsanda ən çox diqqət çəkən, əlbəttə ki, sifətdir. Üzün plastik əməliyyatı üzün toxuma və orqanlarının formasının dəyişdirilməsi, eləcə də onların yenilənməsidir (implantasiya). Amma bəzən əməliyyatdan sonra üzün harmoniyası zədələnə, təravət, təbiilik, cəlbedicilik itə bilər. Buna görə də düzgün ünvana, təcrübəli həkimə müraciət etmək lazımdır. Plastik əməliyyata müraciət etməzdən əvvəl yaxşıca düşünün:

Demək olar ki, bütün yeniyetmələr (və bir çox böyüklər) bədənlərinə və xarici görünüşlərinə birmənalı yanaşmırlar. Hər birimiz (hətta ən gözəl modellər belə) görünüşümüzdən müəyyən dərəcədə narazı qalır və nəyi isə dəyişdirməyə hazır oluruq. Xoşbəxtlikdən xarici görünüşə olan həddindən artıq hissiyyatlı münasibət insan yaşlaşdıqca keçir. Özünüzdən soruşun, sizə plastik əməliyyat lazımdır, ya siz ümumi standartlara uymaq və sadəcə, ətrafdakıların xoşuna gəlmək istəyirsiniz.

Yetkinlik dövründə bədən inkişafını dayandırmır. Həddindən artıq balaca və ya böyük görünən bədən hissələri zamanla harmoniyalı proporsiya qazanır. Məsələn, uşaqlıqda və yeniyetməlik dövründə iri və uzun görünən burun yaşlaşdıqca və üzün başqa cizgiləri formalaşdıqca tam yerində olur.

Gözəl bədən quruluşunun yaranması və onun qorunması plastik cərrah masasında deyil, idman zalında olmalıdır. Pəhriz və fitnes sağlamlıq üçün cərrah bıçağı və iynəsindən daha faydalıdır. Artıq çəkidən qurtulmaq üçün heç zaman plastik cərrahiyyəyə müraciət etməyin. Axı istənilən nəticəni əldə etmək üçün qeyri-cərrahi metodlar da az deyildir. Ola bilsin növbəti mədə anastomozu və ya liposaksiya ciddi pəhrizlə müqayisədə daha tez və effektiv həll yoludur. Amma hər iki əməliyyat istənilən pəhrizlə müqayisədə böyük risklə bağlıdır. Ona görə əməliyyata ən son həddə əl atmaq lazımdır.

Həssas insanlarda xarici görünüşlərini qiymətləndirmə emosiyalarla bağlı olur. Depressiyaya meyilli olanlar və ya xarici görünüşünü layiqincə qiymətləndirməyənlər bəzən düşünürlər ki, plastik əməliyyat onların bütün problemlərini həll edəcək. Bu, ciddi və təhlükəli yanılmadır. Onların problemi psixolojidir, ona görə belə insanlara plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır. Bir çox cərrahlar yeniyetmələri, depressiyadan və digər psixoloji pozğunluqdan əziyyət çəkənləri emosional problemləri həll olunmayana qədər əməliyyat etməkdən imtina edirlər.

Statistikaya görə, hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir. Əməliyyat prosedurunun müxtəlifliyinə baxmayaraq, hazırlıq 3 mərhələdən ibarətdir. Birincisi, özünü əməliyyata psixoloji olaraq hazırlamaqdır. İkincisi, səhhətinizin əməliyyata əlverişli olub-olmadığını müəyyənləşdirmək üçün laboratoriya analizlərinin və rentgen araşdırmalarının aparılmasıdır. Üçüncü mərhələ peşəkar plastik cərrahın istədiyiniz əməliyyatı edə biləcəyi və ya bilməyəcəyi barədə qərar verməsidir ki, bu da çox mühüm mərhələdir.

Plastik əməliyyatın növləri
Rinoplastika - burun əməliyyatı; blefaroplastika - göz qapaqlarının estetik əməliyyatı; rutidektomiya - üz toxumalarının dartılması; alın dərisinin dartılması; otoplastika-qulaqların plastik cərrahiyyəsi və saç əkilməsi.

Rinoplastika
Rinoplastika burnun forma və ölçülərinin dəyişməsinə yönələn əməliyyatdır. Əməliyyatdan sonra dəri örtüyü bərpa olunur. Rinoplastika həm estetik, həm də müalicə məqsədləri ilə aparılır. Əməliyyat iki formada aparılır: bəzi cərrahlar daxili rinoplastikaya üstünlük verirlər ki, bu da burnun daxildən kəsilməsidir. Çətin vaxtlarda isə "açıq" üsuldan istifadə olunur, bu zaman burun arakəsməsində "xarici" kəsmə aparılır. Əməliyyatdan sonra qanaxmanın qarşısını almaq üçün xəstənin burnuna tampon qoyulur. Sarğı 2-5 gün qalır və xəstə ağzıyla nəfəs alır. Bəzən isə buruna xüsusi hazırlanmış mühafizəedici örtük də qoyurlur. Bunlar gözə görünmür və əməliyyatdan 3 həftə sonra burundan götürülür. Əməliyyatdan 5-7 gün sonra xəstə əvvəlki vəziyyətinə qayıdır. İlk sarğı əməliyyatın ertəsi günü qoyulur. Şişkinlik və göz altında dəri rənginin dəyişməsi (göyərməsi) müşahidə edilir. Şişkinlik iki həftə ərzində keçsə də, toxumaların tam şişkinliyi 6 ay müddətində aradan qalxır. Bu prosedura heç bir qadağa qoyulmur, amma rinoplastikanı üzün formalaşması prosesinin sona çatmasına qədər etmək məsləhət deyil, yəni qızlarda 14 yaşdan başlayaraq, oğlanlarda isə daha yuxarı yaşlarda. Pasiyentin normal həyata qayıtması müddəti onun özünü necə hiss etməsindən asılıdır. Bəzi hallarda əməliyyat sonna 2-4 həftə ərzində eynək taxmaq məsləhət deyil, belə ki, bu nəticəni pisləşdirə bilər.

Otoplastika
Otoplastika qulaqda olan anadangəlmə və ya sonradan yaranan qüsurların aradan qaldırılmasına xidmət edir. Körpə uşaqlarda əməliyyat narkozla aparılır, yeniyetmə və böyüklərdə isə yerli keyləşdirmə yetərlidir. Əməliyyat, adətən 2-3 saat çəkir. Bəzi hallarda qığırdağın formasını dəyişmək üçün qulaq seyvanının arxasında kiçik kəsik olur. Əgər qulağın birində qüsur varsa, simmetriya olması üçün hər iki qulaq əməliyyat edilir. Qulaqlar uşaq yaşlarında 4 ilə tam formasını alır. Ona görə də otoplastika 4-14 yaşarası uşaqlarda aparılır. Bununla belə, yaş məhdudiyyəti yoxdur.Əməliyyatdan sonra bir neçə gün dərinin rənginin dəyişilməsi müşahidə edilə bilər. Xəstələrin əksəriyyəti əməliyyatdan 5 gün sonra gündəlik həyatına qayıdır. Bununla yanaşı, bir aya qədər qulağı zədələnməkdən qorumaq lazımdır.

Alın dərisin dartılması
Bu əməliyyatın 2 əsas metodu var: klassik və endoskopik. Adətən alın dərisinin dartılması əməliyyatına qadınlar və 40-60 yaşlı kişilər müraciət edirlər. Ancaq bu əməliyyatda yaş məhdudiyyəti yoxdur. Əməliyyat qırış və sallaq qaşlardan qurtulmaq üçün aparılır. Yüksək effekt almaq üçün bütün üz dərisinin dartılması məsləhətdir. Gözünün üstü sallaq olan şəxslərdə qaşların dartılması ola bilər ki, hər zaman istənilən nəticəni verməsin. Əməliyyatdan sonra kəsilən hissədə hissiyyat müvəqqəti itə bilər. Xəstə əvvəlki gündəlik vəziyyətinə 7-10 günə, bəzən isə daha tez qayıda bilir.

Bleforaplastika
Aşağı və yuxarı göz qapaqlarındakı artıq dəri və piylərin götürülməsinə yönələn əməliyyatdır. Göz qapaqlarının plastik cərrahiyyəsinin köməyi ilə gözaltı şişlərin, dərin qırışların, yuxarı göz qapaqlarının sallanmasının qarşısını almaq mümkündür. Göz əməliyyatı keçirmək üçün yaş məhdudiyyəti yoxdur. Adətən bu əməliyyatı 35 yaşdan yuxarı olanlar, xüsusilə də qadınlar keçirirlər, amma cavan yaşlarda da öz problemlərinizi həll edə bilərsiniz. Yuxarı göz qapaqlarının plastik cərrahiyyəsində xarici kəsik tətbiq edilir. Aşağı göz qapaqlarının plastik cərrahiyyəsi isə ya kirpik zonasında xarici kəsik vasitəsilə, ya da aşağı göz qapağının selikli qişasında daxili kəsikdən aparılır. Əməliyyatın birinci üç günü xəstə həkimin məsləhəti ilə göz damcıları, ağrıkəsicilərdən istifadə edə bilər. Birinci dörd həftə isə gözü zədələnmədən qorumaq lazımdır. Ay yarıma isə gözlər əvvəlki vəziyyətinə qayıdır. Blefaroplastika yüksək təqyiqli insanlara, göz quruluğundan əziyyət çəkənlərə, diabet, ürək-damar, qalxanvar vəzinin xəstəliyi zamanı əks göstərişdir. Tikişlər 5-7 gündən sonra açılır. Əməliyyatın ikinci günündən etibarən göz üçün xüsusi hərəkətlər edilir. İlk həftələr isti duş qəbul etmək, intensiv seksual münasibətlər məsləhət deyil. Toxumanın şişkinliyi və göyərmələr yavaş-yavaş keçir (2-3- həftə ərzində). Son nəticə isə 1,5 ay ərzində qiymətləndirilməlidir.

Rutidektomiya
Üz dərisinin dartılması əməliyyatı iki hissədən ibarətdir: dərialtı qırışların və digər dərialtı toxumaların dartılması və ya yağ və piydən təmizlənmiş dərinin dartılması. Üzün dartılması üçün dəridə kəsimlər də ola bilər. Dərinin kəsilməsi başın saç hissəsindən, qulaq seyvanının arxasından başlayır. Əməliyyatdan sonra qulaq seyvanının arxa hissəsində kiçik drenaj qoyula bilər ki, qanda olan artıq maddələr təmizlənsin. Bu da 1-2 günə təmizlənir. Sonra tənzif sarğı qoyulur, ertəsi gün isə açılır. Üz dərisinin dartılması əməliyyatını, adətən 40-55 yaşlı kişi və qadınlar keçirirlər. Ola bilər digər yaş hədlərində də effektiv nəticə alınsın. Əməliyyatdan bir neçə gün sonra dərinin hissiyyatı azala, üz rəngi solğunlaşa bilər. Birinci üç gündə üz toxumalarının əvvəlki vəziyyətini alması üçün masaj və fizioterapiya prosedurları məsləhət görülür. Son nəticələr isə bir-iki aya özünü göstərir.

Saç köçürülməsi
Əməliyyat saçların donor sahəsindən tükü tökülmüş hissəyə köçürülməsindən ibarətdir. Bu, qraft (üzərində bir neçə tük olan balaca dəri hissəsi) adlanan transplantatların köməyilə həyata keçirilir. Qraftlar forma və ölçüsünə görə müxtəlif ola bilər - yumru qraft (10-15 tük), miniqraft (2-4 tük), mikroqraft (1-2 tük), həmçinin 30-40 tükdən ibarət qraft. İriölçülü qraftlar donor sahədən polad nazik borucuq formasında olan xüsusi alət vasitəsilə ayrılır. Digər növdə olan qraftlar isə cərrah bıçağı ilə kəsilir. Lazımi nəticə əldə etmək üçün saç köçürülməsi aralarında bir neçə ay fərq olmaqla bir neçə mərhələdə həyata keçirilir. Ortalama olaraq bir mərhələdə iriölçülü 50 qraft, mini və mikro ölçüdə isə 700 qraft köçürülür. Əməliyyatdan sonra baş yuyulur və cunayla sarınır. Bəzi hallarda 1-2 günlük sarğı bağlanır. Hər növ saç köçürülməsində pasiyentin öz saçından istifadə olunur. Boyun ardında və yan tərəflərdə sağlam saçı olanlarda əməliyyat daha uğurlu alınır, çünki donor sahə kimi məhz bu sahələrə müraciət olunur. Şəkərli diabet, qan laxtalanması pozğunluğu və dəri xəstəliyi olanlara bu əməliyyat əks göstərişdir. Sarğı əməliyyatdan1 gün sonra, tikişlər isə 7-10 gün sonra sökülür. 3 həftə ərzində fiziki yüklənmədən, alkoqol qəbulundan, isti duşdan, intensiv seksual əlaqədən uzaq olmaq lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9956   Tarix: 25 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724