3D printerdə insan qaraciyərinin analoqu çap ediləcək

3D printerdə insan qaraciyərinin analoqu çap ediləcəkTransplantologiyada inqilab. Amerikalı biotexnoloqlar 3D printerdə insan qaraciyərinin analoqunu çap edəcəklər.
Kaliforniyanın "Organovo" biotexnoloji şirkəti 2014-cü ilin sonunadək 3D printerinin köməyi ilə insanın qaraciyərinin analoqunu yaratmağa hazır olduğunu bəyan edib. Qaraciyərin "istehsalı" üçün fiziki obyektin laylarla yaradılması metodundan istifadə edilir. Orqanın süni toxumalarının hazırlanması üçün material qismində canlı hüceyrələrdən istifadə olunur.

Şirkətin məlumatına görə, mühəndislər layihənin inkişafını ləngidən əsas problemi - damar və kapillyar torunun hazırlanması məsələsini praktiki olaraq həll ediblər. Biomühəndislərin fikrincə, bu mərhələdən keçid yararlı insan orqanının yaradılması imkanından danışmağa əsas verəcəkdir. Lakin 2014-cü ildə yaradılacaq süni qaraciyər transplantasiya üçün yararlı olmayacaq, orqandan yalnız dərmanların təsirinin, həmçinin onkoloji xəstəliklərin müalicəsi üsullarının öyrənilməsi üçün geniş istifadə olunacaq.

Şirkətin vitse-prezidenti Mark Renarın sözlərinə görə, insan həyatı üçün zəruri olan bu orqanın yaradılması dərmanların testdən keçirilməsinə sərf olunan vəsaitə yetərli qənaət etməyə imkan verəcək. Dərman preparatlarının əlavə təsirinin, o cümlədən qaraciyərə təsirinin öyrənilməsi əczaçılıq sənayesinin nəhənglərinə milyardlarla dollar məbləğində vəsaitə başa gəlir.

BiG.AZ hitech.newsru.com saytına istinadən xəbər verir ki, 2011-ci ilin noyabrında şirkət 3D-printeri ilə hazırlanan damarsız qaraciyər toxumalarının kiçik nümunələrini nümayiş etdirib. Toxumalar istənilən dəyişikliyə, o cümlədən zəhər və dərmanların daxil edilməsinə reaksiya verməklə 40 gün fəaliyyət göstərə bilib.

Ekspertlər qeyd ediblər ki, 3D printerinin köməyi ilə orqanların yaradılması imkanı transplantologiyada inqilab edəcək ki, bu da gələcəkdə şuntlama əməliyyatı üçün süni damarların, sinir ucluqlarının birləşdirilməsi üçün implantların yaradılmasına böyük imkanlar açacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 533   Tarix: 02 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 510
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 372
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 958
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 488
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 442
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 312
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 323
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 420
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 321