BMT-nin 2014-2015-ci illər üçün büdcəsi 1 faiz azalıb

BMT-nin 2014-2015-ci illər üçün büdcəsi 1 faiz azalıbBiG.AZ xəbər verir ki, ilin son cümə günü səsvermənin yekunlarına əsasən BMT Baş Assambleyası dünya təşkilatının 2014-2015-ci illər üçün büdcəsini 5,5 milyard dollar məbləğində təsdiqləmişdir. Bu, əvvəlki ikiillik dövr üçün nəzərdə tutulduğundan 1 faiz azdır.

Birləşmiş Millətlər Təşkilatının yaradıldığı 1945-ci ildən indiyədək ilk dəfə olaraq yeni büdcə iş yerlərinin 2 faiz azaldılmasını nəzərdə tutur. Beləliklə, 200-dən çox iş yeri ləğv ediləcəkdir. Baş Assambleyanın maliyyə məsələlərinə baxan 5-ci komitəsinin iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Cozef Torsela demişdir ki, "zəruri olmayan, bir-birini təkrarlayan və köhnəlmiş vəzifələr ixtisar ediləcəkdir". Diplomat xatırlatmışdır ki, son illər əmək haqqı artımı Birləşmiş Millətlər Təşkilatının saxlanması xərclərinin artmasının əsas amili olmuşdur.

BMT-nin üzvü olan ölkələr bir il müddətinə kompensasiya müavinətlərinin və qarşıdakı iki il müddətinə mükafatların ödənişini dayandırmaq barədə razılığa gəlmişlər. Yeni, daha sərt maliyyə planı maliyyə sarsıntıları şəraitində vəsaitə qənaət etməyə nail olmuş dünya dövlətlərinin təzyiqi altında qəbul olunub.

Eyni zamanda ən yoxsul ölkələr inkişaf proqramları üçün xərclərin artırılmasını təkidlə tələb etmişlər. Büdcə barədə danışıqlar asan olmamışdır, amma sonda tərəflər kompromisə nail olublar.

Sülhün qorunub saxlanması əməliyyatları üçün xərclər təsdiq edilmiş büdcəyə daxil deyildir. Cari maliyyə ilinin sonu – iyulun 30-dək bu məqsədlər üçün 7,54 milyard dollar vəsait ayrılıb.

BMT-nin büdcəsi birlik üzvü olan dövlətlərin üzvlük haqları hesabına formalaşır. Hər bir dövlətin payı Baş Assambleya tərəfindən təsdiq olunmuş düsturla, əhalinin adambaşına düşən gəlirini və xarici borcu nəzərə almaqla onillik dövr üçün orta ümumi daxili məhsul göstəricisi əsasında hesablanır.

Hazırda ABŞ Birləşmiş Millətlər Təşkilatının ən böyük sponsoru olaraq qalır. O, təşkilatın xərclərinin 22 faizini ödəyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 976   Tarix: 01 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447