2013-cü ildə partlayış yaradan Azərbaycan mahnıları – Siyahı - VİDEO

2013-cü ildə partlayış yaradan Azərbaycan mahnıları – Siyahı - VİDEOŞou-biznes nümayəndələri üçün bu il uğurlu keçdi desək, yanılmarıq. Yeni layihələr, böyük səs-küyə səbəb olan mahnılar, kliplər və konsertlərə imza atan müğənnilər çoxluq təşkil etdi.

BiG.AZ publika-ya istinadən,bu dəfə 2013-cü ilin ən parlaq layihələrini sizlərə təqdim edir:

2013-cü ilin qalmaqallı və ən çox dinlənilən mahnısı, Nadir Qafarzadənin "Maral"ı oldu. Mahnı sosial şəbəkə də rekord qıraraq, az müddətdə 3 milyondan artiq dinləyici toplaya bildi.

İlin ən səs-küylü layihələrindən biri xalq artisti Aygün Kazimova və dünyaca məşhur reper Snoop Dogg dueti- "Coffee from Colombia"dır. Bu layihəylə ilk Holivud ulduzu ilə əməkdaşlıq edən türk ulduzu adını alan xalq artisti yeni bir ilkə də imza atıb. Belə ki, Azərbaycanda VEVO-da yayımlanan ilk klip oldu. Həmçinin, duet dünyanın bir çox radio və televiziyalarından səslənib.

"Eurovision 2011" qalibi Nigar Camalın rus estrada ifaçısı, "Eurovision 2008" musiqi yarışmasının qalibi Dima Bilanla olan dueti sosial şəbəkələrdə ən danışılan və dinlənilən mahnılar sırasındadır. Sözləri Paulina Volodkovskaya, musiqisi İsa Məlikova aid mahnı, rus dilində ""Qucaqla məni" adlanır.

Estrada ifaçısı Röya üçün bu il səmərəli keçdi. Türkiyə şou-biznesinə qatılmaqda iddialı olan müğənni 2013-cü il ərzində hitlər səsləndirib. Ancaq ən çox səs-küyə səbəb olan mahnısı sözləri və musiqisi Əflatuna məxsus- "Gəmiçilər"dir. 2 milyondan artıq dinlənilən bu mahnı ilin sonuna yaxın üzə çıxdı.

İlin ən uğurlu duetləri sırasında Xalq artisti Zülfiyyə Xanbabayeva və Mir Yusifin ifa etdiyi "İki doğma insan" mahnısıdır. Sözləri və musiqisi Murad Quliyevə məxsus mahnının sosial şəbəkədə 1 milyona yaxın dinləyicisi olub.

Əməkdar artist Tünzalə Ağayevanın bəstələdiyi və ifa etdyi "Gülbahar" mahnısı da ilin ən sevilənləri sırasındadır. Hüseyn Cavidin "Qız məktəbində" şerinə yazılan bu mahnı dialoq formasında bəstələnib və orijinallığı ilə seçilir.

Günay İbrahimlinin "Söz olar" mahnısı və klipi də çox maraqla qarşılandı. Söz və musiqisi Tural Bakuviyə aiddir.

Brilliant Dadaşovanın ifa etdiyi "Parij-London" mahnısı partlayış doğurub. İlin sonunda böyük səs-küyə səbəb olan mahnının musiqisi gənc bəstəkar Cavidə, sözləri isə xalq artistinin özünə məxsusdur.

İl ərzində cəmi bir mahnı ifa edən, amma partlayış etməyi bacaran müğənni Natavan Həbibi bu il söz və musiqisi Murad Arifə məxsus- " Sən məni başa düşmürsən" mahnısı ilə yaddaşlarda qalıb. Sosial şəbəkələrdə ən çox dinlənilən və müzakirə edilən mahnı ən çox bəyənilən mahnılar sırasında yerini alıb.

Bu il ərzində çalışqan müğənnilər sırasında Miri Yusif fərqlənir. Bu il saysız mahnıları, klipləri və konsertiylə yaddaşlara yazılıb. 2013-cü ildə musiqisi özü, sözləri MC Murada məxsus "Mən Küləyəm", söz və musiqisi özünə məxsus olan " Vicdan" mahnıları ən çox bəyənilən mahnı və kliplər sırasındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6289   Tarix: 29 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993